İnşalar

Azerbaycan dili haqqinda insa

İnsanlar dil öyrənmə qabiliyyəti ilə doğulurlar.  Anamız və atamız hansı dildə danışırsa, biz o dili öyrənib danışırıq.

Dil haqqinda

Millət olmağımıza imkan yaradan milli birliyimizi gücləndirən amillərdən biri də insanların ana dilidir.  Ana dili insan üçün çox, çox önəmli və dəyərlidir.  Ana dilini yaxşı öyrənə bilməyən insan heç bir dili öyrənə bilməz.

Biz ana dilimizi qorumalıyıq.  Bizim üçün ən vacib dəyərlərdən biri ana dilidir.  Biz ona sahib çıxmalıyıq, qorumalıyıq, inkişaf etdirməliyik.

Dil cəmiyyətin ən mühüm əsas materialıdır və qaydalar toplusudur.  İnsanın oxuduqlarını qavraması və şərh etməsi ancaq onun dilindən düzgün və səmərəli istifadə etməklə əldə edilə bilər.  Dil ölkəsini, millətini qorumaq istəyən, milli kimliyinin möhkəm şəkildə davam etdirilməsini təmin edən ən mühüm ünsürdür.  Ana dilimiz Azərbaycan dili bizim üçün hər şeydir.  Biz ana ilə bu dildə ünsiyyət qurduğumuz üçün dünyanı, hadisələri bu dillə anlamağa çalışdıq və indi də bunu davam etdiririk.  Başa düşə bilmirəm ki, öz ana dilimiz hələ də ayaqda olduğu halda, son vaxtlar xarici dillərə niyə böyük maraq var?  Halbuki dilimiz zəngin bir xəzinə kimi müxtəlif sözlər çıxaran bir dildir.

Bundan əlavə, ana dilimizi əcnəbi dillərin təsirindən xilas etmək üçün çox çalışaq, ana dilimizi öz içimizdə yoğuraq, zənginləşdirək.

Azerbaycan dili haqqinda insa

Azərbaycan dili eramızın V əsrində formalaşmışdır. Şifahi ədəbi dilimizin təşəkkülü və inkişafı dövrü VI – VIII əsrləri əhatə edir. Bu dövrün ən mükəmməl abidəsi “Kitabi-Dədə Qorqud” dastanlarıdır.

Uzun əsrlər – yunan işğalı, Parfiya  və Sasanilər  sülalələri dövrlərində şimalın və cənubun əhalisi daim birlikdə olmuş, bir canişinlikdə birləşdirilmişdir. Feodalizmin ilkin inkişaf mərhələsində Azərbaycan tayfalarının konsolidasiyası baş vermiş, və nəticədə Azərbaycan xalqı və ümumxalq Azərbaycan dili təşəkkül tapmışdır.

Tarix boyu dilimiz  bir çox çətinliklərlə üz-üzə gəlsə də, onu qoruyan mərd oğul və qızları həmişə mübarizə apararaq onu bugünkü səviyyəsinə çatdıra bilmişlər.  Səfəvilər dövlətinin yaradıcısı, görkəmli şair Şah İsmayıl Xətai tariximizdə ilk dəfə olaraq türk dilini dövlət dili səviyyəsinə yüksəltmişdir. Onun dövründə fərmanlar türkcə yazılır, diplomatik sənədlər Avropa ölkələrinə türk dilində göndərilirdi.

IX – XI əsrlər yazılı ədəbi dilimizin təşəkkül tarixini  əhatə edir. Birinci minilliyin ortalarında Azərbaycan dilinin yazısı, əlifbası olmuşdur. Şifahi ədəbi dil nümunəsi sayılsa da, 1500 ildən artıq tarixi olan “Kitabi-Dədə Qorqud”un dili həm də kamil yazı nümunəsidir. “Kitabi-Dədə Qorqud”dan sonra XIII əsrin dil materiallarını əldə etmək mümkün olmuşdur. Aradakı boşluq həmin dövrdə yazı materiallarının olmaması demək deyildir. Bunu həm də böyük Azərbaycan şairi Niazminin qeydləri, qohum türk xalqlarının əldə edilmiş yazılı abidələri, M.Kaşğarinin “Divan”ı, az sonra meydana çıxan “Dastani-Əhməd Hərami”, “Mehr və Vəfa”, “Yusif və Züleyxa” kimi kamil əsərlər də təsdiq edir.

Birinci minilliyin ortalarından başlayaraq, dilimiz həm türk dili, həm də azəri dili adlanmışdır.

Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili, onun əhalisinin əsas ünsiyyət vasitəsidir.

Azərbaycan dili həmçinin İran İslam Respublikasında yaşayan 30 milyon azərbaycanlının ana dilidir. Bu dildən vaxtilə İraqa köçmüş 200 minə yaxın insan da ana dili kimi istifadə edir. Onlar özlərini kərkük və ya türkman adlandırır və əksəriyyəti Kərkük vilayətində yaşayır.

Dünyanın 87 ölkəsində bu dildə danışanlar vardır. Ümumiyyətlə, ana dili kimi Azərbaycan dilində 45 milyondan artıq adam danışır. Bundan başqa, bəzi xalqlar arasında Azərbaycan dili ikinci ana dili kimi də işlənilir. Hazırda Azərbaycan ərazisində yaşayan bir sıra azsaylı xalqlar, o cümlədən, lahıc, talış, tat, qrız, saxur və başqaları Azərbaycan dilindən ikinci ana dili kimi istifadə edirlər.

Azərbaycan dili öz mahiyyətinə görə indi dünyanın ən zəngin milli dillərindən biri sayılır. Dilimizin özünəməxsus gözəlliyi və ahəngi vardır. Azərbaycan dili, hər şeydən əvvəl, xoş avaz yaradan səslər sisteminə, zəngin və rəngarəng söz ehtiyatına, tam sabitləşmiş qrammatik quruluşa malikdir.

4.6/5 - (997 votes)

Əlaqəli yazılar

Back to top button