İnşalar

Sehidler haqqinda melumat 🥀

Sehidler haqqinda melumat almaq istəyən oxucularımız üçün bu məqaləmizi hazırladıq. Burada sizi maraqlandıran bütün məlumatları tapa bilərsiniz, həmçinin sehidlerimiz haqqinda melumat da bu axtarışınıza daxil ola bilər. Hər bir Azərbaycan vətəndaşı şəhidlərimizi tanımalı, sehidler haqqinda melumat toplamalıdır. Çünki sehidlerimiz haqqinda melumat nə qədər çox toplanılsa, qan yaddaşımız heç vaxt silinməyəcək, düşməninizin kim olmasını unutmayacağıq.

Bir millətin üzərində yaşadığı torpaq parçasına Vətən deyilir.

Vətən sadəcə bir torpaq parçası deyil, millətin namusu, qüruru, ana qucağıdır. Azadlıq bir sözlə, hər şeydir. Vətən bir xalqın, onun şəhidlərinin, qazilərinin müqəddəs torpağıdır, qanımızın axdığı yerdir.

Vətən uğrunda düşmənlə qorxmadan vuruşan, canını fəda edən oğullara və qızlara “Şəhid” deyilir. Şəhidlik əslində qəhrəmanın ölümü deyil, Uca Allahın dərgahında ölümün qəhrəmanlığıdır.

Atalarımızdan bizə miras qalan bu müqəddəs torpaqlara sahib çıxmaq bizim borcumuzdur.

Vətənimizin birlik və həmrəyliyinin pozulmaması, digər qüvvələrin ölkəmizə xələl gətirməməsi üçün daim çalışmalıyıq.

Keçmişdən bu günə qədər ölkəmizi parçalamaq istəyən bəzi daxili və xarici qüvvələr bizi müxtəlif soyqırımlar, qətliamlar ilə məhv etməyə çalışıblar və indi də çalışırlar. Bu yolda çoxlu canımız, yurdumuzun övladları, qardaş-bacılarımız şəhid olmuşdur və hələ də Azərbaycan hər gün şəhid verərək müharibə şəraitində yaşayan dövlətdir.

Vətən sözü gələndə gözü heç nə görməyən, geridə qoyacağı insanları düşünmədən “Vətən” deyən, haqqı ödənilməyən insanlardır Şəhidlər. Ölkəmiz çoxlu müharibələr keçirib və bu müharibələrdə qadın, kişi və uşaqlarımızın çoxu şəhid olaraq müqəddəs və hər şeydən qiymətli olan şəhidlik dərəcəsinə yüksəlmişdir. Qəhrəmanların bəziləri həyat yoldaşlarını, övladlarını, bəziləri isə valideynlərini uşaqsız qoyub gözlərini əbədə olaraq bu dünyaya yummuşdur. Onların heç birinin borcunu ödəyə bilmərik.

Şanlı və müqəddəs şəhidlərimizə layiq ola bilək deyə birlik və həmrəyliyimizi daim göstərməliyik.

Şəhidlər haqqında məlumatlar yalnızca 20 Yanvar, 26 fevral, 31 Mart kimi tarixlərdə deyil daim oxunmalı, onları bir-bir tanımalıyıq. Çünki onlar bu dünyada ən vacib şey olan canlarını bizim üçün, bu vətənin birliyi, bölünməzliyi üçün heçə saymış, arxada yüzlərlə gözüyaşlı yaxınlarını buraxıb getmişlər.

Azərbaycan hər zaman başı bəlalı ölkə olmuşdur. Günümüzdə də dəyişən heç bir şeyin olmadığını açıqca görürük. Zəngin torpağı, mükəmməl iqlimi onu uzaq və yaxın qonşu dövlətlərin ovuna çevirmişdir. Tarixə nəzər salsaq görərik ki, müharibələrdən başı açılmayan Azərbaycanın ilk əvvəllər ərazisi necə geniş, iqtisadiyyatı necə mükəmməl olmuşdur. Lakin Vətənimizdə yaradılan dövlətlər heç zaman tam müstəqilliyini yaşaya bilməmişdir. Ardı-arası kəsilməyən işğalçıların hücümları, davamlı baş tutan müharibələr çox yaralar almağımıza səbəb oldu.

XIX əsrdən bu yana isə Azərbaycanın vəziyyəti heç də ürəkaçan olmadı. Ermənilərin torpaqlarımıza köçürülməsindən bu yana daim olaraq azərbaycanlılar sıxışdırıldı, öz dədə baba yurdlarından qovuldu, torpaqları işğal olundu, minlərlə şəhidlər verdi. Yaxın tarixdə baş vermiş 20 Yanvar faciəsi və Xocalı faciəsinin açdığı yaralar hələ də sağalmamışdır. Qanlı Yanvarda həlak olan insanların hər birinə şəhid statusu verilmişdir. Hər il bu gün minlərlə insan Dağüstü Parka gedərək onları ziyarət edir, həmin günün ağrılarını bir daha dərindən yaşayırlar. Lakin Azərbaycanın başına gələn faciə Qanlı Yanvar ilə yekunlaşmadı. I Qarabağ müharibəsi başlanandan bugünə kimi şəhid verən ölkəmizin müsibətləri bitmək bilmir. 20 Yanvardan sonra ikinci zərbə olan Xocalı faciəsi xalqımız üçün olduqca ağır nəticələri ilə yadda qaldı.

Sehidlerimiz haqqinda melumat 🥀

Xocalının qəhrəmanlarından biri olan Araz Səlimovu çox insan tanıyır. 1 iyun 1960-cı ildə Xocalı şəhərində doğulmuşdur. Xocalının ən çətin günlərində darda qalanlara, çətin vəziyyətə düşənlərə kömək etmiş, onları təhlükəsiz yerlərə çatdırmışdı. Araz Səlimova müraciət edənlər yaxşı bilirdilər ki, darda qalmayacaqlar. O, könüllülərdən ibarət batalyona yazılanda hər şeyi ölçüb-biçmişdi. O, bilirdi ki, bu torpaq uğrunda ölmək qaçınılmazdır və o, ölümü şərəfli yaşamaq qədər uca tuturdu.  Onun ölümü isə çox ürəkağrıdı şəkildə baş tutdu. Erməni vəhşiləri onun izinə düşərək Əsgəran rayonunda qardaşı Fəxrəddinlə Arazı vəhşicəsinə min bir əzab və işgəncələrlə qətlə yetirmişlər. Xocalı faciəsi zamanı Araz Səlimovun ailəsindən üç nəfər özü, qardaşı və atası həlak oldu. 

Xocalının digər milli qəhrəmanlarından biri də Əlif Hacıyev idi. Çox güman ki, onun adını bütün Azərbaycan övladları əzbər bilir. O, 1953-cü ilin iyun ayının 24-də Xocalı şəhərində doğulmuşdur.

DQMV-də işlədiyi zamanlarda uzun müddət fəaliyyət göstərən gizli erməni millətçi mərkəzini ifşa etməyə çalışmış və buna görə də erməni millətçiləri onu saxta ittihamlarla günahlandıraraq, 10 il həbs cəzası almasına nail olmuşdular. Lakin Ə.Hacıyevin işinə  1987-ci ildə yenidən baxılmış, 10 il həbs cəzası 6 ilə endirilmiş, sonra o, bəraət almış və azadlığa buraxılmışdı. Xocalı faciəsinin baş verdiyi gecə Əlif və onun dəstəsi səhər saat beşə qədər azğınlaşmış rus hərbiçiləri və erməni yaraqlıları ilə vuruşmuşdular. Döyüşlər qeyri-bərabər qüvvələr arasında getsə də, qəhrəman igidlərimiz misilsiz qəhrəmanlıqlar göstərərək, bir dəstə dinc əhalini Ağdamın Şelli kəndinə tərəf təhlükəsiz yerə çıxarmağı bacardılar. Əlif yenidən geriyə dönərək, döyüşə atıldı. Düşmən nə qədər güclü olsa da Əlif təslim olmur, əsl cəngavər kimi vuruşurdu. Dinc əhalinin təhlükəsiz yerə çıxarmaq üçün son nəfəsinə kimi vuruşurdu.  Avtomatın darağını dəyişərkən düşmən gülləsi Qarabağ cəngavərinin qəlbinə sancıldı və o Xocalı faciəsi zamanı şəhid oldu.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə mayor Hacıyev Əlif Lətif oğluna (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Xocalı uğrundan canından keçən digər bir milli qəhrəmanımız olan Ələsgər Novruzov 1 avqust 1949-cu ildə Laçın rayonunun Kürdhacı kəndində anadan olmuşdur. Ələsgər Novruzov məsuliyyətli bir işçi olmaqla bərabər Qarabağ döyüşlərində özünü qorxmaz döyüşçü, mahir atıcı, gözəl idmançı, qayğıkeş komandir və dostluqda əvəzedilməz bir insan kimi tanıtmağı bacarmışdır.

Qarabağ müharibəsinin başlandığı ilk günlərdən tam gizli şəkildə yaradılmış Xocalının müdafiə komitəsinin ilk 5 nəfər üzvündən biri idi. O, 1988-ci ilin fevralından müdafiə üçün gizli silahlı dəstələrin yaradılmasında və onların silahlandırılmasında böyük rol oynamışdır.

Ə. Npvruzov 1988-ci il sentyabrın 18-də Xankəndindən minlərlə erməni qulduru Xocalıya hücüm edərkən onlara qarşı silahlı müqavimət göstərən 30-40 nəfər igid Xocalı oğlanlarından biri idi. O ilk dəfə mahir atıcılıq məharətini burada nümayiş etdirdi, onlarla ermənini məhv etdi və erməni quldurlarının geri oturdulmasında misilsiz şücaaət göstərdi.

Həmin günlərdə həmvətənlərimiz üçün çox ağır keçirdi, belə ki Xankəndidə azərbaycanlılar döyülüb, təhqir edilir, qovulur, ələ salınırdı. Bu vaxt Ə.Novruzov öz şəxsi maşını ilə həyatını təhlükəyə ataraq bir neçə dəfə Xankəndinə girib qızları, qadınları xilas etməyi bacarmışdı. Getdikcə vəziyyət gərginləşdiyi gördükləri zaman gizli silahlı dəstələr yaradılmağa başladı ki, onlardan birinə Ə.Novruzov rəhbərlik edirdi. Hətta o, buna görə qeyri-rəsmi komandir kimi tanınırdı.

Ə. Novruzovun göstərdiyi cəsarətli addımlar bununla yekunlaşmırd. O gənclərimiz üçün əsl hərbi müəllim idi. Xocalının ilk özünümüdafiə dəstələrinin, sonralar isə batalyonun döyüşçülərinə atıcılıq məharətini, silahlardan istifadə etmək bacarığını öyrədirdi.

Xocalı müdafiə komitəsinin üzvləri ilə birlikdə ermənilərin atəş nöqtələrinin dağıdılması, erməni quldur dəstələrinin məhv edilməsi üçün əməliyyat planlarının hazırlanması və həyata keçirilməsində daima fəal iştirakçı olmuşdu.

25 fevral 1992-cı il tarixində o, öz rəhbərlik etdiyi dəstəyə bildirdi ki, döyüş ağır olacaq, ona görə də patrona qənaət etmək lazımdır, boşuna güllə atmaq olmaz. Təxminən gecə saat 11-ə qalmış başlanan döyüşdə Ə.Novruzov və dəstəsi misilsiz qəhrəmanlıqlar göstərdi. Ə.Novruzov sərrast atıcı olduğundan 20-yə qədər erməni quldurunu məhv etməyi bacardı. Səhər saat 5-ə qədər öz mövqelərindən çəkilməyən döyüşçülərimiz artıq ermənilərin cinahından çəkilməyə məcbur oldular.

O zamanlar Xocalıda olan yeganə beşmərtəbə binaya tərəf döyüşə-döyüşə çəkilərkən Ə.Novruzov ağır güllə yarası aldı. O son gülləsinə qədər döyüşmüş sonra huşsuz qalmışdır. Ermənilərin ona qarşı olan hiddəti o qədər böyük idi ki, onu huşsuz halda işgəncələr verərək qətlə yetirmişlər.

Hər bir kəsin tanımalı olduğu növbəti milli qəhrəmanımız olan Tofiq Hüseynov 19 aprel 1954-cü ildə Xocalı şəhərində doğulmuşdur. O, 1991-ci ildə Xocalıda yaradılmış özünümüdafiə taborunun yaradıcılarından biri olmuş, daha sonra komandir təyin edilmişdir. Onu Xocalıda “Mixaylo” adlandırırdılar. Bu adı isə əbəs yerə qazanmamışdı. Göstərdiyi cəsarətli addımları ilə həm rütbəsini yüksəldən, həm də millətin qürur mənbəyinə çevrilən Tofiq Hüseynov Xocalı üçün əvəzolunmaz qəhrəmanlıqlar göstərmişdir.

Ermənilər Naragux kəndindən Xocalını tez-tez top atəşinə tuturdular.  Tofiq isə bu ərazini müəyyənləşdirərək ermənilərin qurğularını məhv edirdi. Daha sonra Mehdikənd kəndində yerləşən erməni quldurlarının artilleriyası “Alazan” qurğusu partlatmış, fermanı darmadağın etmişdi. Tofiq burada on erməni yaraqlısını əsir götürmüşdü. El oğlunun adı nəinki cəbhə boyu dolaşdı, bütün Azərbaycana yayıldı. Bu əməliyyatdan sonra ona mayor rütbəsi verildi. Mixaylonun sonuncu döyüşü Xocalıda 26 fevral oldu. O, neçə-neçə dinc sakini təhlükəsiz yerə çıxara bilmişdi. Adını qəhrəmanlıq dastanlarının səhifələrinə yazdıran, son nəfəsinə, sonuncu gülləsinə qədər vuruşan Tofiq onlarla erməni quldurunu məhv etdi son anda sonuncu qumbarasını sinəsinə sıxaraq özü ilə bərabər yaxınlığında olan erməni faşistlərini də partlatdı. O, ölümü ilə də düşmənlərə son zərbəsini vurmağı bacardı. Həmin gecə doğma yurdunda gözlərini əbədi yumdu.

Adı ilə ürəklərimizdə daim yaşayan milli qəhrəmanımız olan Natiq Əhmədov 1 sentyabr 1969-cu ildə Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdur.  O, ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklərin saya gəlmədiyi bir vaxtda Xocalı Rayon Daxili İşlər Şöbəsində yol-patrul xidməti müfəttişi vəzifəsinə qəbul edilir. Həmin dövrdə Qarabağın dağlıq hissəsində yerləşən kəndlərə, eləcə də Şuşaya gediş-gəlış son dərəcə çətinləşmişdi. Ermənilərшт yol boyunca pusquları, ardı-arası kəsilməyən terror əməlləri bitmək bilmirdi. Natiq Əhmədov Ağdam-Şuşa marşrutu ilə hərəkət edən sərnişin avtobuslarının təhlükəsizliyini təmin etmək üçün dəfələrlə ölümlə üzbəüz gəlmişdi.

I Qarabağ müharibəsində yalnız milliyyətcə azərbaycanlılar deyil, yəhudilər və ruslar da vuruşmuşdur. Onlardan biri olan Yuri Kovalyov 1965-ci il mayın 29-da Göyçay rayonunda rus ailəsində anadan olmuşdur. 1990-cı il sentyabr ayının 15-də Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul edilən Yuri Kovalyov Azərbaycanın bir çox döyüş bölgələrində mərdliklə vuruşur. Kovalyov Goranboy rayonunun kəndlərinin azad edilməsində böyük şücaət göstərmişdir hətta  düşmən tərəfindən “Əsədovun bandası” adlandırılan XTMD-nin əməkdaşlarıonların qorxulu yuxusuna çevrilmişdi. Başına yüz min rubl qiymət qoyulmuşdu Kovalyovu düşmən snayperləri onu dağlar, daşlar arasında da axtarırdı. 1991-ci il 3 oktyabrda ermənilərin açdığı atəş nəticəsində bu igidimiz şəhidlik zirvəsinə yüksəlmişdir.

Azərbaycanın bu çətin günlərində müxtəlif bölgələrimizdən yeniyetmələr, gənclər, kişilər və hətta qadınlar döyüşmək üçün könüllülər sırasına yazılırdı. Ölkənin hər yerindən müharibəyə gələn çox sayda igid oğlanlardan biri də Cəmil Niftəliyev idi. O, 5 oktyabr 1968-ci ildə Yardımlı rayonunun Şəfəqli kəndində anadan olmuşdur. Vətənin dar günlərində öz canını heçə sayanlardan biri olan Cəmil könüllü olaraq cəbhəyə göndərilməsini xahiş etdi və 10 mart 1992-ci il tarixdən onun döyüş yolu başladı. Peşəkar atıcı olduğu üçün erməni quldurlarını ağır itkilərə məruz qoyurdu. Ağdamda rəşadətlə vuruşan Vətən oğlu tezliklə cəbhədə hörmət qazanmışdı. 1992-ci il 29 mart Ağdamın Şelli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu.

Ölkənin bu çətin günlərində vətəni yağı düşməndən qorumaq uğrunda canını qurban verən şəhidlərimizdən biri də Faiq Rəfiyevdir. O, 22 fevral 1955-ci il Füzuli rayonunun Saracıq kəndində anadan olmuşdur. Birinci Qarabağ müharibəsində zabit kimi iştirak etmişdi. Faiq Rəfiyev xüsusilə, Axullu, Tuğ, Qaradağlı kəndlərinin qorunması üçün gedən döyüşlərdə şücaət göstərirdi. 10 yanvar 1992-ci ildə Koçbəy kəndinin erməni silahlılarından təmizlənməsi üçün baş tutan əməliyyat zamanı şəhidlik zirvəsinə yüksəlmişdir.

Cəsarəti ilə hər kəsi qürurlandıran əsl vətənpərvər oğullardan biri olan Niyazi Aslanov 25 dekabr 1960-cı ildə Qasım İsmayılov rayonunda (indiki Goranboy rayonu) anadan olmuşdur. Silahlı erməni quldurlarından vətəni müdafiə etmək üçün Niyazi yoldaşları ilə silah axtarışında idi. Onların axtarışı boşa çıxçadı, belə ki, iki tank tapıb, onları təmir edərək işlək vəziyyətə gətirirlər və Şəfəq kəndinin ermənilərin əlinə keçməsinin qarşısı almağı bacarır bu igirdlər. Niyazi və yoldaşları ilə Şəfəq, Gürzalılar, Todan, Sarısu, Tərtər və Ağdam bölgələrində vuruşmuşdular. 1992-ci il 4 may tarixində Tap Qaraqoyunlu kəndi yaxınlığında keçirilən döyüş zamanı komandiri İsfəndiyar Əsədovu xilas edərkən qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir.

Milli qəhrəmanlarımızdan olan Vahid Quliyev 20 sentyabr 1955-ci ildə Cəbrayıl rayonunun Qumlaq kəndində dünayaya göz açmışdır. O da könüllülər cərgəsinə qoşulmağı özünə borc bilən igidlərimizdən olmuşdur. 1992-ci ilin avqust ayında Yasamal rayon Hərbi Komissarlığına gələrək, cəbhəyə göndərilməsini xahiş edir. Arzusunu nəzərə alıb, onu bir zabit kimi döyüş xəttinə yola salırlar. Sentyabrın 7-də Ağdam istiqamətindən döyüşə girən Vahid Quliyev düşmənin bir tankını vurur. Beləliklə erməni yaraqlılarının hücumunun qarşısı alınır. Vahidin yoldaşları arasında hörməti getdikcə artırdı. Oktyabrın 7-də Qubadlıya göndərilir. Burada da o, rəşadətlə vuruşur. Düşmənin bir neçə döyüş texnikasını və xeyli canlı qüvvəsini sıradan çıxarmağı bacarır. 28 fevral 1994-cü ildə yenidən Ağdam döyüş bölgəsinə qayıdır. Quliyev xidmətə başlayan gündən atəşkəs elan olunana qədər düşmənin on zirehli texnikasını sıradan çıxarmışdı. Bunun səkkizi tank, ikisi isə PDM-dır (piyada döyüş maşını) idi.

Ölümü ilə bütün Azərbaycanı yasa qərq edən Polad İsrayıl oğlu Həşimov  1975-ci il yanvarın 2-də Qutqaşen rayonunun (hal-hazırda Qəbələ rayonu) Vəndam qəsəbəsində anadan olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli 1967 nömrəli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. Aprel döyüşləri zamanı Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi xidmətlərinə görə Polad Həşimova mənzil hədiyyə edilsə də, özünün kirayə mənzildə yaşamasına baxmayaraq həmin mənzili Aprel döyüşləri zamanı şəhid olan hərbçinin ailəsinə bağışlamışdır. 

Tovuz döyüşləri zamanı  onun sayəsində ermənilərə məxsus 20 nəfərdən çox şəxsi heyət, tabor qərargahı və digər hərbi hədəflər Azərbaycan Ordusunun dəqiq atəşi ilə darmadağın edilib. İyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 6-sı zabit olmaqla 7 hərbi qulluqçusu şəhid oldu ki, onlardan biri də generalımız idi.

Yüksək insanı keyfiyyətlərə malik cəsarətli igidlərimizdən olan İlqar Anzor oğlu Mirzəyev  1973-cü il mayın 8-də Qardabani şəhərində anadan olmuşdur. Aprel döyüşlərində qəhrəman göstərən igidlərimizdən idi. Döyüşlər zamanı komandanlığın rəhbərliyi altında 2 saat ərzində Ermənistan Ordusunun 21 postu darmadağın edilmiş və 7 strateji nöqtə işğaldan azad edilmişdir. İlqar Mirzəyev  3-cü Ordu Korpusunun Artilleriya rəisi və artilleriya şöbəsinin rəisi vəzifəsinə 2019-cu il fevralın 23-də təyin olunmuşdur. Tovuz döyüşləri zamanı isə 20 nəfərdən çox şəxsi heyət, tabor qərargahı və digər hərbi hədəflər Azərbaycan Ordusunun dəqiq atəşi ilə darmadağın edilmişdir.İyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 6-sı zabit olmaqla 7 hərbi qulluqçusu şəhid oldu ki, onlardan biri də İlqar Mirzəyev idi.

202-ci ildə öz cəsarətini nəinki bütün Azərbaycana, eyni zamanda dünyaya tanıdan igidimiz Cəbrayıl Dövlət oğlu Dövlətzadə 2001-ci il sentyabrın 11-də Sumqayıt şəhərində  anadan olub. Əslən Corat qəsəbəsindən idi.  Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə xüsusi təyinatlıların tərkibində savaşmışdır. Cəbrayıl Dövlətzadə sentyabrın 28-də Murovdağ döyüşləri zamanı Kəlbəcər rayonu ərazisində şəhid olub. O, ölümü ilə qəhrəmanlıq dastanının səhifələrinə adını yazdıraraq Mübariz İbrahimovun yolu ilə gedərək Polad Həşimovun qisasını almağı bacarmışdı.  Bir erməni generalını və iki polkovnikini boğaraq öldürən və qəhrəmancasına şəhid olan Cəbrayıl Dövlətzadə  II Şəhidlər Xiyabanında dəfn olunub. 

Azərbaycanın qəhrəmanlarından biri olan Hikmət Zahir oğlu Abbaslı 18 yanvar 1999-cu ildə Beyləqan rayonunda anadan olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın, Xocavəndin, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Hikmət Abbaslı 9 noyabr 2020-ci ildə Şuşa döyüşləri gedişatında Xocalı rayonunun Muxtar və Şuşakənd kəndlərinin arasında döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Onun nəşi 10 noyabr tarixində ərazidən çıxarılmış və 11 noyabr tarixində dəfn olunmuşdur.

Ağaqardaş Abbasov 1992-ci il sentyabrın 28-də Zərdab rayonunun Hüseynxanlı kəndində anadan olub. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağaqardaş Abbasov ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.

Rəşad Abdullayev 1988-ci il sentyabrın 14-də Cəlilabad rayonunun Göytəpə (həmin dövrdə Prişib) şəhərində anadan olub. Aprel döyüşlərində şüacət göstərmi. Rəşad Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2016-cı il tarixli 2176 nömrəli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalı ilə təltif edildi. 2ci qarabag muharibesində Kəlbəcər və Xocavəndin işğaldan azad olunmasında qəhrəmanlıq göstərdiyi üçün 3 medalla təltif olunmudur. əşad Abdullayevə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi.

Elnur Şaiq oğlu Abışov 1 sentyabr 1997-ci ildə Kürdəmir rayonunun Qarasu kəndində doğulub.  2016-ci ildə Aprel döyüşlərində iştirak edib, fəallıq göstərib. Hərbi xitmətini başa vursa da, vətənə olan sevgisi onu hərbidən kənarda çox saxlaya bilməyib. Yenidən müddətdən artıq hərbçi kimi xidmətə başlayıb. 2020-ci ildə qardaşı Səfalı ilə birgə Vətən Müharibəsinə qatılır. Talış və Suqovuşan kəndi uğurunda gedən döyüşlərdə düşmənin bir neçə texnikası və xeyli sayda canlı qüvvəsini məhv edib. 7 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olub. Qardaşı Abışov Səfalı Şaiq oğlu isə hazırda xidmətin davam etdirir və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Qüdrət Adışov 26 iyul 1998-ci ildə Yardımlı rayonunun Ostayır kəndində anadan olmuşdur.Vətən müharibəsində iştirak etmişdir. Tərtər istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 28 sentyabr 2020-ci ildə Goranboy istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Xocavənd və Ağdamın işğaldan azad edilməsində göstərdiyi qəhrəmanlıqlara görə medallarla təltif olunmuşdur.

Bütün şəhidlərimizin ruhu qarşısında ehtiramla aş əyirik. Bizlər əsla sizin haqqınızı ödəyə bilmərik. Çox sağ olun ki, bu Vətənin bölünməzliyi, bizlər üçün vuruşdunuz!

3.5/5 - (150 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button