Təhsil XəbərləriNədir?

TÖMER nədir?

TÖMER nədir, necə qeydiyyatdan keçirilməlidir, imtahan prosesi necə gedir kimi bütün sizi maraqlandıran sualların cavabları buradadır. Ölkəmizdə çox sayda Türkiyədə təhsil alan və Türkiyə universitetlərində təhsil almağı düşünən gənclərimiz vardır. Dünya üzrə ən yaxşı təhsil verən universitetlərin siyahısında məhz Türkiyədə fəaliyyət göstərən dövlət və özəl univertetlər yer tutur. Həmin universitetlədə istər bakalvr, istərsə də magistr təhsili almaq istəyən tələbələrdən TOMER imtahanının nəticələri tələb olunur.

TOMER yəni, TYS – bir Türkçe yeterlilik imtahanıdır. Türkiyədə təhsil almaq istəyən hər kəs bu imtahana girməlidir. TYS – imtahanı verməyən tələbələr Türkiyədə bir il artıq oxuyaraq yenidən türk dilini öyrənirlər. Bu müddət TÖMER hazırlığı adlanır.

Türkiydə 99% universitetlərin keçirdiyi Türkçe Yeterlilik Sınavı digər Türkiye universitetləri tərəfindən qəbul edilməkdədir.

Bu imtahan hər tədris ilinin payız semestrinin əvvəlində, yaz semestrinin əvvəlində və ilin sonunda 3 dəfə verilir.

İştirakçıların oxu/anlama/qrammatika, yazma, dinləmə və danışma bacarıqlarının, vərdişlərinin ölçüldüyü və müəyyən edildiyi imtahandır.

Türkcə Yetərlilik İmtahanı (TYS) 100 bal üzərindən qiymətləndirilir. Yuxarıda qeyd olunan hər bölmə 25 baldır. İmtahanda iştirak edəcək namizədlərin oxu/anlama/qrammatika, yazı, dinləmə və danışma bacarıqları üzrə ən azı 50% (12,5 bal) uğur qazanması nəzərdə tutulur. İmtahanın sonunda ən azı 80 bal toplayan tələbə/şəxs müvəffəqiyyətli sayılır və C1 səviyyəli Türk Dili Yetərlilik Sertifikatı alma hüququ qazanır.

Türkcə Yetərlilik Səviyyələrinin paylanması aşağıdakı kimidir:

00-34 bal: A1
35-49 bal: A2
50-64 bal: B1
65-79 bal: B2
80-95 bal: C1
95-100 bal: C2
Bu bölgüyə görə;

C (80-100 bal) Səviyyə: Türk dili səviyyəsi kifayətdir, qeydiyyatın verildiyi proqrama qeydiyyat.
B (50-79 bal) Səviyyə: Türk səviyyəsi kafi olmasa da, qısa müddətdə yüksələ bilər. Birlikdə türk dili kursu keçmək şərti ilə, qeydiyyatdan keçmək hüququnuz olan proqrama yazıla bilərsiniz. Namizəd növbəti tədris ilində qeydiyyat yenilənməsi zamanı türk dili səviyyəsini yüksəltdiyini təsdiq etməlidir.
A (00-49 bal) Səviyyə: Türkcə səviyyəsi qeyri-kafidir. Namizəd, qeydiyyatdan keçmək hüququ olduğu tədris ilinin sonunda və ya növbəti tədris ilinin birinci semestrinə qədər türk dili bilik səviyyəsini C1 və ya B2 səviyyəsinə yüksəltdiyini sənədləşdirməlidir.
Yuxarıdakı səviyyələrdən B (50-79 bal) və C (80-100 bal) səviyyələrində müvəffəqiyyət qazanan namizədlərə Türkcə Yetərlilik Sertifikatı verilir. A səviyyəsində (00-49 bal) bal toplayan namizədlərə Türkcə Yetərlilik Sertifikatı verilmir. Türk Dili Yetərlilik Sertifikatının etibarlılıq müddəti iki (2) ildir.

Türkcə Yetərlilik İmtahanı Kimlər Verə bilər❓

  1. Türk dilini xarici dil kimi öyrənənlər,
  2. Türkiyədəki universitetlərə müraciət və qəbul üçün türk dili biliklərini təsdiqləməsi lazım olan tələbələr,
  3. Xaricdə müxtəlif qurumlarda türk dili dərsi vermək istəyən müəllim namizədləri,
  4. Türk dili biliklərini təsdiqləmək istəyən tərcüməçilər,
  5. Attestatla bakalavr təhsili almaq istəyənlərə,
  6. YÖS-lə bakalavr təhsili almaq istəyənlərə,
  7. Magistr təhsili almaq istəyənlərə,
  8. Türkiyədə dövlət qurumlarında və bəzi şirkətlərdə işləmək istəyənlərə,
  9. Doktorantura oxumaq istəyənlərə.

Üstünlükləri nələrdir? ✔️

TÖMER imtahanı türk dili biliyini ölçən və sənədləşdirən bir imtahandır və imtahanda uğur qazandığınız  təqdirdə Türkiyədəki universitetlərdə dil hazırlıq kursundan azad olunacaqsınız. Bir çox iş görüşməsində, dil testlərinə girmədən türkcə biliklərinizi sübut edə biləcəksiniz və akademik karyeranıza təcrübə qatacaqdır.

İMTAHANIN MÜDDƏTİ ⌛

TÖMER imtahan müddəti

Ümumi olaraq 180 dəqiqə ərzində imtahan davam edir.

  1. Oxuma – 60 dəqiqə
  2. Dinləmə – 45 dəqiqə
  3. Yazma – 60 dəqiqə
  4. Müstəqil danışma – 5 dəqiqə
  5. Qarşılıqlı danışma – 10 dəqiqə

TOMER İMTAHANI ÜÇÜN MÜRACİƏT 📆

TÖMER imtahanı üçün qeydiyyat onlayn şəkildə mümkündür. Ölkəmizdə çox sayda kurslar var ki, siz həmin kurslara müraciət edərək həm imtahana hazırlaşa, həm də bu kurslar vasitəsilə imtahan verərək sertifikat əldə edə bilərsiniz. Adətən TÖMER imtahanı üçün ödəniş 250 manatdan başlayır.

5/5 - (3 votes)

Əlaqəli yazılar

Back to top button