İnşalar

Bebir haqqinda melumat 🐆

Bebir haqqinda melumat almaq istəyən oxucularımız Tehsil.com.az-ı seçdikləri üçün doğru ünvandadırlar. Çünki burada nəinki bəbir haqqında eləcə də digər heyvanlar haqqında maraqlı məlumatları oxuya bilərsiniz.

Bəbir pişikkimilər fəsiləsinin Panthera cinsinin 4 böyük növündən biridir. Uzun müddət əvvəl onun aslan və pantera növlərinin hibridləri olduğu düşünülürdü. Buna görə də adını Leo (Aslan) və Pard (Pars) sözlərinin birləşməsindən almışdır. Bəbir nədir sualı bir çox insan tərəfindən soruşulur.

Bəbir Xüsusiyyətləri 🐆

Bəbir xüsusiyyətlərini nəzərə alsaq, sarı üzərində qara ləkələri olan vəhşi pişikdir. Onların çəkisi 90 kiloqrama çata bilər. Quyruqları daxil olduqda onların uzunluğu iki yarım metrə çata bilər. Erkək bəbirlər dişi bəbirlərdən daha böyükdür. Ayaqları bədən uzunluğu ilə müqayisədə digər pişiklərdən daha qısa olduğu üçün ağac kimi hündür strukturlara dırmaşmaq qabiliyyəti digər pişiklərə nisbətən daha inkişaf etmişdir. Çox vaxt yaquarlar ilə qarışdırılır. Amma yaquarların dərisindəki ləkələr qara olmasa da, bəbirlərin xallarının içi qara olur. Bəbirin tarixinə nəzər saldıqda müxtəlif növ bəbirlərdən danışmaq olar.

Bəbir növləri 🐆

Panthera Pardus kimi də tanınan bəbirlər; Avropa bəbiri, Afrika bəbiri, Amur bəbiri, Anadolu bəbiri, Ərəb bəbiri, Berber bəbiri, Qafqaz bəbiri, Hind bəbiri, Hind-Çin bəbiri, Yava bəbiri, Yapon bəbiri, Fars bəbiri, Sinay bəbiri, Şri-Lanka bəbiri və Zənzibar bəbiri var.  Bu canlıların bir çoxunun nəsli kəsilməkdə, bəzi alt növlərin nəsli kəsilmişdir.

Bəbirlərdə ov və qidalanma 🐆

Bəbir — Vikipediya

Bəbirlər ətyeyən heyvanlardır. Onlar adətən çəkisi 10-40 kq olan orta boylu canlıları ovlayırlar. İmpala, ceyran, antilop, qaban, dovşan kimi bir çox canlını ovlaya bilirlər. Aslanların olmadığı yerdə Zürafə kimi iri və ağır heyvanları da ovladıqlarına rast gəlinir. Ovunun 5 metrə yaxınlığına girdikdən sonra, adətən, ovunun boynunu dişləyərək öldürür. Amma iri heyvanları ovlayanda onları boğaraq öldürür. Bəbir tərəfindən öldürülən ən böyük heyvan, 900 kq olmuşdur. Kiçik heyvanları öldürdüyü yerdə yeyir. Böyük heyvanları öldürdükdən sonra onları ağac, kol və ya mağara kimi təhlükəsiz ərazilərə aparırlar. Digər pişiklər kimi, bəbirlər də vəhşi təbiətdə sağ qalmaq üçün mübarizə aparırlar. Adətən gündüzlər gizlənirlər, gecələr isə ov edirlər. Onlar saatda 60 kilometrə qədər sürətlənə və 6 metrə qədər tullana bilirlər.

Bəbirlərlə bağlı maraqlı faktlar

Bəbirlərlə bağlı maraqlı faktlar arasında bəbirlərin aslan kimi nərildəməməsi də vardır..

Onun üzgüçülük bacarığı çox inkişaf edib. Buna görə də balıq və xərçəng kimi dəniz canlılarını məharətlə ovlaya bilirlər.

Yazını dəyərləndir post

Əlaqəli yazılar

Back to top button