Suallar

Menali Suallar

Bu dəfəki yazımızda sizlər üçün həyata aid mənalı sualları siyahısını bir yerə topladıq. Bu sualları düşünərək həyata fərqli bir gözlə baxmış olacaqsınız.

Heyata aid menali suallar

Həyata aid suallar ilə siz özünüzə bağlı qalan cavabları taparaq fikirlərinizi formalaşdıra bilərsiniz. Bu isə sizin düşüncənizə, dünyanı, özünüzü tanımağınıza yardımcı olacaqdır.

  • Sizi siz edən nədir?
  • İnsan nəyi pulla ala bilməz?
  • Dünya yalandır ya insanlar?
  • Zaman maşını ixtira edilsəydi hansı dövrdə yaşamaq istərdiniz?
  • Həyatınız elə bir anı olub mu ki, o anda zamanın durmasını istəmisiz?
  • Özünüzü 3 kəlmə ilə necə ifadə edərdiniz?p
  • Xarakterinizi əks etdirən mövsüm hansıdır?
  • Cənnətdə olsaydınız ən çox kimi görmək istərdiniz?
  • Həyatınız devizi nədir?
  • Başqalarının həyatını nə iləsə zənginləşdirirsiniz?
  • Həyatdakı ən böyük uğurunuz nə olub?
  • Sizi digərlərindən fərqləndirən nədir?
  • Nəyi etmədiyiniz üçün təəssüflənmisiniz?
  • Həyatda aldığınız ən gözəl hədiyyə…?
  • Axırıncı dəfə nə vaxt yeni bir şeyi sınaqdan keçirmisiniz?
  • Yoxsul və kasıb insan arasında fərqi deyə bilərsiniz?
  • İzlədiyiniz hansı filmdə rol almaq istərdiniz?
  • Ssenarist olsaydınız ilk filminiz nə olardı?
  • Kimin yanında olmağı seçərdiz? Güclünün ya Haqlının?
  • Həyatınızı dəyişən bir kitab olub mu?
  • İntihar etməkdən olan birini yoldundan döndərmək üçün nə söylərdiniz?
  • Oynadığınız hansı oyunun gerçək olmasını istərdiniz?
  • İnsan pulun saxtasını yaradır, ya pul insanın?
  • 1 Günlük Milyoner olsaydınız ilk öncə nə edərdiniz?
  • Ən sevdiyininiz sitat?
  • Həyatınız bir kitaba çevrilsəydi adını nə qoyardız?
  • Dünyada nəyi dəyişmək istərdiniz?

Sevgiye aid menali suallar

Sevgiyə aid suallar ilə öz sevgi bağınızı cavablar taparaq gücləndirə bilər və sevdiyiniz adamı daha yaxından tanımış olarsınız.

Sevgiye aid menali suallar
Sevgiye aid menali suallar
  • O hansı mahnıdır ki, hər sözü hər ritmi sizə onu xatırladır?
  • Sevmək daha gözəldir ya sevilmək?
  • Ən böyük eşqlər nə ilə başlar?
  • Sevgi yalandır ya insanlar?
  • İlk baxışda aşiq olmağa inanırsınız?
  • Sevdiyiniz insanın hansı səhvini bağışlamazdınız?
  • Kimi bağışlamaq daha çətindir? Sevgilini ya dostu?
  • Xəyallarınız bəzəyən arzular nələrdir?
  • Sevginiz üçün etdiyiniz ən böyük fədakarlıq?
  • İki insan arasındakı sevgi münasibətini uzun müddət davam etdirən nələrdir?
  • Sevgilinizlə kinoteatra getsəydiniz ona hansı filmi izlətmək istərdiz?
  • Sevgilinizlə birgə etməkdən zövq aldığınız məşğuliyyət?
  • Sizcə həiqiqi sevginnecə olmalıdır?
  • Sevdiyiniz insanla eyni filmdə baş rolda olmaq sizdə necə təəssürat oyadardı?

Dostluğa aid mənalı suallar

  • Bir dostu ən yaxşı dost edən nədir?
  • Ən böyük sirrinizi dostunuzla paylaşardınız?
  • Dostunuzun hansı səhvini bağışlamazdınız?
  • Dostunuz üçün etdiyiniz fədakarlıq nədir?
  • Kimi bağışlamaq daha çətindir? Dostu ya düşməni?
  • Düşməninizin düşmənj sizin dostunuzdur?
  • Dostluğu yaradan nədir? Oxşarlıqlar ya eyniliklər?
  • Bəzən dost doğrunu söylər, düşmən də. Fərqi nədir?
  • Kimə dost demərsin?
  • Sizə qarşı dürüst olmayan biriylə dost olardınız?
  • Düşməniniz sonradan dostunuz olsaydı ona etibar edərdiniz?

Fəlsəfi suallar

Fəlsəfi suallar
Fəlsəfi suallar
  • Sizin üçün Həyatın mənası nədir?
  • Həyatda əsas qayəniz nədir?
  • İndiyə qədər eşitdiyiniz ən müdrik fikir hansıdır?
  • 1 cümlə ilə Həyatı necə şərh edərdiniz?
  • İnsana bəxş edilmiş ən böyüş nemət nədir?
  • Sizcə Həyat nəyə bənzəyir?
  • İnsanı insan edən nədir?
  • Cahil ilə kamilin fərqi nədir?
  • Sizin üçün pis və yaxşı nədir?
  • İnsan ölümsüz olsaydı həyat necə olardı?
  • Həyat kimlərə mənasızdır?
  • Çoxları həyat qısadır deyir, ancaq yenədə həyatı boşuna yaşayır.. Sizcə niyə?
4.4/5 - (81 votes)
Back to top button