Nədir?

Manipulyasiya

Bu yazımızda Manipulyasiya nədir, nə cür edilir və ondan necə qorunmaq olar kimi suallara cavab tapacaqsınız

Manipulyasiya nədir?

Manipulyasiya – Bir insanın başqa insanların istək və arzularını, davranış və seçimlərini öz məqsədinə uyğun yönləndirməsi, dəyişdirməsidir. Başqa sözlə, yalan və hiylə yolu ilə insanları aldatma və idarə etmə sənətidir.
Bu söz Fransızca manipulation sözündən törəmişdir. Manipulyasiya edən isə manipulyator adlanır.

Manipulyasiyanı peşəkar aldatma da adlandırmaq olar.
İlk manipulyatorlar ticarətlə məşğul olan tacirlər və sənətkarlar, həmçinin qəbilə və tayfa başçıları olmuşdur.
Sonradan yeni sahələr yarandıqca və inkişaf etdikcə manipulyasiyanın təsir dairəsi daha da artmışdır.
Bəs dünyanın ən məşhur manipulyatorları kimlər olub?Onları hər kəs tanıyır: Hitler, Stalin, Çörçil, Corc Buş və s.

Manipulyasiya müasir dövrdə hər yerdədir desək, yanlış olmaz.
Siyasəti, İqtisadiyyatı və dinləri onsuz təsəvvür etmək mümkün deyil.
Harda güc və mənfəət arzusu varsa, orda mütləq manipulyasiya da vardır.
Televiziyada, Virtual aləmdə , küçədəki reklamlarda hətta
ailə daxilində belə..

Manipulyasiyanın üsulları

Manipulyasiyanın üsulları


Manipulyasiyanın təməlindən qorxutmaq və yalanla aldatmaq durur.
Belə ki, qorxan insanı aldatmaq və idarə etmək daha asandır. Məhz buna görə, terror təşkilatları, iqtisadi böhranlar, müharibələr var.
Və çoxumuz bilirik ki, bir yalan təkrarlandıqca ona inananlar da çoxalır. Yəni təkrarla yalana həqiqət donu geyindirmək mümkündür.
Xüsusilə Fake news dediyimiz saxta xəbərlər bu baxımdan payı böyükdür.

Manipulyasiyanı iqtisadi və psixoloji olmaqla 2 yerə ayıranlar da var.
İqtisadi manipulyasiyada əsas məqsəd mənfəət və gücdürsə, psixoloji manipulyasiyada isə bu idarəetmə və nəzarətdir.
Böyük şirkətlər və firmalar adətən insanların dəyərləri, adət və ənənələri, dini inancları üzərindən manipulyasiya edirlər. Ki, burada əsas məqsəd bu dəyərlərlə satılan məshul və xidmət arasında bağlılıq yaratmaqdır.

Manipulyasiya edilənlər demək olar ki, bunun fərqində olmurlar.
Onlar azad bir şəkildə seçim etdiklərini düşünür, arzu və istəklərin özlərinə aid olduğunu zənn edirlər. Halbuki, həqiqət bunun əksinədir.

Manipulyasiyadan qorunmaq üçün nə etməli?

  • Öncə manipulyasiyadan qorunmaq bizə nə verəcək onu deyək:
  • Daha azad bir şəkildəcə doğru qərarlar verə biləcəksiniz
  • Seçimləriniz öz arzu və istəklərinizə görə olacaq
  • Doğru və yanlışı bir-birindən ayıra biləcəksiniz
  • Artıq məhsul və xidmətlərdən uzaq olaraq pulunuza qənaət edəcəksiniz.

Manipulyasiyadan qorunmaq və təsirlərinə minimuma endirmək istəyiriksə bunları etməliyik:

  • sorğulayıb düşünmək və araşdırmaq
  • Virtual aləmdə gördüyünüz hər şeyə inanmamaq
  • Müasir dövrü yaxşı tanımaq ( Kapitalizmi, siyasəti və yeni tarixi)
  • məntiqli olan hər şeyi doğru qəbul etməmək
  • psixoloji biliklərimizi artırmaq
4.8/5 - (102 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button