İnşalar

Quslar haqqinda melumat 🦅

Quslar haqqinda melumat axtarırsınızsa, doğru yerdəsiniz. Quşlar necə uçur? Necə köçürlər? bütün kimi sualların cavabı Tehsil.com.az-da təqdim olunur. Quslar haqqinda melumat ətraflı şəkildə saytımızda.

Quşlar necə uçur?🕊️

Quşlar uça bilən yeganə onurğalılardır. Uçmaq qabiliyyəti sayəsindəistənilən məsafələrə gedə bilir, qısa müddətdə böyük məsafələrə çata bilirlər. Uçmalarını təmin edən ən əhəmiyyətli uyğunlaşma qanadlarıdır.

Quşların qanadları elə formada qurulmuşdur ki, heç bir maye və qaz keçirmir. Uzun məsafəli uçuşlarda qanadların hərəkəti xüsusilə əzələ gücü tələb edir. Bu isə böyük miqdarda enerji itkisinə səbəb olur. Buna görə də quşlar, digər onurğalılara nisbətən daha çox döş sümüklərinə malikdirlər.

Döş sümüyünə bağlanan çox güclü əzələlər qanadların hərəkətinə kömək edir. Tənəffüs yolu ilə enerji istehsal edirlər. Uçuş zamanı nəfəs almaqda çətinlik çəkməmələrinin əsas səbəbi eyni anda həm nəfəs ala, həm də nəfəs verə bilmələridir.

Koceri quslar haqqinda melumat🦅

Bir çox quş növü vardır ki, havalar soyuduqdan sonra olduqları yerləri tərk edirlər. Azərbaycana da bu quşlara yaz və yay ayında rast gəlinir. Misal üçün qaranquşu, leyləyi bizlər ancaq yaz və yay aylarında görürük. Payız ayında isə artıq köç başlanılır. Temperatur aşağı düşəndə və günlər qısaldıqda quşlar başqa yerə uçurlar. Bu quşlar qaranquş,leylək, qaz və çöl ördək kimi köçəri quşlardır. Köçəri quşlar ən yaxşı yaşayış şəraiti və qida mənbələri tapmaq üçün daim axtarışda olurlar.

Quşlar həm qidanı daha asan tapmaq üçün, həm də soyuq havada yaşaya bilmədiklərindən payız yaxınlaşdıqca sürü halında köç etməyə başlayırlar. Payız ayları gələndə quşlar isti bölgələrə gedirlər. Bu səyahət kollektiv şəkildə baş verir və uçuşa rəhbərlik etmək üçün başçı seçilir. Miqrasiya uzun sürdüyü və yorucu olduğu üçün quşlar köç mövsümü gələnə yaxın bədənlərində yağ toplamağa başlayırlar. Belə ki, uzun müddət kilometrlərlə yol qət edərkən saxladıqları yağdan istifadə edirlər.

Quşlar miqrasiya zamanı niyə havada “V” əmələ gətirir?🦢

Yəqin ki, quşların sürü halında köç etdiyini hər birimiz görmüşük. Onların V şəklində uçmasının səbəbi vardır. Gəlin bu səbəbi öyrənək.

Köçəri quşlar uçuş zamanı böyük gücdən istifadə edirlər. Köç zamanı uzaq məsafələrə uçmalı olduqda enerjilərini qənaətlə istifadə etmək üçün yüksələn hava axınlarından və əlverişli küləklərdən yararlanırlar. Bu qənaətcillik onların V şəklində uçmasına səbəb olur. V şəklində uçarkən, hər bir quş arxasındakı quşun uçuşunu asanlaşdıran hava hərəkətləri yaradır.

Qışda köç edən quşlar niyə qayıdır?🦩

Bilindiyi kimi havalar soyuduqda quşlar isti ölkələrə köç edirlər. Lakin sonradan köçdükləri bölgə istiləşməyə başladıqda geri dönüş edirlər. Bunun əsas səbəblərindən biri isti ölkələrdə yırtıcı quşların çoxluğu və qida çatışmazlığənın yaranmasıdır. Bu səbəblə onlar yenidən geri qayıdırlar. Digər bir səbəb isə şimal yarımkürəsində istiləşmə başlayanda günün uzanmasıdır. Beləliklə quşlar rahatlıqla uzun müddətə yem axtarıb tapa bilirlər.

Köçəri quşlar geri yollarını necə tapırlar?🦅

Quşların getdikləri yeri tapması hər kəsdə maraq doğurur. Hətta qədimdə məktublaşma üçün göyərçinlərdən istifadə edildiyi də doğrudur. Onlara “poçt göyərçinləri” deyirdilər. Nəinki göyərçin bir çox dağ yerlərində yırtıcı quşlar göyərçinləri yedikləri üçün yırtıcı quşlardan olan qartallardan istifadə olunurdu. Maraqlıdır ki, köçəri quşlar, məsələn, Afrikadan qayıdan quş yenidən Aralıq dənizi ölkələrinin birində necə yuvalarını tapa bilirlər. Araşdırmalara görə müəyyən edilib ki, onlar gündüzlər günəş, gecələr isə ulduzlara əsasən yollarını tapa bilirlər. Quşlar hava buludlu olarsa, çaylar və dağlar kimi relyef formalarından istifadə edirək gəldikləri yerləri tapmaqğa çalışırlar. Onların bəzilərinin yerin maqnit sahələrindən faydalandığı da məlum olmuşdur.

Niyə bəzi quşlar bir ayaq üstə dayanır?🦩

Bəzi quşlar vardır ki, tək ayaq üstə durmağa üstünlük verirlər. Xüsusilə leylək və flaminqo kimi uzunayaqlıları misal göstərmək olar. Bu vəziyyət sadəcə olaraq digər ayaqların dincəlməsi kimi şərh olunsa da, əslində olan vəziyyət göründüyündən fərqlidir. Quşların ayaqlarında tük olmadığından qar, buz və ya soyuq dayaz suya düşdükdə, ayaqları vasitəsilə bədənlərindən əhəmiyyətli miqdarda istilik enerjisi itirirlər. Buna görə də onlar tək ayaq üstə dayanaraq artıq enerji qazanırlar. Bu sayədə  istilik itkisinin qarşısını almaq üçünisti tüklərinin altında ayaqlarını gizlədirlər.

Niyə quşlar həmişə eyni istiqamətə baxırlar?🦩

Quşların adətən ön hissələri ağır, quyruq hissələri isə yüngül olur. Qarşıdan gələn külək onların tüklərini qabartmaz və üzərlərindən axıb gedər. Arxadan gələn külək isə əksinə olaraq tüklərini qabardır və onların tarazlığını pozurlar. Ona görə də onlar hər zaman küləyə qarşı dayanırlar. Onların küləyə qarşı dayanmasının ikinci bir səbəbi isə təhlükə zamanı asan uça bilmələridir.

Qanadlı canlılar, adətən, qanadlarının uzandığı yerlərdə öndə ağır, quyruqda isə yüngül olur. Külək qarşı tərəfdən gələndə lələklərini süzmür, qanadlarının üstündən axır. Arxadan və yandan əsən külək tüklərini uçurur; İşıq bu hissəni sabitsizləşdirir və yerdə möhkəm dayanmağı çətinləşdirir. Xülasə, uçan canlılar ağır ön tərəflərini küləyin istiqamətinə çevirdikdə küləyə qarşı daha möhkəm dayana bilirlər.

Quşlar nə qədər yüksək uça bilər?🦅

Uçmaq və cazibə qüvvəsinə tab gətirmək qabiliyyətinə malik olan quşlar və həşəratlardır ki, onlar düşünüldüyündən çox yüksəkdə uça bilirlər. Quşlar çox yüksəklikdən uça bilirlər. Dəniz səviyyəsindən 5000 metr yüksəklikdə uçan quş o qədər yüksəkdir ki, onu adi gözlə görmək olmur.

Quşlar heç vaxt lazım olduğundan daha yüksək uçurlar. Adətən 150-200 metr hündürlükdə gəzən quşlar miqrasiya zamanı xeyli yüksəklərə qalxa bilirlər. Köçəri quşlar 1500 Onlar metr hündürlükdən uçmaqla başlayırlar. Onların orta hündürlüyü 3000-3500 metr civarında olarkən, bəzən 6700

metrə qədər yüksəlir.

Dünyanın ən kiçik quşu hansıdır?

Quşların ölçüləri fərqlidir. Böyük, orta və kiçik ölçülərə sahib quş növləri vardır. Dünyanın ən kiçik quşu Arı-Quşdur. Bu quşun çəkisi təxminən iki qramdır. Uçmaq üçün saniyədə onlarla dəfə qanad çırpır. Geri-geri getməyi və havada qalmağı bacaran yeganə quşdur.

Yırtıcı quşlar uzağı görürmü?🦅

İnsanlar uzaqda olan obyektləri görə bilmir. Ancaq bəzi heyvanlar, məsələn, yırtıcı quşlar insanlardan daha yaxşı görmə qabiliyyətinə malikdir. Səmada yüksəkdə uçan yırtıcı quş, ovunu uzaqdan görmək qabiliyyətinə malikdir.

Quşlar tarazlığını qoruyaraq necə yatır?🦚

Quşların “felksor tendonu” adlı ayaqlarının arxasında, ayaqlarının altına qədər uzanan kilidləmə mexanizmi var. Quş yatmağa gedərkən ayaqlarını qısaltmaqla öz ağırlığını bu mexanizmə verir. Bu kilidləmə sisteminin gücü ilə quşun bədəni heç bir şəkildə tarazlığını poza bilmir. Beləcə quşlar budaqda, məftildə və ya taxta parçasının üstündə yerə düşmədən rahat şəkildə yata bilirlər.

4.7/5 - (124 votes)

Əlaqəli yazılar

Back to top button