Maraqlı Məlumatlar

Kəndirbazlıq haqqında məlumat

Kəndirbazlıq xalqımızın qədim sənət növlərindən biridir. Qədim zamanlarda kəndirbazlar bir qayda olaraq, el-obada tarla işləri başlamazdan əvvəl, ya da məhsul mövsümü başa çatanda öz məharətlərini göstərərmişlər. Ancaq sonradan isə toylarda, el şənliklərində də kəndirbaz oyunları təqdim olunmağa başlayır. Hal hazırda isə onları daha çox Novruz bayramı günlərində görmək mümkündür. Təəssüf ki, artıq bu sənət getdikcə unudulmağa başlayır. 

İndi də Novruz bayramı şənliklərində kütləvi gəzintilər, xalq oyunları, yarışlar, rəqs və nəğmələr oxunması, məzhəkəçilərin və kəndirbazların çıxışları olur. Məzhəkəçilər və kəndirbazlıq bir çox ölkələrdə tədricən unudulmuş ənənə olsa da, Novruzun maraqlı hadisələrindən biri olaraq ölkəmizdə qeyd olunmağa davam edir. Fərqli ölkələrin inanclarına görə burada kəndir üzərində yerimək, o dünyaya gedən “qıl körpünü” və “uçmağa” aparan yolu simvolizə edir.

Yallı və milli rəqslərin müşayiəti ilə gün boyu davam edən şənliklərdə böyükdən kiçiyə hər kəsin marağını cəlb edən fəaliyyətlər mövcuddur. Belə kütləvi şənliklərdə bir çox rituallar və adət-ənənələr də nümayiş etdirilir. Novruz bayramının atributlarından olan keçəl və kosa, qışı təmsil etmək üçün bu şənliklərə qoşulur.

1/5 - (1 vote)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button