Ad günü təbrikləri
Ad günü tebrikleri yaxınlarınıza, dostunuza, ailənizə, bacınıza, qardaşınıza, ananıza, atanıza və təbrik göndərməyiniz üçün hazırlanmışdır. Ən uyğun olanını seçərək ona göndərə bilərsiniz. Bu təbriklərin çox sizlər üçün hazırlanmışdır tehsil.com.az tərəfindən.
Səmimi ad günü təbrikləri
Özünüzü səmimi hiss etdiyiniz şəxslərə aşağıdakı kimi maraqlı ad günü və səmimi təbrikləri göndərə bilərsiniz. Ən yaxşılarını sizin üçün seçdik ⬇️
Ad günü mübarək o insan ki, bunların hаmısı onda var. Gözəllik, semimilik, ağıl və tаlаnt. Xoşbəxtlik dostun, həmdəmin olsun, sevgi, məhəbbət diləyin olsun.
Təbrik edirəm! Arzu edirəm kədər səndən uzaq olsun və gələcək günlər daim sənə yaxşı əhval-ruhiyyə bəxş etsin!
İnsanların arasında mənə ən yaxın, mənə ən çox dəyər verən şəxs. Sevgimizi hər şeyin üstündə tutan insan. Sən hər şeyin ən yaxşısına, sonuna qədər layiqsən. Ad günün mübarək olsun Sevgilim.
Sən həyata nə versən, həyat da sənə daha gözəlini verirmiş. Mən həyata nə verdim bilmirəm, amma mənə ummadığım qədər dəyərli olan səni verdi. Yaxşı ki, varsan yaxşı ki, mənimləsən. Hər şeyim səni çox sevirəm.
Sən həyatındakı və yaxınındakı insanlara hər zaman ilham qaynağı və dəstək oldun. Hər zaman gülümsə və xoşbəxt ol. Yaxşı ki varsan!
Bu illər ərzində mənə göstərdiyiniz dəstəyi və cəsarəti heç vaxt unutmayacağam. Sizin kimi insanlar olmasaydı, mənim kimi həyat cəsarəti olmayan insanlar çox olardı. Ümid edirəm bu il də həyatla barışdırdığınız insanlar olacaqdır. Ad günün mübarək!
Ataya aid ad günü təbrikləri
Sədaqət, dürüstlük, həqiqi sevginin tərifini istəsələr, bunu bir sözlə ifadə edə bilərəm: ATAM. Ad günün mübarək, ata.
İlk və yeganə qəhrəmanım, əllərimi ilk tutduğun andan etibarən həyatda həqiqi və yenilməz bir sevginin olduğuna məni inandırdın. Ailəmin başçısı, böyük sevgim, ad günün mübarək. Yaxşı ki, varsan.
Əziz atam, sənə çox xoşbəxt bir il arzulayıram. Bütün xəyalların gerçək olsun. Ad günün mübarək.
Həyatın mənasını və bütün gözəlliklərini öyrədən insan – atam, ad günün mübarək.
Dünyadakı ən qiymətli varlığım, ürəyimin paytaxtı, atam, yerin mənim üçün heç vaxt dəyişə bilməz. Ad günün mübarək.
Sevgi dünyanın ən qiymətli hədiyyəsidir. Gözlərinə baxdıqda ən mükəmməl sevgini görürəm. Səni çox sevirəm.
Yeni yaşında xoşbəxtlik, əmin-amanlıq və uğur həmişə səninlə olsun. İndiyə qədər sənə ağırlıq verən bütün yüklərdən qurtulasan.
Fədakarlıq, sevgi, səbir və gözəlliyin nə demək olduğunu soruşsalar, atam deyə cavab verərəm.
Bizi min əzab-əziyyətlə böyütdüyün üçün sənə minnətdarıq. Nə etsək də sənin haqqını ödəyə bilmərik.
İnsanın həyatdakı ən böyük xəzinəsi dünyadakı qaranlığa baxmayaraq, aydınlığını qoruyan ürəyidir. Sən dünyanın ən varlı adamısan, ata.
Həyatımızın sevinci, evimizin rəngi və istiliyi, ən böyük dəstəyim və dostum, ad günün mübarək olsun!
Sevgi dünyanın ən qiymətli hədiyyəsidir. Gözlərinə baxdıqda ən mükəmməl sevgini görürəm. Səni çox sevirəm.
Anaya aid ad günü təbrikləri
Şübhəsiz ki, bu həyatın mənə bəxş etdiyi ən gözəl nemət sənsən, ana. Ad günün mübarək.
Bu gün günəş göydən fərqli gülümsədi, çünki bu günü həyatda xüsusi edən biri vardır. Ad günün mübarək, əziz ana.
Canıma can qatan əziz anam! Əllərindən öpür, ad gününü təbrik edirəm.
Mən həmişə sənin kiçik körpənəm. Sənin qucağın, mərhəmətin məni həyata bağlayır, əziz ana. Ad günün mübarək.
Sənin sevgin dünyamı işıqlandıran günəşdir. Varlığın üçün minnətdaram. Ad günün mübarək, canım anam.
Məndən oxuduğum kitabların ən gözəlinin hansı olduğunu soruşsanız, anam olduğunu deyərəm. Və bu gün onun ad günüdür. Sən mənim canımsan, səni çox sevirəm, gözəl anam.
Bu gün günəş göydən fərqli gülümsədi, çünki bu günü həyatda xüsusi edən biri vardır. Ad günün mübarək, əziz ana.
Bu gün günəş göydən fərqli gülümsədi, çünki bu günü həyatda xüsusi edən biri vardır. Ad günün mübarək, əziz ana.
Yalnızlıq çətindir, ana. Səni divarlarda, göydə axtarıram. Tezliklə görüşəcəyimizə ümid edirəm. Ad günün mübarək. Səni həyatımdan çox sevirəm.
Analar çiçək kimidir, onları həmişə ətirli yerlərdə görə bilərsiniz. Onlar bizim üçün yaşayırlar. Ad günün mübarək, əziz ana.
Sənin kimi bir anaya sahib olduğum üçün çox şanslıyam. Tüm pisliklər həyatından uzaq olsun. Nə yaxşı ki, varsan, canım anam. Ad günün mübarək!
Ana, mən səninlə ən yaxşı anlarımı yaşadığım üçün özümü talihli hesab edirəm. Kirli günümdə yoldaşım, sirdaşım sən oldun. Bilmirəm, sənin xeyirxahlığına layiqəm, yoxsa yox. Ancaq sən hər şeyin ən yaxşısına layiqsən. Ad günün mübarək, əzizim.
Bacıya aid ad günü təbrikləri
Bacıların ən gözəli, ən şirini ad günün mübarək. Sağlamlıq və xoşbəxtlik həmişə səninlə olsun.
Əziz bacım, ən səmimi arzularla yeni yaşını təbrik edir, Allahdan sənə can sağlığı və xoşbəxtlik diləyirəm.
Mənim bacım heç kimə bənzəməz. Qəlbində sevgi, mərhəmət əskik olmaz. Həmişə üzün gülsün, əziz bacım.
Sənə çox mesaj göndərmək istəyərdim, amma bilirəm ki, bunların heç biri sənə layiq deyil. Əziz bacı, doğum günün mübarək.
Bizi doğma edən qan bağları deyil, ürəklərimizdir. Yaxşı və pis günümüzdə bir-birimizin yanında oluruq. Doğum günün mübarək.
Əziz bacı ad gününü ən səmimi arzularımla təbrik edirəm. Yeni yaşın uğuruna uğur, xoşbəxtliyinə xoşbəxtlik qatsın.
Yaşa, sev, gül! Bunlar həyatında əskik olmasın. Hər şeyin ən yaxşısı sənin olsun. Neçə belə illərə, əziz bacım.
Həyatın dönüş nöqtələri var. Uca Allahdan arzum budur ki, bu gün sənin üçün dönüş nöqtəsi olsun və hər zaman xoşbəxt olasan. Ad günün mübarək.
Həyatındakı bütün mənfiliklər duman kimi çəkilib getsin, yerini xoşbəxtlik, hüzur alsın, əziz bacım. Ad günün mübarək.
Anamdan sonra məni ən çox sevən, qayğı göstərən, əzizləyən gözəl bacım… İllər keçdikcə daha təcrübəli, qayğıkeş bacı olursan. Ad günün mübarək, səni çox sevirəm.
Mən səni sevirəm gözəl mələyim
Əzəldən bu olub arzu diləyim
Qoy ad gününü təbrik eyləyim
Söylə başqa neyləyim.
AD GÜNÜN MÜBARƏK
Sənə ömür boyu xöşbəxtlik arzu edirəm. Kədər sənə mənim qədər uzaq, sevinc ətrafındakılar qədər yaxın olsun. Hər zaman səni sevənlərin əhatəsində olasan. Gələn günlərin ötən günlərindən daha maraqlı, daha yadda qalan olsun. Ad günün mübarək.
Bu gün fərqlidir bilmirəm sözlər ifadə edə biləcəkmi bu günün mənim üçün dəyərini. Nə qədər inandırıcı olacaq, nə qədər layiqli ,amma bilirəm ki, hisslərimi heç bir söz tam ifadə edə bilməz .İnsan üçün bir çox xüsusi günlər vardır amma bu gün tək sənin üçün yox, bütün səni sevənlər üçün xüsusi və xoş bir gündür. Bu gün sənin ad günündür
İnsan öz yarını tapanda xoşbəxt olur. Arzu edirəm səndə xoŞbəxt olasan.
Sənə həyatda uzun ömür , can sağlığı, könül xoşluğu, ailə səadəti, xoş təbəssüm, aydın səma, açıq yol və sevinc dolu illər arzulayıram. Xoş müjdəli günlər nəsibin olsun.
Ad gününü təbrik edirəm! Yaşı demirəm, çünki yaşı Allah verir. Bir dənə dəyirəm ki, Allah verən yaşı dəyərincə yaşaya biləsən. Ad günün mübarək!
Arzu edirəm səadət əsirin, xoŞbəxtlik nəsibin olsun.
Ad günün mübarək! Canım bacım
Qardaşa aid ad günü təbrikləri
Sənin bir qardaş kimi olmağım həyatımda baş verən hər kədərli hadisəni alt-üst edir, çünki məni heç əsirgəmədin. Ad günün mübarək, qardaş!
Artıq kollecdə olmadığınız üçün sizi çox darıxdığımı bilmənizi istəyirəm, inşallah tezliklə yenidən görüşə bilərik. Ad günün mübarək, qardaş!
Siz gəldiyiniz gündən bəri işlər çox yaxşılaşmışdır. Hələ də kiçik ola bilərsən, amma nə vaxtsa güclü olacaqsan, ad günündən zövq al!
Uğur, ad günündür! Yəqin ki, uşaq ikən bölüşmək məcburiyyətində qalmadığımız tək şey! Bu gün hər şey sizin üçündür – əylənin və xüsusi gününüzdən zövq alın!
Ad günün mübarək! Sizlə bölüşməsən uşaqlığım bu qədər darıxdırıcı olardı. Yaşadığımız bütün zəhmli macəralar üçün təşəkkür edirəm və ad gününüzü qeyd etməkdən başlayaraq daha çox əyləncəli vaxtın gəlməsini gözləyə bilmirəm!
Bu, sizə olan minnətdarlığımı və sevgimi ifadə etmək üçün xüsusi bir gündür. Bir dost kimi etibar etdiyim və insan kimi heyran olduğum bir insansınız. Ad günün mübarək!
Əziz qardaşım, bu illər ərzində nəinki paltarları və əşyaları, eyni zamanda sevgi və məhəbbətimizi də paylaşdıq. Növbəti illərdə də eyni şəkildə davam edəcəyimizə ümid edirəm. Ad günün mübarək və gələcəkdə xoşbəxt bir il.
Qardaş, ad gününü təbrik edirəm. Həyat sənə qarşı mərd, dürüst davransın. Ad günün mübarək.
Biz səninlə eyni şeylərə gülür, eyni şeylərə ağlayırıq. İllərlə bizi incidən hadisələr oldu. Ümid edirəm, bundan sonra birlikdə güləcəyik.
Dünyaya gəldiyin gün buludları dəlib günəş kimi nur qatdın həyatımıza. Həmişə sevgi ilə yaşa, ad günün mübarək.
Xəyal qur, nə qədər istəsən. Gəz, hara getmək istəsən. Ol, kim olmaq istəsən. Çünki sənin bir həyatın var və bütün bunları etmək üçün şansın azdır. Səni sevirəm, əziz qardaşım, doğum günün mübarək.
Sən mənim üçün həyatın ən şirin fürsətlərindən birisən. Bunu yaxşı izah edə bilmirəm. Fəqət sən məndə olan yerini yaxşı bilirsən. Səni sevirəm. Ad günün mübarək.
Yaxşı vaxtlar həmişə xatırlanır. Gələcək illərin də ürəyin qədər gözəl olsun, ən yaxşı qardaş, ad günün mübarək.
Qardaşlıq sözlərlə bitən bir cümlə deyil, ürəkdə döyünən bir sevgi dairəsi olmalıdır. Səni sevirəm, əziz qardaşım, ad günün mübarək.
Böyük bir qardaş dünyanın ən yaxşı müəllimi və bələdçisidir. Əziz qardaş, bütün rəhbərlik və hikmət sözləri üçün təşəkkürlər. Ad günün mübarək!
Heç bir xəzinə qardaş sevgisi ilə müqayisə olunmur. Əziz qardaşım, gözəl bir ad günü diləyirəm.
Dosta ad günü təbrikləri
Dost üçün axtarığınız ən yaxşı təbrik mesajlarını buradan tapa bilərsiniz. ad gunu tebriki ucun buradan secim edin dosta aid en gozel tebrikler. ⬇️
Səni sevənləri əl üstündə tut ki, qəlblərində heç solmayan bir çiçək kimi təzə qal. İllər ömürdən getsə də hər zaman gənc və gözəl qal. Ad günün mübarək olsun biricik dostum.
Zaman su kimi keçsə də aramızdan su sızmayacaq. Doğum günün mübarək və mübarək əziz dostum, uzun illər birlikdə…
Həyat dediyin bu yolda çox insanla rastlaşacaqsan amma dost dediyin əlin barmaqlarını aşmaz. Doğum günün mübarək əziz dostum, hər zaman bir əlin barmaqları olmaq diləyi ilə.
Dostlar ulduzlar kimidir, onları hər zaman görmürsən, amma sənin üçün həmişə var olduqlarını səni düşündüklərini bilirsən. Bu gün məni görməsən də bil ki, yanındayam. Həyatın bütün pislikləri səndən uzaq olsun. Yaxşı ki, varsan. Doğum günün mübarək.
Həyat yaşamağı, xoşbəxtlik gülümsəməyi, sevgi haqq etməyi, vəfa xatırlamağı, dostluq paylaşmağı bilənlər üçündür. Doğum günün mübarək, əziz dostum.