İnşalar

28 may haqqinda melumat

28 may haqqinda melumat toplayaraq bu tarixi günün yaranmasının səbəbini öyrənə bilərsiniz. Azərbaycanın bu günki müstəqilliyinin, suverenliyinin kökü məhz 28 maya dayanır. Bu tarix Məmməd Əmin Rəsulzadənin adı ilə bağlıdır. Ölkəmizdə bayram günü kimi qeyd olunan 28 may haqqinda melumat ilə tanış olaq.

Azərbaycan xalqı hər zaman qorxmazlığı, mərdliyi ilə seçilən xalqlardan olmuşdur. Müstəqilliyə can atan xalqımız düz yüz dörd il bundan əvvəl – 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması nəticəsində böyük tarixi hadisə baş verdi. 28 may 1918 ci ilde qurulan Azerbaycan Demokratik Cumhuriyyetinin banisi Məmməd Əmin Rəsulzadı idi.

Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi təəssüflər olsun ki. Lakin bu qısa fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarmağı bacardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirə bildi. 23 aylıq bu qısa müddətdə Azərbaycan Xaql Cumhuriyyəti böyük işlər bacardı.

Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti ilk olaraq Parlamenti və Hökuməti, dövlət aparatını təşkil etdi. Ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı. Azərbaycanlılar üçün vacib olan daha bir addım isə öz dillərində danışa, yaza və dölət orqanlarında bu dilin istifadə edilməsi idi. Hökümət bu təşəbbüsü də uğurlayerinə yetirə bildi. Ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Təhsil sahəsində də mühim addımlar atıldı. Belə ki, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olunaraq təhsil milliləşdirildi.  Xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün müstəsna əhəmiyyətli işlər görüldü.

Azərbaycan Xalq Cümhuriyyəti mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanmışdır.  Bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldıran ilk respublika olmuşdur. Hətta qadınlara seçki huququnu tanıyan Şərqdə ilk respublika da məhz Azərbaycan Xalq Cumhuriyyəti olmuşdur. Xalq Cümhuriyyəti dünya birliyi tərəfindən tanınırdı.  Cumhuriyyətin əaliyyəti sayəsində 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını alınmışdır.

Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadə ilə yanaşı, Ağabəyzadə Sadıxbəy, Ağayev Həsən bəy, Ağamalıoğlu Səməd ağa, Ağayev Əhməd bəy, Axundov Cəfər, Axundzadə Rəşid bəy, Axundzadə Hacı Səlim, Axundzadə Məmmədsadıq, Aşurov Ağa, Cavanşir Behbud xan, Cəfərov Məmməd Yusif kimi ziyalıların cumhuriyyətin qurulmasında müstəsna rolu olmuşdur.

Lakin tarix yenidən təkarlandı. Azad olmuş bir xalq yenidən uzun müddət boyunduruq altında qala bilmədi. Hətta Sovetlər Birliyinə qoşulduqdan sonra belə Azərbaycan öz daxili müstəqillliyini qoruyub saxlaya bilən tək-tük ölkələrdən idi. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bu dəfə bacardı. Xalqımız imkan vermədi ki, onun azadlığı yenidən əlindən alınsın. Hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər həyata keçirdi. Ölkədəki davamlı ictimai-siyasi sabitliyi bərqərar etməyi bacardı. Beləliklə,müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.

Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.

Prezident İlham Əliyevin sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Xalqımız Cümhuriyyətin yarandığı 28 May – Respublika Gününü bu il də milli bayram kimi qeyd edir.

4.6/5 - (145 votes)

Əlaqəli yazılar

Back to top button