1000 Manatla biznes
Min. 1000 manata Azərbaycanda hansı biznesi qurmaq olar? Sizlər üçün məhz bu mövzunu araşdırıb paylaşdıq.
Dünyanın ən varlı şəxsləri risk edərək öz işini qurmuş və sevdikəri biznesdə uğurlu olmuş insanlardır. Hansı ki, onlar standart maaşlı bir işi tərk edərək, hər kəsin edə bilməyəcəyi işlər etmişdir. Bu cür insanlar uğursuzluqla qarşılaşsalar belə, ümidlərini və uğura olan inanclarını itirmədən öz yollarına davam etmişlər. Onlar da uğura gedən yolda kiçik bizneslə başlamış, daha sonra öz ticarət zəkaları və biznes əlaqələri ilə şəxsi bizneslərini böyütməyə nail olmuşlardır.
E-ticarət etmək
Onlayn alış-veriş saytlarından hər hansı bir məhsulu alıb başqa bir müştəriyə sataraq mənfəət əldə edə bilərsiniz. Bu məhsul yeni və ya ikinci əl ola bilər. 1000 manata bir çox məhsul və xidmət növü alaraq mənfəət etmək mümkündür. Bu işdəki qazancınız sizin ticarət təcrübənizdən və qabiliyyətinizdən asılıdır. Endirim və kompaniyalardan da yararlanaraq qazanc payınızı artıra bilərsiniz.
Tövsiyyə edərdim ki, qazancınız artıqdan sonra öz elektron mağazanızı yaradıb Dropshipping edəsiniz.
Web sayt açmaq
Virtual aləmdə əsas gəlirli sahələrdən biridir desək yanlış olmaz.
Xüsusiləingilis dilini yaxşı bilirsinizsə bu dildə sayt açaraq yüksək məbləğdə pullar qazana bilərsiniz. Ancaq bu böyük səbir və əmək tələb edən bir işdir. Adətən Google Adsense ve digər alternativ reklam firmalarına qoşularaq qazanc əldə edilir. Saytınızın populyarlığı artıqdan sonra sponsor reklamlar təklifləri də alacaqsınız.
Fotoqraf olmaq
Əgər çox yaxşı fotolar çəkdiyinizdən əminsinizsə bu bacarığınızdan niyə də pul qazanmayasınız? Bunun üçün sadəcə yaxşı bir fotoaparat cihazı yetər. 1000 manata orta göstəricilərə sahib bir fotoaparat ala bilərsiz.
Əl sənəti
Toxuculuq, rəssamlıq, heykəltaraşlıq və bu kimi digər əl sənəti növləri ilə məşğul olaraq öz kiçik biznesini quran minlərlə insan var. Hansı ki, öz səhifələrini və onlayn mağazalarını yaradaraq sevimli hobbilərini kiçik biznesə biznesə çevirirlər. Bəzəkli akksesuarlar, suvenirlər, qolbaqlar və s. Buna bənzər əl işləri hər zaman özünə müştəri tapır.
Domen alqı-satqısı etmək
Ağlınızda yaxşı domen ideyaları varsa siz də domen alıb sataraq yaxşı pullar qazana bilərsiniz. Domen ticarətinin aparıldığı saytlardan müştəri taparaq qazanmağa başlaya bilərsiniz. Bu işin əsas sirri qısa və yadda qalan domen adlarını tapmaqdır..
E-ticarət saytı qurmaq:
E-ticarət saytı ən gəlirli sayt növüdür.
Artıq ölkəmizdə də elektron ticarətin həcmi ildən-ilə artır və Korona sonrası bu prosses daha da sürətləndi deyə bilərik. Bizdə bu cür saytlar az olsa da ehtiyac hər il artır.
Burda əsas önəmli olan milli bazara uyğun məhsul və xidmət növünün seçilməsi, doğru marketinq siyasətinin aparılmasıdır.
Qızıl alış-satışı .
Belə bir məsəl var: Pul ölər, qızıl ölməz. Ən varlı şəxslərin belə öz qazanclarının bir hissəsini qızıla yatırır ki, bu da məsəlin doğruluğunu təsdiq edir. Qızıll dəyəri itmədiyindən və qiymətində kəskin dəyişikliklər olmadığından risk payı digər yatırımlara görə daha aşağıdır.
Gül biznesi
Özəl günlərdə və bayramlarda daha çox qazandıran bu biznes növü üçün bir qədər pul, zaman və səbir gərəkdir.Xüsusilə xanımlar gözəl güllər yetişdirib sataraq yaxşı məbləğlər qazan bilər. Daha sonra kiçik gül mağazası açıb işi böyütmək də mümkündür. Qiymətlərin çox baha bu sahədə bazara aşağı qiymətlə giriş etməyin məsləhətdir.
Bildirçin biznesi –
Sənayedə bildirçin ətinə və yumurtasına olan tələbatın artması ilə bu quşçuluq növünə maraq da artmışdır.
Ətraflı məlumat: Bildirçin haqqında nə bilirik? – KTN (agro.gov.az)
İcarəyə vermək
1000 manata hər hansı bir avadanlıq və dəzgah alaraq onu başqa bir şəxsə icarəyə verib qazanc götürmək mümkündür.
Yeni İş fikirləri üçün digər saytımıza keçid edə bilərsiniz.
Kriptovaluta almaq
Kriptovaluta biznesi milyardlarla dolların dövr etdiyi bir sahəyə çevrilib
Bu biznesdə əsas payı oyunun qaydalarını bilən təcrübəli ovçular əldə edir.
Ən çox istifadə olunan və ən böyük əməliyyat həcminə malik coinlər: Bitcoin(BC), Ethereum (ETH), Monero (XMR), Factom (FCT), DASH. Bazarda bir çox saxta kriptovalutanın olduğunu da nəzərə alıb yeni çıxan kriptovalyuta növlərindən uzaq olun. Əgər yatırım etmək istəyirsinizsə etibarlı, bazarda öz sözünü demiş Kriptovaluta növlərini seçin vəbazarı yaxşı analiz etdikdən sonra yatırım edin. Onu da vurğulayaq ki, bazarda qiymətlər olduqca dəyişkəndir və risklidir. Və belə bir bazarda heç kəs əbədi qazanmır.
Əgər yetərli maddi vəsaitiniz varsa və risk sevirsizsə bu biznesi dərindən öyrənib qazana bilərsiniz.
Son söz: Pul gübrə kimidir – ətrafa yaymasan faydasın görmərsən.