Digər

Filmlərin və serialların multi-kataloqu: Gazer METASMART TV-nin yeni funksiyalarını təqdim etdi

Hər il televizorların imkan dairəsi genişlənir, texniki xüsusiyyətləri inkişaf edir. Televiziya istehsalçıları televiziya təsvirlərinin keyfiyyəti, ən son texnologiyaların tətbiqi və dizaynı baxımından bir-biriləri ilə rəqabətə girirlər. Dəyişməyən yeganə şey isə mükəmməl film və ya serial tapmaqdır. Bu, demək olar ki, hələ də mümkün deyil. Daha doğrusu əvvəllər belə idi, ona görə ki, 2023-cü ilin sentyabr ayında Gazer unikal, dünyadakı bütün filmləri və serialları əsas televiziya ekranında bir yerdə cəmləyən yeganə multi kataloqun təqdimatını etdi. Təqdimat mərasimi Berlində keçirilən dünyaca məşhur kinosevərlərin, həm də adi tamaşaçıların marağına səbəb oldu.

Filmi sadəcə bir neçə dəqiqədə tapın

İstədiyiniz filmi tapmaq üçün bütün yayında olan xidmətin proqramlarını yükləməli və filmin orada olub-olmadığını və həmin filmin abunəliyinizdə mövcud olub-olmadığını yoxlamaq üçün onları bir-bir açmalı deyilsiniz. Hər bir film üçün METASMART TV onu hansı onlayn kinoteatrda, hansı dildə və hansı şərlərlə (abunə, icarə və alış) izləyə biləcəyinizi sizə göstərəcək, hətta bu proqram sizin telefonuzda quraşdırılmasa da. Ən yaxşı izləmə seçiminizi tez bir zamanda seçməyə kömək edəcək bütün məlumatlar indi əsas ekranda cəmlənib. Filmi öz adı ilə axtarmaq sizdən cəmi 1-2 dəqiqə aparacaq.

Sadəcə top on

Tanınmış axtarış xidmətlərində aviabiletlərin və ya otellərin axtarış sisteminə bənzər unikal filtr funksiyası bütün mümkün parametrlərdən və onların kombinasiyalarından istifadə edərək filmləri tapmağınıza kömək edəcək: buraxılış ili, reytinq,aktyorlar, rejissorlar, ölkə, tamaşaçının yaşı, filmin mükafatları, kinostudiyalar və s. Bu hərtərəfli filtr funksiyası sayəsində televizor sizin maraq dairənizə tam uyğun olan filmlərin siyahısını yaradacaq.

Televiziyadakı bütün məşhur film və seriallar

Bəzən keyfiyyətli bir film seçmək üçün kino sahəsində xüsusi təcrübəsi olanların fikirlərinə müraciət etmək daha məqsədəuyğun olur. Beləcə, pis film izləmək şansınız azalır. Söhbət kino sənətçiləri, rejissorlar, kinostudiyalar və blogerlər tərəfindən tərtib olunnuş film və serialların seçimlərindən gedir. İndi onları müxtəlif yerlərdə axtarmağa ehtiyac qalmır – bütün məşhur kolleksiyalar METASMART TV-də cəmlənir. Ən çox etibar etdiyinizi seçin və izləməyə başlayın.

METASMART TV ilə siz axşam saatlarında izləmək üçün nəsə axtarmağa vaxt sərf etməli olacağından narahat olmadan ailəlikcə kino gecələri və ya dostlarınızla görüşlər təşkil edə bilərsiniz.

4.5/5 - (2 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button