Azix magarasi haqqinda melumat
Azix magarasi haqqinda melumat sahibi olmaq istəyənlər doğru ünvandadırlar. Qədim insan məskənlərindən olan Azıx mağazası haqqında ən dəqiq məlumatları saytımızdan oxuya bilərsiniz. Tehsil.com.az-da Azix magarasi haqqinda melumat təqdim olunur.
Azıx mağarası Daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur. Qarabağın Quruçay dərəsində, Tuğ çökəkliyində, Quruçay çayının sol sahilində, çaydan 3 km aralıda, Quruçayın müasir yatağından 100–120 metr yuxarıda yerləşir. Füzuli şəhərindən 14 km şimal-qərbdə, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən mağara kompleksidir. Azıx mağarasının sahəsi 800 kv km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20–25 metrə qədərdir.
Mağaranın kəşfi
1960-cı ilin iyun-iyul aylarında Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Qarabağ ərazisində kəşfiyyat işləri aparmışdır. Azıx qədim insan düşərgəsində aparılan arxeoloji tədqiqat işlərində ilk vaxtlar ancaq Azərbaycan alimləri iştirak edirdilər. Azıxda elmi tədqiqatları N.Ş.Şirinov, M.M.Hüseynov, S.D.Əliyev, D.V.Hacıyev, Ə.V.Məmmədov, A.A.Veliçko, M.B.Süleymanov, Ə.Q.Cəfərov, və başqa alimlər aparmışdır. Aparılan araşdırmalar nəticəsində Paleolit dövrünün ayrı-ayrı inkişaf mərhələlərinə aid zəngin elmi materiallar aşkar edilmişdir.
Kəşfiyyat işləri Qarabağın Quruçay və Köndələnçay vadilərində və ona yaxın ərazilərdə aparılmışdır. Aparılan arxeoloji kəşfiyyat işləri zamanı Quruçayın sol sahilində Azıx və Tağlar düşərgələri qeydə alınmışdır. Düşərgənin I və II təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı Orta əsrlər, tunc və eneolit dövrlərinə aid maddi mədəniyyət qalıqları tapılmışdır. Orta Paleolit dövrünə aid daş məmulatı və fauna qalıqları tapılmışdır. 1968-ci ilin iyun ayında Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası zamanı Azıx düşərgəsinin V təbəqəsinin III layında daş məmulatı və heyvan sümükləri ilə bərabər qədim insana məxsus alt çənə aşkar etmişdir. Bu fakt nəticəsində əminliklə deyilə bilər ki, bura qədim insan məskəni olmuş, insanlar burada ovçuluqla, əkinçiliklə məşğul olmuşdular. Professor Dəmir Hacıyev Azıx düşərgəsindən tapılmış qədim insana məxsus olan alt çənənin elmi tədqiqi ilə məşğul olmuşdur.
Azıx düşərgəsinin VII təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı 45 ədəd daş məmulatı tapılmışdır ki, onları aşağıdakı şəkildə qruplaşdırmaq olar:
- Kobud çapma alətləri – 2 ədəd
- Təbii çaydaşı – 8 ədəd
- Çoppinq — iki tərəfdən işlənmiş kobud çapma alətləri – 4 ədəd
- Qaşov tipli alətlər – 4 ədəd
- Kubşəkilli alətlər – 2 ədəd
- Nüvəşəkilli alətlər – 8 ədəd
- Qəlpələr – 8 ədəd
- İstehsal tullantıları – 9 ədəd
Tədqiqatlar zamanı mağarada ayı kəllə skleti müəyyən olunmuşdur ki, mağara ayılarının kəllə və çənələri buraya ibtidai insanlar tərəfindən qoyulmuşdur. Bu proses qədim insanların ilk dini görüşləri barədə məlumat verir. Qədim Azıx sakinlərinin mağara ayılarının kəllələrinə bir növ sitayiş etdiklərini göstərir. Azıx düşərgəsində aparılan tədqiqatlar nəticəsində ilk dəfə insanların oddan istifadə etməyə başlamalarına aid də sübutlar tapılmışdır. Azıx mağara düşərgəsinin Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış ibtidai insan qalığına şərti olaraq ”azıxantrop”, yəni Azıx adamı adı verilmişdir. Azıx mağarasında tapılmış ən qədim insana məxsus olub, 350–400 min il bundan əvvəl bu ərazidə yaşamış 18–22 yaşlı qadının çənəsi olduğu müəyyənləşdirilmişdir. Azıx düşərgəsində VII–X təbəqələrinin 32 m² sahəsində tədqiqatlar aparılmış və 212 ədəd daş məmulatı, 7 ədəd heyvan sümükləri və minlərlə xırda gəmirici sümükləri tapılmışdır. Azıx paleolit düşərgəsinin Mustye mədəniyyətinə aid olan III təbəqəsinin daş məmulatı içərisində zəngin əmək alətləri qeydə alınmışdır. III təbəqənin əmək alətləri içərisində 68 ədəd levallua itiucluları müəyyən edilmişdir. Onların əksəriyyəti çaxmaqlaşmış slanes daşından (36 ədəd), 32 ədədi isə çaxmaqdaşından hazırlanmışdır.