Tebrikler

Gulmeli ad gunu tebrikleri 📩

Gülməli ad günü təbrikləri ilə qarşınızdayıq. Dostunuza, sevgilinizə, bacı və qardaşlarınıza, həyat yoldaşınıza maraqlı doğum günü təbrikləi axtarırsınızsa, doğru ünvandasınız. Tehsil.com.az komandası olaraq ən yeni və ən fərqli gülməli ad günü təbriklərini təqdim edirik. Buyurun, mesajlarımız ilə tanış olun.

Bu gözəllik, bu zəka, bu ağıl, mənalı gözlərin… Tanrı bütün gözəllikləri bir yerə toplayıb. Nə isə, özümdən çox danışdım… Doğum günün mübarək, dostum.

  • Yeni yaşını təbrik edir, köhnə yaşını qovuram. Doğum günün mübarək

Elə oldu, belə oldu, ad günün mübarək oldu…

  • Ey əzizim! qocalmısan? Narahat olma, sən mənim tanıdığım ən şirin qocasan. Ad günün mübarək.

Gündüzün yaxtada, gecən barda keçsin, “Porsche” maşın sürəsən, gözəl villada olasan, olduğun yerdə hamı sənə heyran qalsın. Həpidi bötdi 🙂

  • Ayağa qalx, yaxşı hazırlaş, bu gün sənin günündür. Yeni yaşın mübarək olsun.

Doğum günün mübarək, sənə muncuqdan quş düzəltmişəm, uçub pəncərənə qonacaq.

  • Baş verənlər gözəldir, keçmişdə qalsa da. Doğum günü xüsusidir, hamı xatırlamasa da…

Ah, əzizim! Sən də yaşlandın! Qorxma, tanıdığım ən gözəl yaşlısan. Ad günün mübarək.

  • Plasentanı tərk etdiyin gün mübarək olsun. Neçə gözəl illərə…

Ad günün mübarək, əzizim.

  • Bunu necə deyəcəyimi bilmirəm. İntizarda saxlamaq da istəmirəm. Buna görə səni sevirəm və doğum gününü təbrik edirəm.

Dost bir dar gündə, bir də ad günündə tanınar. Səni unutmayan bir dost…

  • Doğum günün mübarək. Unutma, hər keçən gün ölümə yaxınlaşırsan. Yəni, ortada qeyd ediləcək bir şey yoxdur. Yenə də məndən əvvəl təbrik yazan olsa qan çıxar…

Şirin təbəssümlər, insani hərəkətlər, doğum gününə görə hədiyyələr səni gözləyir…

  • Tanıdığım ən şirin insansan, tayı-bərabəri olmayan dostsan. Unutma, sən çox fərqlisən, Tarkanın dediyi kimi, “Sen başkasın…” Doğum günün mübarək!

Bu gün unutduğumu düşündün, eləmi? Dostum heç unudarammı… Elektrik ixtirasının 25 illiyi mübarək!

  • Başqasının səni əzməsinə icazə vermə, çalış, sən onları əzəsən. Neçə gözəl illərə…

Mən səni və boş dərsləri sevirdim. Ad günün mübarək, bütün arzuların gerçəkləşsin.

Yazını dəyərləndir post
loading...

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button