İnşalar

Serce haqqinda melumat

Serce haqqinda melumat toplamaq istəyən oxucularımız doğru ünvandadırlar. Saytımızda bir çox sizi maraqlandıran məlumatlarla tanış ola, yeni məlumatlar əldə edə bilərsiniz. Bu günki mövzumuz isə sərçələr haqqındadır. Sərçə necə quşdur, sərçə necə qidalanır, harada və neçə il yaşadığının bütün təfərrüatlarını sizin üçün topladıq.

Sərçə necə quşdur?

Təbiətdəki ən kiçik quş növlərindən biri olan sərçələrin orta ölçüləri 12 – 15 sm aralığındadır. Elmi adı Passeridae olan sərçələr sürü halında yaşayırlar. Qlobal istiləşmədən sonra yaşıllıqların azalması nəticəsində sərçələrin sayı 50% azalıb. Son 50 ildə 20-yə yaxın sərçənin növü nəsli kəsilib.

Sərçə quşlar sinfinə, sərçələr fəsiləsinə aid dimdikli quş növüdür. Qızıl sərçə Afrikada əkin sahələrini viran edən böyük bir növdəndir. Ətraf mühitdə yaşayan ev sərçələrinin kürəyi və qanadları qəhvəyi, qarnı isə boz rəngdədir. Sərçələrin otuza yaxın növü vardır. Kiçik və dolğun quş növləridən olan sərçələrin qalın dimdiyi və qaraya bənzər tükləri olan kiçik ayaqları var. Ən çox tanınan və daim görülən növ olan adi sərçə həm böyük, həm də kiçik ərazilərdə, tarlalarda və bağlarda kiçik sürülər halında yaşayırlar. Əvvəllər Avrasiyada görünsələr də, zamanla bütün dünyaya yayıldılar.

Cırtıltı ilə onların səsi gün ərzində eşidilir. Bəzən onların quyruqları yelpik kimi açılır və döyüşürlər. Yayda onları qumda çimərkən görmək mümkündür. Adi sərçələrin həmişə qanadları tozla örtüldüyü üçün onların rənginin solğun boz olduğu düşünülür. Bununla belə, erkək sərçə çoxalma mövsümündə adətən daha canlı rəngdə olur. Adi sərçə çır-çırpıdan düzəltdiyi geniş və iddiasız yuvasına lələk, yun və tüklər qoyur. Yuvasını divarlarda, borular, ağac yoncaları və kolları olan üzümlərdə qurur. Adi sərçə həm də digər quşların yuvalarında da yaşaya bilər.

Sərçələr nə qədər yaşayır?

Sərçə quşları ətraf mühit faktoru olmadıqda 20-25 il yaşaya bilir. Lakin onların ovlanması, yem qıtlığı, elektrik naqillərinə, kabellərinə ilişməsi, hava şəraitinin kəskin şəkildə pisləşməsi ömürlərini azalda bilir.

Sərçə quşlarının miqrasiyası

Bu quşların üstünlüyü odur ki, köçmürlər. Onlar oturaqdırlar və koloniyalarda yaşayırlar.

Sərçə necə qidalanır?

Sərçə necə qidalanır sualının cavabı çox sadədir. Demək olar ki, rahat bir şəkildə yemləyə biləcəyiniz quş növüdür. Buğda dənələri, çörək, xırda doğranmış meyvələr, tərəvəzlər və daha bir çox qidaları yeyə bilmə bacarığına sahibdir bu quşlar.

Sərçələrin ovlanması

Yırtıcı quşlar və pişiklər sərçə quşlarının düşmənləridir. Bəzən kənd yerlərində yaşayan uşaqlar sərçə ovlamaq üçün tələlər qururlar. Qış aylarında onları tələyə salaraq xeyli sayda sərçə də tuturlar. Sərçələri adətən qışdan əvvəl hazırlanmış tor və tor kimi alətlərlə buğda dənələrindən istifadə edərək tələyə salırlar. Buğda dənləri  tələnin aşağı hissəsinə qoyulur, sərçə içəri girə bilsin deyə bir tərəfi açıq saxlanılır və sərçələr içəri girən kimi bağlanılaraq tutulur.

Sərçə quşlarının yayılması

Sərçələr Şimali Amerikaya ilk dəfə on doqquzuncu əsrin ortalarında gətirildi və bir əsrdən az müddətdə bütün qitədə yayıldı. Vətəni Avrasiya və Şimali Afrika hesab olunsa da, Cənubi Amerikadan başqa dünyanın demək olar ki, hər yerində mövcuddurlar. Onlar böyük qruplar halında Avropada, Asiyada və ümumiyyətlə Afrikada səyahət edirlər.

Sərçələrin eyni zamanda müxtəlif növləri vardır ki, bunlar adi qar sərçəsi, adi sərçə, qar sərçəsi, İtaliya sərçəsi (hibrid), meşə sərçəsi, sarıboğaz sərçəsi, söyüd sərçəsi, kol sərçəsi və səhra sərçəsidir.

4.3/5 - (1901 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button