Təhsil Xəbərləri

4 cü qrup ixtisaslar

Kimya, Biologiya və əsasən də Tibbə marağı olanlar üçün 4 cü qrup ixtisasları uyğundur. Fənnləri çətin olsada ixtisaslar rəngarəngliyi və fərqliliyi ilə seçilir.

Nazirlər Kabinetinin ” Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları” na edilən dəyişikliklərə əsasən 4 cü qrup ixtisaslarında da dəyişikliklər olub. Qrupa yeni ixtisaslar əlavə edilib və bəzi ixtisasların adı dəyişdirilib.

Müalicə işi, Tibbi praktika və Həkim yardımçısı ixtisasları çıxarılıb. Baytarlıq və Hərbi həkim işi ixtisaslarının adı dəyişdirilərək Baytarlıq təbabəti və hərbi Hərbi tibb adlandırılıb. 4 cü qrupa daxil edilən yeni ixtisaslar isə bunlardir: Fizioterapiya və tibbi reablitasiya, Tibb bacısı işi, Ictimai səhiyyə, Tibb bə Biotexnologiya ixtisaslarıdır. Ümumilikdə 4 cü qrupa 20 ixtisas daxildir.

4 cü qrup ixtisaslar aşağıdakılardır :

  1. Biologiya müəllimliyi
  2. Kimya müəllimliyi
  3. Kimya və biologiya ologiya müəllimliyi
  4. Psixologiya
  5. Biologiya
  6. Ekologiya
  7. Kimya
  8. Bağçılıq və tərəvəzçilk
  9. Baytarlıq təbabəti
  10. Bitki mühafizəsi
  11. Su bioehtiyatları və akvakultura
  12. Bədən tərbiyəsi və idmanda reablitasiya
  13. Fizioterapiya və tibbi reablitasiya
  14. Əczaçılıq
  15. Tibb bacısı işi
  16. Hərbi tibb
  17. İctimai səhiyyə
  18. Stomatologiya
  19. Tibb
  20. Biotexnologiya

4 cü qrupa daxil olan ən aktual ixtisaslar aşağıdakılardır :

Psixologiya

Psixoloqlar öyrəndiyi bilik və bacarıqlar ilə səbəbləri müəyyən edib problemi aradan qaldırmağa çalışırlar. Psixoloq və psixiatrın fərqli sahələr olduğunu bilib ona uyğun seçim etməlisiniz. Psixoloqlar 4 illik bakalavr və istəsələr magistr təhsili aldıqları halda psixiatrlar 6 illik tibbi bakalavr təhsili və rezidentura təhsili alırlar.

Kimya

Kimya fundamental tədqiqatların aparıldığı, material və reaksiyaları analiz edən sahədir. Kimyaçılar tərəfindən alınmış maddələr sayəsində kimya mühəndisləri yeni məhsullarən alınmasında və istehsalatda istifadə edirlər.

Biologiya

Biologiya hal-hazirda Yer üzərində mövcud olan və məhv olmuş külli miqdarda növ müxtəlifliyi, onların quruluşu və funksiyası, mənşəyi, çoxalması və inkişafı, canlı və cansız təbiətlə əlaqəsini öyrənir.

Stomatologiya
Stomatologiya aşağıdakı sahələrə bölünür :

  • -stomotoloq terapevt
  • – stomotoloq cərrah
  • – stomotoloq ortoped
  • -stomotoloq periodontist
  • -stomotoloq ortodontist və s

Kimya və biologiya ilə maraqlananlar üçün uyğun bir sahədir.

Əczaçılıq

Əczaçılıq dərmanşünaslığın vacib, ayrılmaz sahəsi olub,dərman vasitələrinin hazırlanması,standartlaşdırılması,keyfiyyətinin qiymətləndirilməsi, saxlanması və buraxılmaaına xidmət edir. Dərmanın istehsalından xəstəyə çatdırılmasına qədər hər mərhələdə yetkin bilik sahibi olan insanlara əczaçı deyilir.

4.7/5 - (185 votes)

Əlaqəli yazılar

Back to top button