Təhsil Xəbərləri

Rezidentura ixtisaslar

Rezidentura ixtisaslar bir çox şəxsi maraqlandırır. Bu məqaləmizdə sizləri maraqlandıran bir çox sualların cavablarını təqdim edəcəyik. Ümid edirik ki, sizlər üçün hazırladığımız bu məqalə sizlər üçün faydalı olacaqdır.

İlk əvvəl qeyd edək ki, rezidenturaya qəbul Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş şəkildə test üsulu ilə həyata keçirilir. Qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 41 nömrəli qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında rezidenturaya qəbul qaydaları” ilə tənzimlənir.

Rezidenturaya qəbul olmaq hüququna Azərbaycan Respublikasında əsas (baza ali) tibb təhsili almış şəxslər və ya xarici ölkələrdə tibb üzrə təhsil almış və ali tibb sahəsində müəyyən edilmiş qaydada ixtisası nostrifikasiya edilmiş şəxslər (namizədlər) malikdirlər.

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müsabiqə yolu ilə rezidenturaya qəbul prosesi baş tutur. Müsabiqədə iştirak isə ödənişlidir.

Rezidenturaya qəbul üzrə müsabiqədə iştirak etmək üçün Mərkəz tərəfindən müəyyən edilmiş müddətdə Mərkəzin rəsmi internet saytında “Namizədin elektron ərizəsi”ni doldurmalı və tələb olunan sənədlərin əslini Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.

Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir ki, bunlar aşağıdakı mərhələlərdir;

  • baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı;
  • ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı.

“Məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilən baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında “məqbul” alanlar 5 (beş) il ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr də buraxılır ki, sənədlərini hazırlayıb müraciət edə bilərlər. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən sonra buraxıla bilirlər.

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri elan olunduqdan sonra aparılır ki, ixtisas seçiminə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladığı balı Mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılır.

Rezidenturaya namizədliyini irəli sürən hər bir namizəd bitirdiyi əsas (baza ali) tibb təhsili istiqamətinə müvafiq olan ixtisaslardan istəyinə uyğun olanlarını seçir, onları istədiyi ardıcıllıqla elektron ərizəsindəki ixtisas seçimi formasına daxil edir və təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi qəbul olunmaqdadır və namizəd topladığı bala əsasən müsabiqədən keçdiyi ilk ixtisasa yerləşdiriləcəkdir.

Müsabiqə namizədlərin ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahandan topladıqları bal əsasında aparılır.

Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur və hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun nəticəyə) təsir göstərmir ki, bu da üstünlükdür.

Hər bir mərhələdə imtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır ki, namizəd rahat bir şəkildə bütn testləri həll edə bilsin.

REZİDENTURA SƏVİYYƏSİ ÜZRƏ İXTİSAS SEÇİMİ CƏDVƏLİ 

Baza ali tibb təhsili səviyyəsində istiqamətlər (fakültələr)Rezidentura səviyyəsində uyğun ixtisaslarRezidenturaya qəbul üçün imtahan fənləri
Baza fənləriİxtisas fənləri
1234
I. Müalicə işi,
Pediatriya
060901 – Anesteziologiya-reanimatologiya
060902 – Ümumi cərrahiyyə
060903 – Neyrocərrahiyyə
060904 – Plastik cərrahiyyə
060905 – Ürək-damar cərrahiyyəsi
060906 – Uşaq cərrahiyyəsi
060907 – Otorinolarinqologiya
060908 – Travmatologiya-ortopediya
060909 – Onkologiya
060910 – Urologiya
060911 – Oftalmologiya
060912 – Mamalıq-ginekologiya
060913 – Psixiatriya
060914 – Nevrologiya
060915 – Terapiya
060916 – Kardiologiya
060917 – Nefrologiya
060918 – Qastroenterologiya
060919 – Hematologiya
060920 – Dermatovenerologiya
060921 – İmmunologiya
060922 – Allerqologiya
060923 – Yoluxucu xəstəliklər
060924 – Revmatologiya
060925 – Endokrinologiya
060926 – Narkologiya
060927 – Fizioterapiya və tibbi bərpa
060928 – Ftiziatriya
060929 – Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza
060930 – Pediatriya
060931 – Şüa terapiyası
060932 – Şüa diaqnostikası
060937 – Mikrobiologiya
060939 – Genetika
060935 – Sosial gigiyena və səhiyyənin təşkili
İnsan anatomiyası
İnsan fiziologiyası
Patoloji  anatomiya
Patoloji fiziologiya
Mikrobiologiya
Farmakologiya
Biokimya
Daxili xəstəliklər
(kardiologiya,
pulmonologiya,
qastroenterologiya,
endokrinologiya,
nefrologiya,
hematologiya,
nevrologiya,
yoluxucu xəstəliklər,
psixiatriya)Cərrahlıq
(ümumi cərrahlıq, cərrahi xəstəliklər, uşaq cərrahlığı) Mamalıq və ginekologiyaUşaq xəstəlikləri
(uşaq xəstəliklərinin propedevtikası,
neonatologiya)
II. Stomatologiya060933 – Stomatologiya
060934 – Üz-çənə cərrahiyyəsi
060935 – Sosial gigiyena və səhiyyənin təşkili
İnsan anatomiyası
İnsan fiziologiyası
Patoloji  anatomiya
Patoloji fiziologiya
Mikrobiologiya
Farmakologiya
Biokimya
Terapevtik stomatologiyaOrtopedik stomatologiyaÜz-çənə cərrahiyyəsiUşaq stomatologiyası
  III. Tibbi-biologiya060937 – Mikrobiologiya
060938 – Laboratoriya işi
060939 – Genetika
İnsan fiziologiyası
Patoloji fiziologiya Biokimya
Mikrobiologiya
Klinik biokimya
Genetika
IV. Tibbi-profilaktika060935 – Sosial gigiyena və səhiyyənin təşkili
060936 – Gigiyena
060937 – Mikrobiologiya
060938 – Laboratoriya işi
060940 – Epidemiologiya
060923 – Yoluxucu xəstəliklər
İnsan fiziologiyası
Patoloji fiziologiya Biokimya
Mikrobiologiya
Yoluxucu xəstəliklər Gigiyena
(ümumi, kommunal,
qidalanma, əmək)
Epidemiologiya

Rezidentura İxtisasları və müddətləri

MÜALİCƏ-PROFİLAKTİKA VƏ PEDİATRİYA

İxtisas adıMüddəti
Ümumi cərrahiyyə5 il
Neyrocərrahiyyə5 il
Plastik cərrahiyyə5 il
Ürək-damar cərrahiyyəsi5 il
Uşaq cərrahiyyəsi5 il
Travmatologiya-ortopediya5 il
Onkologiya5 il
Urologiya5 il
Mamalıq-ginekologiya5 il
Otorinolarinqologiya4 il
Nevrologiya4 il
Terapiya4 il
Kardiologiya4 il
Nefrologiya4 il
Qastroenterologiya4 il
Hematologiya4 il
Dermatovenerologiya4 il
Yoluxucu xəstəliklər4 il
Revmatologiya4 il
Endokrinologiya4 il
Pediatriya4 il
Şüa diaqnostikası4 il
Anesteziologiya-Reanimatologiya3 il
Oftalmologiya3 il
Allerqologiya-immunologiya3 il
Fizioterapiya və tibbi bərpa3 il
Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza3 il
Şüa terapiyası3 il
Sosial gigiyena və səhiyyənin təşkili3 il
Narkologiya2 il
Ftiziatriya2 il
Mikrobiologiya2 il
Laboratoriya işi2 il
Genetika2 il
Psixiatriya2 il

STOMATOLOGİYA

İxtisas adıMüddəti
Stomatologiya5 il
Sosial gigiyena və səhiyyənin təşkili3 il

İctimai Səhiyyə (Tibbi Profilaktika)

İxtisas adıMüddəti
Yoluxucu xəstəliklər4 il
Sosial gigiyena və səhiyyənin təşkili3 il
Epidemiologiya2 il
Mikrobiologiya2 il
Laboratoriya işi2 il
Gigiyena2 il
Mikrobiologiya2 il

Qebelede kiraye evler ucun: https://qebeledekirayevler.com

4.8/5 - (37 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button