Maraqlı Məlumatlar

Berde haqqinda melumat

Məqalənin daxilindəkilər

Berde haqqinda melumat ilə tanış ola bilərsiniz. Qədim Azərbaycan torpağı olan Bərdə olduqca gözəl iqlimə, təbiətə sahibdir. Uzun illər boyunca işğallara, dağıntılara məruz qalan Bərdə bu sınaqlara tab gətirə bilmişdir. Ətraflı şəkildə sizlər üçün Berde haqqinda melumat saytımızda təqdim olunur.

Bərdə şəhəri dünyanın ən qədim insan məskənlərindən olan Azıx yaşayış məskəninə yaxın bir ərazidə – Kür və Tərtər çayları arasında salınmşdır. Bərdə rayonu 1930-cu ildə inzibati ərazi statusu almışdır. 1 şəhər və 110 kəndi vardır.

Rayonda 73 müəssisə, 32 məktəbəqədər uşaq müəssisəsi, 76 məktəb, 16 tibb müəssisəsi, 205 mədəniyyət ocağı yerləşir.

Tarixi

Sasanilər dövründə Bərdə Canişinlik mərkəzi idi. I Qubadın dövründə Bərdənin ətrafına divar çəkilmiş, İran qarnizonu üçün qala tikilmişdi.V əsrdən Albaniyanın paytaxtı idi. 552-ci ildən Alban kilsəsinin mərkəzi də Bərdədə yerləşirdi. 628-ci ildə İran – Bizans müharibələri zamanı Bizansın müttəfiqi olan xəzərlər  Bərdəni tutmuşdular. Albaniyaya soxulmuş İran işğalçılarını alban hökmdarı Cavanşir 639 ildə ölkədən çıxara bilmişdi. Xəlifə Osmanın dövründə [644-656-ci illər] Azərbaycana hücum edən ərəb qoşunu Bərdəni tutmuşdu. Əməvi xəlifəsi Müaviyənin dövründə [661-680-ci illər] Bərdə bərpa edilmiş, divarla əhatə olunmuşdu.  Ərəb qarnizonu mühüm strateji məntəqə olan Bərdədə saxlanırdı. Həmin dövrdə burada təqribən 100 minə yaxın əhali yaşayırdı. Bərdə olduqca çox inkişaf etmişdi. Hətta Vlll əsrdə Bərdədə pul da kəsilirdi. Beyləqanda ərəblərə qarşı baş verən üsyan 748-ci ildən etibarən Azərbaycanın başqa yerlərinə də yayıldı. Üsyançılar Bərdədəki ərəb qarnizonunu məğlub etdilər.

Bərdə 789-cu ildən üçüncü əmirliyin mərkəzi idi.lX əsrdə Babəkin başçılıq etdiyi azadlıq hərəkatı Bərdəni də bürüdü. 822-ci ildə Bərdə yaxınlığındakı vuruşmada xürrəmilər ərəb qoşununu məğlub etdilər.ı. 824-ci ildə Xilafətin başqa bir ordusunu məğlub edən xürrəmilər Bərdəni düşməndən təmizlədilər.

Bərdə mühüm ticarət və mədəniyyət mərkəzi idi.Vlll-lX əsrlərdə çiçəklənmə dövrünü yaşayırdı. Bağdad şəhərini Azərbaycanla birləşdirən ticarət yolları həm də Bərdədən keçirdi. Bərdədən başqa yerlərə çoxlu ipək aparılırdı. “Kürd qapısı” adlanan Bərdə darvazası yaxınlığında məşhur “əlkürkiy” bazarı yerləşirdi. Bu bazarda müxtəlif ölkələrdən tacirlər gəlirdilər.

cü ildə Azərbaycana yenidən soxulan ruslar qayıqlrla Kür çayı vasitəsilə Bərdəyə çatdılar. Beləliklə ruslar uzun müddət Bərdədə möhkəmlənə bildi.Şiddətlənməkdə olan taun epidemiyası və müsəlmanların aramsız hücumları rusları Bərdəni tərk etməyə məcbur etdi.

XlV əsrin əvvələrində Bərdədə sənətkarlıq, ticarət, mədəniyyət getdikcə dirçəlirdi. Teymurun hücumu zamanı Bərdə yenidən dağıldı.Bərdə Nadir şahın dövründə bir daha dağıdıldı və kiçik yaşayış məntəqəsinə çevrildi. Xanlıqlar dövründə Bərdə Qarabağ xanlığına daxil idi. Qarabağ xanlığının Rusiya İmperiyası tərəfindən 1804-cü ildə işğalından sonra ruslar bütün Qarabağa olduğu kimi Bərdəyə də ermənilərin köçürülməsinə başladılar. Təkcə 1828-ci ildə Bərdə ərazisinə 1000-dən çox erməni ailəsi köçürülmüşdür. Rusiya işğalı dövründə Bərdə Yelizavetpol Quberniyasının tərkibində olmuşdu. 1918-ci ildə Azərbaycan müstəqilliyini qazandıqdan sonra isə Azərbaycanın tərkibində olmuşdur.

Təbiəti

Rayonun ərazisi Qarabağ düzünün mərkəzi hissəsindədir. Səthi az meyilli və dalğalı düzənlikdən ibarətdir. Kür-Araz ovalığında, dəniz səviyyəsindən 87 metr yüksəklikdə yerləşir. Bərdə qərbdən Tərtər rayonu, şimaldan Yevlax şəhəri, şimal-şərqdən və şərqdən Ağdaş rayonu və cənub-şərqdən Zərdab rayonu ilə Kür çayı boyunca, cənubdan Ağdam və Ağcabədi rayonları ilə həmsərhəddir. Rayonun Muğanlı kəndində “Muğanlı suyu” adlanan müəlicə əhəmiyyətli təbii bulaq mövcuddur. İqlimi mülayim isti, quru subtropikdir. Qışı quraq keçir.Rayonun ərazisindən Tərtər və Xaçın çayları, Şimal-şərq sərhədi boyunca Kür çayı axır.Rayonu respublikanın digər rayonları ilə avtomobil, respublikanın paytaxtı, Yevlax şəhəri, Ağdaş, Ucar və Kürdəmir rayonları ilə dəmir yolu birləşdirir. Kür çayısahilində seyrək tuqay meşələri vardır. Bərdə Dövlət Təbiət Yasaqlığının bir hissəsi burada yerləşir.Meşə altında yemişan, əzgil, ishal murdarçası, qaramurdarşa, nar bəzən qaratikan bitir. Bərdə meşə təsərrüfatının Kür qırağı tuqay meşə ərazisində ağyarpaq qovaq, söyüd, uzunsaplaq palıd, qarağac, tut ağaclıqları, yulğun kolluqları vardır. Meşə altı kollardan yulğun, iydə, nar, qaramurdarça, yemişan, qaratikan və b. göstərmək olar.Tək-tək zəncirotu ətirşah, tikanlı kəvərə rast gəlinir.

Bərdə meşələrində canavar, çaqqal, adi tülkü, qaban, boz dovşan, meşə pişiyi, qamışlıq pişiyi, porsuq, meşə dələsi, süleysin və s. kimi heyvanlar, turac, qırqovul, harayçı ququşu, fitçi cürə, qırmızı ördək, meşə cüllütü, ala-baxta, kiçik və böyük qarabattaq və s. quşlar yaşayır.

Abidələr

Qədim yaşayış məskənlərindən olan Bərdə daim memarlıq abidələri ilə xatırlanır. Lakin əsrlər boyu dəfələrlə hücumlara məruz qalaraq dağıdıldığı üçün çox sayda abidələr məhv olmuş, şəhər ciddi dağıntılara məruz qalmışdır. Lakin bütün bunlara baxmayaraq Bərdə dirçəldilmişdir.

Bərdə türbəsi, Allah-Allah türbəsi və ya Nüşabə qalası Bərdə şəhərində yerləşən tarixi memarlıq abidələridir.

XIV əsrdə Bərdədə iki qülləvari türbə tikilmişdir ki, onlardan biri müasir dövrə qədər qalmışdır. Elmi ədəbiyyata 1322-ci il tarixli Bərdə türbəsi adı ilə daxil olan abidənin nə vaxt və kim tərəfindən tikildiyi üstündəki kitabələrdən məlumdur.

Torpaq qala Bərdə rayonunda yerləşən qaladır. Xalq arasında Nüşabə qalası adı ilə tanınır. Bəzi mənbələrə görə məşhur memar Əcəmi məktəbinin yetirməsi Naxçıvanlı Əhməd İbn Əyyub Əl Hafiz tərəfindən 1322-ci ildə tikilib.

İbrahim Məscidi və qəbirstanlığı (İmamzadə) Bərdə şəhərinin mərkəzində yerləşir. Azərbaycanda XIV əsrdə tikilən yeganə 4 minarəli məscid olan bu abidə akademik Dornun fikrincə, ilkin olaraq ziyarətgah-türbə formasında olub. Sonralar (XVIII əsrdə) ətrafında məscid tikilib.

Bəhmən Mirzə Qacar türbəsi A.Nuriyevin məlumatına görə (1880) Bərdə şəhərində  İmamzadə memarlıq kompleksinin 25 metr şimali-şərqində üç kümbəzli tam orjinal bir memarlıq abidəsi var. Bu memarlıq abidəsi, nadir tipli bişmiş kərpicdən olub Arran memarlıq üslubu ilə çox bitkin bir formada inşa edilmişdir.

Qarı körpüsü P.Kabulov (1908) ərəb müəlliflərin məlumatları əsasında tərtib etdiyi xəritədə qədim Bərdə şəhərinin Tərtər çayının deltasında yerləşməklə, onun hər iki sahilində yerləşdiyini təsdiqləyir. Körpü Bərdə şəhərində yerləşir. Bu körpü tarixdə “Çox Gözlü” körpü kimi məşhur olmuşdur. IV əsrə aiddir. 16 gözdən ibarət olub, uzunluğu 170 m eni isə 5 m olmuşdur. Memarı və sifarişçisi məlum deyildir .

Axsadan baba türbəsi —XV Türbə Bərdə şəhəri Nüşabə küçəsində yerəşir. İmamzadə memarlıq kompleksinin şərqində, İmamzadə qəbirstanlığında yerləşir. XIV əsrə aiddir. Türbənin memarı “Allah-Allah” türbəsini tikən Əhməd İbn Əyyub Əlhafiz Naxçıvanidir. Abidə altıbucaqlı formasında olmuşdur. Hündürlüyü 16 m-ə çatırmış. Türbənin altıpərli gümbəzi varmış.

Səkkizguşəli Türbə Türbə Güloğlular kəndinin qəbirstanlığında yerləşir. XVIII əsrə aiddir.Gümbəzşəkilli səkkizguşə formasında tikilib. Türbədə iki qəbir yerləşir. Yerli əhalinin verdiyi məlumata görə türbəni kənd sakini Həsən Həsənov öz valideynləri üçün tikdirmişdir.

Tərtər çayının körpüləri P.A.Kabulov (1908) ərəb müəlliflərinin məlumatları əsasında tərtib etdiyi xəritədə qədim Bərdə şəhərinin Tərtər çayının deltasında yerləşməklə, onun hər iki sahilini tutduğunu göstərir. Akademik Ziya Bünyadov da şəhərin tarixən Tərtər çayının hər iki sahilində yerləşdiyini təsdiqləyir.Bəzi məlumatlara görə isə həmin körpü Vl əsrdə inşa edilib. Bu körpü tarixdə “çov gözlü” körpü kimi məşhur olmuşdur.

Şortəpə nekropolu Nekropol və yaşayış yeri Şatırlı kəndinin şimal-şərqində yerləşir. Antik dövrə aiddir. İlkin yaşayış yerlərindən biri olmuşdur. Abidənin ərazisində Antik dövrə aid xeyli saxsı qab qırıqları aşkarlanmışdır.

3.3/5 - (126 votes)

Əlaqəli yazılar

Back to top button