Atalar sozleri

Zəhmətə aid atalar sözləri

Zəhmətə aid atalar sözləri axtarırsınızsa bu səhifədən ətraflı məlumat ala bilərsiniz. Atalar sozleri sehifesine kecid ederek daha çox müdrik atalar sözü tapa bilərsiniz.

Zehmete aid atalar sozleri

Çalışqan əl nəyə dəysə qızıl olar.

Zəhmət – həyatın duzudur.

Zəhmət yiyəsi-hörmət yiyəsi.

Çəkilən zəhmət hədər getməz.

Susuz həyat olmaz, zəhmətsiz rahatlıq.

Yaz günündə tərləməyən qış günündə titrəyər.

Əvvəl zəhmət çəkən sonra rahat olar.

Zəhmətsiz rəhmət olmaz.

Tənbəllik azar artırar, işləmək canı saf eylər.

Yazı – zəhmət, qışı – rahət.

Zəhmətsiz tapılan aşdan, zəhmətlə tapılan daş yaxşıdır.

El çalışar, yer sevinər.
Yer barlanar, el sevinər.

Vicdanla işləyən gözükölgəli olmaz.

Tənbəl badam istər, sındırmağının zəhmətindən qaçar.

Adam ağır zəhmətlə alim olur.

BAĞINI SALAN BARINI YEYƏR

TORPAQ DEYİR ÖLDÜR MƏNİ,DİRİLDİM SƏNİ

İSTƏYİRSƏN BAL ÇÖRƏK,AL ƏLİNƏ BEL KÜRƏK

İŞLƏNMƏYƏN DƏMİR PAS ATAR

ZƏHMƏTİ SEVƏN İŞDƏN DOYMAZ

ZƏHMƏTDƏN QAÇAN ƏL AÇAR

Lazım olan bir sənəti axtar sən
Veyil-veyil dolanmaq çox yamandır.
Lazım olan bir sənəti tapdınmı
Möhkəm yapış, əldən vermə, amandır.

Zəhmət haqqında atalar sözləri

Zəhmət haqqında atalar sözləri və onun ardı üçün səhifəni aşağı skroll edərək baxa bilərsiniz. Ən yaxşı atalar sözlərini bu səhifədən taparaq sosial media və profilinizdə paylaşa bilərsiniz.

Zəhmət olan yerdə qeybət olmaz.

Zəhmətlə yeyilən acı soğan minnətlə yeyilən baldan şirindir.

Zəhmət yemək istəmir, amma özü yedirdir.

Cavanlıqda zəhmət çəkən, qocaldıqda möhnət çəkməz.

Tərləməmiş pul qazanmağ olmaz.

Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş.

Zəhməti bülbül çəkər, gülü qucar xar.

Əvvəl zəhmət çəkən, sonra rahat olar.

Oxsar məqalələr:

4.6/5 - (439 votes)
Back to top button