İnşalar

Zəfər yolu haqqında inşa

30 il  işğal altında olmuş Azərbaycan torpaqlarında, qoşunların təmas xəttində 2020-ci ilin sentyabrında ölkəmizə qarşı növbəti təxribata və hərbi təcavüzə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın azad olunması, Ermənistanın sülhə məcbur edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün səfərbər və həmrəy olaraq Vətən müharibəsində öz tarixi qələbəsini qazandı.

44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı, unudulmaz səhifəsidir, həmçinin analoqu olmayan qəhrəmanlıq səhifəsidir . Bu, xalqımızın üzləşdiyi 30 illik ədalətsizliyə qarşı müqəddəs savaş idi, öz haqqına, əzəli torpaqlarına sahib çıxmaq uğrunda ümumxalq mücadiləsi idi.

Zəfər tarixi inşa

Füzuli–Şuşa avtomobil yolu və ya “Zəfər yolu” — Füzuli şəhərindən Şuşa şəhərinə birbaşa avtomobil yoludur . Bu  yolun təməli noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı qoyulmuşdur.

 2021-ci il 7 noyabrda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda Zəfər yolunun açılışını ediblər.

Vətən  müharibəsi bitdikdən dərhal sonra prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün  müəyyən tapşırıqlar vermişdir. Bu tapşırıqlardan biri də Şuşa şəhərinə yeni avtomobil yolunun çəkilməsi ilə bağlı idi. 2020-ci il noyabrın 16-da İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Şuşa şəhərinə qədər uzanacaq yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına start verildi.

Noyabrın 17 – i 2020 ci ildə Prezident İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı.

” Zəfər yolu” inşasına start verilən yeni Füzuli Hava Limanı yaxınlığından keçir. Buna görə də magistral yolu hava limanı ilə əlaqələndirmək məqsədi ilə yolun 27-ci km-də yol qovşağının və aerovağzala giriş yolunun inşası da layihə üzrə nəzərdə tutulur. Yeni tras üzrə hazırlanan layihəyə Şuşanın məşhur İsa bulağınadək əlavə 2 km-lik yolun inşa edilməsi də daxil olunub . İsa Bulağı yolu başlanğıcını yeni Füzuli–Şuşa avtomobil yolunun təqribən 82-ci km-dən götürəcək və Laçın-Şuşa-Xankəndi avtomobil yolunu uzunluğu 900 metr olan tunel vasitəsi ilə keçməklə inşa ediləcək.

Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolunun Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçir. Avtomobil yolu sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edir. Yəni salınmış tras iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa ediləcək.

Füzuli-Şuşa yeni avtomobil yolu ilə avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin olunması üçün qısa zaman ərzində müvəqqəti olaraq 2 hərəkət zolaqlı və çınqıl örtüklü olmaqla yeni yol inşa edilərək istifadəyə verilib.

 Yol bütünlüklə 2021 – ci il sentyabr ayında istifadəyə verilib. Yolun rəsmi açılışı isə 7 noyabrda olub.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmən günü Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak ediblər.

4.6/5 - (616 votes)

Əlaqəli yazılar

Back to top button