Orta Təhsil

3-cü qrup ixtisaslar

3-cü qrup ixtisaslar həm ağırlığı həm də rəngarəngliyi ilə seçilir. Əgər humanitar fənnlərə marağınız varsa bu qrupa müraciət edə bilərsiniz.

 3- cü qrup üzrə ixtisaslar aşağıdakılardır :

Son illər digər qruplar kimi 3-cü kursda da dəyişikliklər edilmişdir. 5 ixtisas ləğv olunub,3 yeni ixtisas yaranıb, 2 ixtisasın isə adı dəyişdirilib.

Ümumi olaraq 3 cü qrup ixtisasları bunlardır :

  1. Azərbaycan dili və ədəbiyyat müəllimliyi
  2. Dil və ədəbiyyat müəllimliyi ( dillər üzrə).
  3. İbtidai sinif müəllimliyi
  4. Korreksiyaedici təlim
  5. Məktəbəqədər təhsil
  6. Tarix müəllimliyi
  7. Təhsildə sosial- psixoloji xidmət
  8. Xarici dil müəllimliyi ( dillər üzrə)
  9. Dinşünaslıq
  10. Dövlət və ictimai münasibətlər
  11. Fəlsəfə
  12. Fililogiya ( dil və ədəbiyyat göstərilməklə)
  13. Hüquqşünaslıq
  14. İslamşünaslıq
  15. Jurnalistika
  16. Kitabxanaçılıq və informasiya fəaliyyəti – 1
  17. Politologiya
  18. Tarix
  19. Tərcümə ( dillər üzrə)
  20. Bədii yaradıcılıq və ekran dramaturigiyası
  21. Muzey, arxiv işi və abidələrin qorunması – 1
  22. Sənətşünaslıq ( sahələr üzrə)
  23. Sosial iş
  24. İctimai təhlükəsizlik və idarəetmə

Amma bu ixtisaslar içərisindən bəzi ixtisaslar daha çox üstünlük verilir. Daha çox təlabat var.

3-cü qrup üzrə prestejli ixtisasları aşağıdakılardır.

Sosial iş

Sosial işcilər yaşlılar, əlillər, ailə mühitindən məhrum olmuş uşaqlar, QİÇS-ə yoluxmuş insanlar, qanunla münaqişədə olan insanlar, risk qruplarına aid digər şəxslərə həm bilavasitə yardım edərək, onların qarşılaşdıqları problemlərin qarşısını almağa çalışırlar. Həmçinin bu təbəqədən olan insanların maraqlarının təmin edilməsinə və hüquqlarının müdafiə edilməsinə yönəlmiş qanunverici aktların və dövlət proqramlarının hazırlanmasında yaxından iştirak edirlər.

Hüquqşünaslıq

3 cü qrupa sənəd verən abituriyentlərin böyük hissəsi demək olar ki hüquqşünaslıq ixtisasına maraq duyurlar. İnsanlığın qədim peşələrindən biri hesab edilir. Hüquqşünas bəzən hüquqlarını müdafiə etdiyi şəxsin bütün problemlərini öz üzərinə götürməyi bacarmalıdır.

Jurnalistika

Jurnalistika söz və faktlardan düzgün istifadə edərək obyektiv, dəqiq və qərəzsiz informasiya çatdırılmasını yerinə yetirən bir peşə növüdür. İxtisas siyasi, bədii, idman, əyləncə, elm bə texnologiya, sağlamlıq və fitness, biznes və maliyyə, fotojurnalizm, multi – media və s xüsusiyyətləri özündə əhatə edən geniş bir sahədir.

Dövlət və ictimai münasibətlər

İxtisas bakalavr proqramı, ictimai işlərin bütün sahələrində anında effektiv təsir göstərmə gücünə malik yüksək intellektual siyasətçilər hazırlayır. Bu ixtisasdan məzun olanlar yerli, milli və regional səviyyədə özəl, qeyri – kommersiya və ictimai sektorlarda, peşəkar həyatda üstünlüklərə malik olurlar

Tərcümə ( Azərbaycan – Koreya dili)
Tərcümə  ( Koreya – Azərbaycan dili)

4.8/5 - (812 votes)
Back to top button