İnşalar

Lacin haqqinda melumat

Lacin haqqinda melumat saytımızda təqdim olunur. Qarabağımızın gözəl guşələrindən biri də Laçındır. Uzun illər bu gözəl torpaqlarımızdan uzaq düşsək də, nəhayt ki, igidlərimizin sayəsində tarixi torpaqlarımıza qovuşduq. İndi isə gəlin, Lacin haqqinda melumat oxuyaraq bu qədimi torpağımız haqqında olan biliklərimizi artıraq.

Laçın rayonu  Azərbaycan Respublikasında inzibati  ərazisidir. Mərkəzi Laçın şəhəridir. Rayonda bir şəhər, bir qəsəbə (Qayğı qəsəbəsi), 125 kənd olmuşdur.

Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşən Laçın, Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonu ilə, qərbdən isə Ermənistanla həmsərhəddir.

Laçın rayonunda işğaldan öncə 82 avtobus dayanacağı, 1 ədəd avtovağzal, 2130 km uzunluğunda avtomobil yolları, 1187 km uzunluğunda su kəməri, 33 su anbarı, 92 ədəd körpü, camaşırxana, 15 km uzunluğunda mərkəzi kanalizasiya, 14 hamam, 8 ədəd yanacaq doldurma stansiyası, 20 km uzunluğunda istilik şəbəkəsi, 2636 km uzunluğunda elektrik hava xətləri, 498 km uzunluğunda qaz kəməri, 10200 km uzunluğunda radio-telefon kommunikasiya xətləri, 3 ədəd televiziya stansiyası və ötürücülər və sair mövcud olmuşdur.

Laçın ərazisində incəsənət də inkişaf etməkdə idi. Onlardan biri də toxuculuq sənəti idi. Burada yundan toxunan palaz, at çulu, xalça, kilim, zili, xurcun, fərməş xüsusi gözəlliyilə seçilib. Təsadüfi deyil ki, dünyada “Qasımuşağı” adı ilə tanınan xalçanın yaranması məhz bu bölgənin adıyla bağlıdır.

Laçının səthi dağlıqdır və şimal hissəsi Qarabağ silsiləsinin cənub-qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub-şərq yamacında, cənub-qərbi Qarabağ yaylasındadır. Qızılboğaz dağı (3594m) ən hündür nöqtəsidir. Həkəri çayı və onun qolları bu ərazidən axır. Əsasən çimli, dağ-çəmən, qəhvəyi dağ-meşə və karbonatlı dağ qara torpaqlara malikdir. Bitki örtüyü kollu və seyrək meşəli çəmənliklərdən, enliyarpaqlı dağ meşələrindən (palıd, fıstıq, vələs), alp və subalp çəmənliklərindən ibarətdir. Heyvanat aləminə çölsiçanı, qayakeçisi, çöldonuzu, sincab, süleysin, cüyür və s. aiddirlər. Ərazinin çox yerində qışı quraq keçən mülayim isti və soyuq iqlim üstündür.

İşğal olunmuş rayonun yerli əhalisi 01 yanvar 2014-cü il tarixə 80 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. 

İŞĞALI

Laçın rayonu 18 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edildi. İşğal nəticəsində 264 nəfər şəhid olmuş,  103 nəfər əlil olmuş, 65 nəfər girov götürülmüşdür. Rayonun 6 Milli Qəhrəmanı vardır. Rayon üzrə 225 nəfəri əlil olmuş,  1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır.

İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir.

1 dekabr 2020-ci ildən etibarən Laçın rayonu 28 il sonra yenidən Azərbaycan Respublikasının nəzarəti altına keçmişdi.

Yazını dəyərləndir post

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button