Tebrikler

Novruz bayrami tebrikleri 🌺

Novruz bayrami tebrikleri Tehsil.com.az saytında sizlərə təqdim olunur. “Novruz” sözünün mənası “yeni gün”, “bahar” deməkdir. Təbiətin oyanması ilə əlaqədar olaraq qədim türk və fars mənşəli xalqların qeyd etdiyi milli bayramdır Novruz. Adətən bayram mart ayının 20-dən başlayaraq 25-nə kimi davam edir. Hər bir yerdə canlanmanın baş verdiyini bu ərəfələrdə müşahidə etmək mümkündür. Küsülülərin barışdığı, aiələrin, qohum əqrabanın bir yerə toplaşdığı bu milli bayram təbriklərsiz ötüşmür. Müasir dövrün tələbləri bir sıra adətləri də dəyişməyə məcbur qoymuşdur. Belə ki, Novruz ərəfəsində insanlar bir-birində qonaq gedib bayramlaşardı. İndi isə b bayramlaşmanı texnoloji cihazlar vasitəsilə edə bilirik. Hazır şəkildə yazılmış Novruz bayrami tebrikleri bu barədə köməyimizə gəlir. Hisslərini yazıya tökməkdə çətinlik çəkənlər üçün bu təbrik mesajlarını sizlərə təqdim edirik.

Novruz bayrami tebrikleri 2024 💐

Bayramınız mübarək, ürəyiniz ümidli, ümidləriniz atlı, sevdanız qanadlı, sevinciniz qatlı, süfrəniz dadlı, məkanınız taxtlı, ömrünüz bəxtli, eviniz bərəkətli olsun! Novruz bayramınız mübarək olsun!

Bahar bayramınızı təbrik edirəm. Qədəmləri uğurlu, könül oxşayacaq sevincli günləri bol olsun. Novruz bayramınız mübarək olsun!

Qoy bu təravətli Novruz bayramı süfrənizi ruzu, qəlbinizi isə xoş hisslərlə doldursun. Sağlamlığınız möhkəm, arzularınız sonsuz, umidləriniz gərçək olsun! Novruz bayramınız mübarək olsun!

Təbiəti gözəlləşdirən novruz bayramı, həyatını da gözəlləşdirsin. Bütün ömrün yaz gülləri qədər ətirli və təravətli olsun. Novruz bayramın mübarək olsun…..

Sevgi dolu, nur dolu Novruz bayramınız mübarək! Sənə  və ailənə sevən qelbimdən “TƏBRİK” deyirəm, sevgilim. İnshallah tezliklə qovuşub bərabər qarşılayarıq Novruzu, həm de o biri bayramlar, İnshallah .

Novruz bayrami süfrənizə ruzu, qəlbinizə xoş hisslər gətirsin. Sağlamlığınız möhkəm və daimi, umidləriniz gerçək olsun! Novruz bayramınız mübarək olsun!

Baharın gəlişini, təbiətin oyanışını müjdələyən, ümid dolu başlanğıcların, bolluq və bərəkətin simvolu olan, bol ruzu dolu bayram diləyi ilə Novruz Bayramınız Mübarək!

Gəldi bahar bayramı, ilin gözəl bayramı, qədəmlərin xoş olsun Novruza deyir hamı. Novruz Bayramınız Mübarək!

Baharla birlikdə təbiətdə yaşanan hərəkətlilik, ortaya çıxan rəng şöleni bir bütünü meydana gətirən fərqliliklərin gözlər önünə sərdiyi mənzərylə birlikdə sənin də həyatın rənglənsin Novruz bayramın mübarək.

Novruz eyni zamanda, tam güclü mənalarla, yeni bir oyanışa, sülhə, dostluğa, birlik və birliyə aparılan bir çağırışdır. Sevgi dolu nur dolu novruz qarşılayaq, Novruz bayramınız mübarək! 

Novruz, dinclik içində, dost, qardaşlıq və şənliklerlə qarşılanması lazımdır. Bütün insanlıq üçün sevgi, barış və qardaşlıq kimi dəyərlərin əhəmiyyətini xatırladan bir bayramdır. Novruz Bayramınız Mübarək! 

Gözəl günlərdə gözəl insanlar xatırlanır.Gözəl insanlara gözəl arzular ünvanlanır.Bu gözəl gündə dünyanın gözəllikləri sənin olsun.Bayramınız mübarək!

Arzum budur bu novruz qüssə-qəmin yox olsun, ürəklərdən getsin buz, sevgi payın çox olsun! Novruz Bayramınız Mübarək olsun!

Gəldi bahar bayramı, ilin gözəl bayramı, qədəmlərin xoş olsun Novruza deyir hamı. Novruz Bayramınız Mübarək olsun! 

Sevgi dolu nur dolu novruz qarşılayaq, qoy bu bahar yaz boyu gün saçsın parlaq-parlaq! Novruz bayramınız mübarək olsun!

Novruz axsami qoy ureyinde tutdugun butun arzular niyyetler cin olsun dileklerin heyata kecsin.bayram sufresindeki xorekler kimi omrun bereketli olsun.

Bayramınız mübarək, ürəyiniz ümidli, ümidləriniz atlı, sevdanız qanadlı, sevinciniz qatlı, süfrəniz dadlı, məkanınız taxtlı, ömrünüz bəxtli, eviniz bərəkətli

Novruza aid status 🌞

Novruz ərəfəsində Whatsapp, İnstagram, Facebook, Tiktok kimi sosial şəbəkə və platformalarda Novruza aid status olaraq bu günə aid şəkil və videolar paylaşılır. Təbii ki, hər kəs də bu təbriklərə qoşulur, bayram əhval-ruhiyyəsini ətrafına yaymağa çalışır. Siz də hazır Novruza aid status paylaşmaq istəyirsinizsə, buyurun, tanış olun.

Bu Novruz bütün xalqımıza, millətimizə düşərli olsun. Bütün dərdlər unudulsun getsin, üzlərdə təbəssüm, ürəklərdə sevinc bol olsun. Butun istifadəçilərimizin Novruz bayramını təbrik edirik!

Bayramınız mübarək, ürəyiniz ümidli, ümidləriniz atlı, sevdanız qanadlı, sevinciniz qatlı, süfrəniz dadlı, məkanınız taxtlı, ömrünüz bəxtli, eviniz bərəkətli olsun! Novruz bayramınız mübarək olsun!

Bahar ətirli bayramınız mübarək!

Baharın gəlişini müjdələyən Novruz, qardaşlığımızın gücünü də müjdələsin. Bu Novruz bayramınız mübarək olsun.

Gözəllik, birlik, bərabərlik dolu, her vaxt bir əvvəlkindən daha gözəl ve xoşbəxt bir bayram diləyirəm. Novruz Bayramınız Mübarək.

Həyatın Şəkərbura kimi şirin, Paxlava kimi yağlı, Qoğal kimi dadlı, problemlərin Fındıq boyda, cibində Səməni kimi yaşıl pullar çox olsun. Novruz Bayramın Mübarək.

Novruz bayramı süfrənizə ruzi-bərəkət, qəlbinizə xoş hisslər, sevinc gətirsin.

Sabahınız xeyir əziz dostum, Türk dünyasının bayramı Novruzunuzu təbrik edirəm. Birliyin, bərabərliyin, qardaşlığın bolluğun və bərəkətin bayramı olan Novruzunuz bərəkətli olsun.

Ən gözəl bayramımız Novruz bayramı münasibəti ilə bütün dostlarımı, qohumlarımı təbrik edirəm!

Sizə Bayramların Ən Gözəl və Xeyirlisini Diləyirəm Novruz Bayramınız Mübarək Olsun.

Sevgi dolu, nur dolu Novruz bayramınız mübarək! Sənə və ailənə sevən qəlbimdən “TƏBRİK” deyirəm.

Novruz çərşənbələri 2024 – Novruz çərşənbə təbrikləri 💧🔥🌬️🌱

Novruz çərşənbələri bütün türk dünyasında qeyd olunur. Bu çərşənbələrin əhəmiyyəti böyükdür. Novruzun yaradılışın mərhələlərini işarələyən 4 ünsür (su, od, külək və torpaq) ilə əlaqədar ənənələr mövcuddur. Bu çərşənbələrdə müxtəlif növ şirniyyatlar və təamlar bişirilərək süfrələrə düzülür. Çərşənbələr yazın gəlişindən xəbər verir. Hər Novruz çersenbeleri zamanı isə uzaqda və ya yaxında olan dost tanışa, qohum əqrabalara təbrik mesajları yazılır.

Su çərşənbəniz mübarək. Ömrünüz su qədər uzun, saf, təmiz olsun.

Su gələr axar,doymaz,
Dağ-daşıyaxar,doymaz.
Gözlərim yar gözünə
Ölüncə baxar,doymaz.

Su olan yerdə dirilik olar. Su çərşənbəniz mübarək olsun.

Su çərşənbəsi aydınlıq, saflıqla bağlı olduğundan istər istəməz ruhumuza xüsusi təzəlik, təravətlilik gətirir, qəlbimiz aydınlıqla dolur, mənəviyyatımız saflaşır. Su çərşənbənizi təbrik edirəm.

Ağrım, uğrum tökülsün,
Oda düşüb kül olsun.
Yansın alov saçılsın,
Mənim bəxtim açılsın.

Bahar bayramınızı təbrik edirəm. Qədəmləri uğurlu, könül oxşayacaq sevincli günləri bol olsun. Od çərşənbəniz mübarək olsun!

Odunuz, ocağınız heç bir zaman sönməsin. Çərşənbəniz mübarək olsun!

Eviniz nurlu-bərəkətli, Ocağınız daim yanar olsun!

Bayram elçilərindən ikincisi olan Od Çərşənbəsi hər bir evə ruzi-bərəkət gətirsin.

Od çərşənbəsində qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Allah bütün ailələrə bol ruzi-bərəkət nəsib etsin ki, hər bir evdə qazan qaynasın.

Bahar yeli ruzi gətirər. Yel çərşənbəniz mübarək olsun!

Yel əsir, gəlir baharın nəfəsi. Torpağın qoxusu gəlir. Yel çərşənbəniz mübarək.

Bahar küləklə gələr. Baharın gəlişi ölkəmizə ruzi-bərəkət gətirsin. Bütün ailələrdə xoşbəxtlik, mehribançılıq olsun. Amin.

Əsən yel ancaq xoş xəbər gətirsin ailənizə. Yel çərşənbəniz mübarək!

Yel çərşənbəniz mübarək olsun! Bu çərşənbədə bütün dərdlərinizi yel götürüb aparsın. Üzəyiniz fərahla dolsun.

Sonuncu çərşənbə Torpaq çərşənbəniz mübarək olsun!

Torpaq oyanır.. Təbiət gözəlləşir.. İlaxır çərşənbəniz mübarək olsun!

Torpaq çərşənbəsi ilə Novruz çərşənbələri geridə qalır. Ən gözəl bayramımız Novruz bayramı gəlir!

Torpaq çərşənbəsində oyanan torpaq bütün xalqımıza ruzi-bərəkət gətirsin.

Torpaq çərşənbəniz mübarək! Süfrəniz bol, ruzi-bərəkətli olsun! Üzünüzdən sevinc əskik olmasın!

Torpaq çərşənbəsi bütün Azərbaycana firavanlıq, bərəkət gətirsin!

Torpaq çərşənbəniz mübarək! Allahdan xalqımıza can sağlığı, halal ruzi-bərəkət istəyirəm!

4.9/5 - (8 votes)

Əlaqəli yazılar

Back to top button