Təhsil Xəbərləri

Rusca danisiq oyrenmek

Rusca danisiq oyrenmek daha asandır nəinki qrammatikasını öyrənmək. Çox güman ki, artıq siz də iş müsahibələrində və gündəlik həyatda “rusca bilirsən?” sualından yorulub bu dili öyrənməyə qərar vermisiniz. Yaxud da artıq siz də rus dilində danışmaq, rus ədəbiyyatını oxumaq, rusca filmlər izləyib musiqi dinləmək istəyirsiniz.Bu üsullar ilə rusca danisiq oyrenmek daha asan olacaqdır.Dünyanın ən çox istifadə edilən dillərindən olan rus dili bir çox ölkələrdə fərqli millətlərin bir-biri ilə ünsiyyət qurmasına kömək edir.

Rus dili təsəvvür etdiyiniz qədər çətin deyildir. Əgər həqiqətən özünə güvənirsinizsə və özünüzə inanırsınızsa, mütləq uğur qazanacaqsınız.

Unutmayın ki, uğura aparan yolda ilk qızıl qayda özünə inamdır. Özünə inam əslində hədəfinizə gedən yolda ilk addımdır. Bu pillələrə yavaş-yavaş və qətiyyətlə qalxacaqsınız. Səbir və nizam-intizam ikinci qızıl qaydanız olmalıdır. Bunlar olmadan həyatda heç vaxt uğur qazana bilməyəcəksiniz.

İndi biz sizə bir-bir rus dilini necə öyrənəcəyinizi söyləyəcəyik.

RUS DİLİNİ NECƏ ÖYRƏNMƏK OLAR?

İlk növbədə ətrafınızda sizə deyilən “rus dili çətin dildir, rus dilində danışmaq vaxt aparır, dünyanın ən çətin dili rus dilidir” sözlərini unutmalısınız və bütün bu mənfi düşüncələri başınızdan atmalısınız. Bu düşüncə ilə yola çıxsanız, heç vaxt uğur qazana bilməyəcəksiniz.

Unutmayın ki, öyrənməyin birinci qaydası öyrənəcəyiniz xarici dili həqiqətən istəmək və həmişə müsbət düşünməkdir. Mənfi fikirlər heç vaxt sizə uğur gətirməyəcək. Bu fəlsəfə sizin beyninizdə olmalı və özünüzə olan inamınızın təməl daşını təşkil etməlidir. Rus dilini öyrənməyin ilk fəlsəfəsi özünə inanmaqdır.

Özünüzə inanırsınızsa, nizam-intizam ardınca gələcək. Rus dilini öyrənmək bir prosesdir. Bu prosesdə özünüzə inamınızı itirsəniz, uğur qazana bilməyəcəksiniz.

Rus dilini öyrənmək istəyirsinizs, məqsədiniz olmalıdır. Məsələn, özünüzə “Mən niyə rus dilini öyrənmək istəyirəm?” sualını verin, bu suala səmimi cavab verə bilsəniz və özünüz üçün həqiqətən mənalı səbəblər tapa bilsəniz, uğur ardınca gələcək.

Rus dilini öyrənmək üçün özünüzə bir məqsəd əldə etməlisiniz. İnsanlar biliyin pulla alına biləcəyini düşünür, ona görə də yalnız dil kurslarına getməklə vaxt itirirlər.Lakin unutmayın ki, Rus dili kursunu keçmək rus dilində danışacağınıza zəmanət vermir. Əgər özünüzdə bu inamı hiss etməsəniz, nə etsəniz də, yenə də uğursuzluğa düçar olacaqsınız.

RUS DİLİNDƏ TƏHSİL

Ölkəmizdə rus dilində tədris verən həm dövlət, həm də özəl məktəblər sayca çoxluq təşkil edir. Təbii ki, bir dili mükəmməl öyrənməyin ilk açarı da həmin dildə təhsil almaq və həmin dildə ünsiyyət qura biləcəyiniz insanların əhatəsində olmaqdır.

Sizə ən yaxşı rusca yazılı və vizual resursları təqdim etməyə çalışacağıq. Bu yoldakı sizə maksimum dəstək verəcək mənbələri göstərəcəyik

Təəssüf ki, ölkəmizdə rus dilini öyrənə bilcəyimiz hər hansı sayt və yaxud da proqram yoxdur. Əksər mənbələri YouTube kanalları vasitəsilə tapmaq mümkündür.

Ən yaxşı mənbələri aşağıda görə bilərsiniz:✅

  1. https://learnrussian.rt.com/
  2. https://mezhdunami.org/
  3. http://www.russianforeveryone.com/
  4. https://reallanguage.club/russkij-yazyk/
  5. https://uchiyaziki.ru/russkiy-jazyk
  6. http://learningrussian.net/
  7. https://m.vk.com/russianforeign
  8. https://ruscaonline.com
  9. Hellotalk – Android: yüklə  IOS: yüklə
  10. Speaky – Android: yüklə  IOS: yüklə
  11. Tandem – Android: yüklə  IOS: yüklə
  12. Prolingo – Android: yüklə
  13. Drops – Android: yüklə  IOS: yüklə
  14. Duolingo – Android: yüklə  IOS: yüklə
  15. Natel Aliyeva: “Klik edin”
  16. Real Russian Club: “Klik edin”
  17. Bonus 3 əlavə kanal:  “Klik edin”
  18. Azərbaycan dilindən 0-dan rus dili öyrənmək üçün kitab: “Klik edin” 
  19. Azərbaycan dilindən rus dili öyrənmək üçün kitab pdf: “Klik edin” 
  20. İngilis dilindən Rus dili öyrənmək üçün kitab pdf:  “Klik edin” 

Bəziləri rus dilindən fərdi dərslər keçməklə bu problemin öhdəsindən gələcəklərini düşünür. Milyarlarla pul xərclədikləri rus dili kurslarını bitirəndə görürlər ki, sadə cümlə qura bilmirlər. Mən sənə demirəm ki, rus kursuna getmə, istəyirsənsə, təbii ki, get. Amma sizə dediyim fəlsəfəni anladıqdan sonra bu rus dili kurslarından faydalana bilərsiniz.

Rus dilini öyrənməyin ən effektiv yolu günün çox hissəsini bu dili öyrənməyə həsr etmək olacaqdır. Çoxlu sayda söz əzbərləməklə, filmlər izləməklə və ətrafınızda bu dildə danışan şəxslərlə tez-tez ünsiyyətdə olmaqla rus dilini daha tez zamanda qavraya bilərsiniz.

İlk olaraq hərflər, daha sonra sözləri əzbərləməklə yanaşı cizgi film izləməyiniz də sizin üçün effektiv nəticələr verəcəkdir. Necə deyərlər; “bir dili öyrənən zaman uşaq necə dil açırsa, o şəkildə öyrənmək lazımdır”.

Ümid edirik ki, sizlərə təqdim etdiyimiz mənbələr və digər məsləhətlər sizin üçün maraqlı və eyni zamanda köməkçi olacaqdır. Artıq siz də vaxt itirmədən rusca danisiq oyrenmek üçün müxtəlif mənbələrdən istifadə edərək bu yolda addımlaya bilərsiniz.

Tags
loading...

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button
Close