Sözlər

Mənalı sözlər

Mənalı sözlər axtaranlar üçün ən ideal menali soz siyahısını aşağıdakı kimi seçərək sizlərlə paylaşırıq. Siz də ən çox bəyəndiyiniz sözləri bizimlə bölüşərək siyahımızın genişlənməsinə kömək edə bilərsiniz.

Həvəsiniz üçün heç kimin qüruru, duyğuları ilə oynamayın. Bu torpağın üstü varsa birdə altı var unutmayın…

Bilməklə bilməmək arasında bir tək doğru vardır; düşünmək..

Sevgini ürəyində tut. Onsuz bir həyat, çiçəksiz bir bağça kimidir.

Səni xəyallarına çatdıracaq ən önəmli şey, cəsarətindir.

Sabah öləcəyimizi bilsək, bütün inciklikləri unudarıq; amma biz sonsuza qədər yaşayacaqmış kimi qırıcı və qürurluyuq.

Xoşbəxt var-dövləti olan deyil,dövlətə ehtiyacı olmayandır.

Zamanında bir addım atmayan insan sonradan 100 addım atmaq məcburiyyətində qalacaq.

Ağıllı adam ağlını işlədər. Daha ağıllı adam başqalarının da ağlından istifadə edər.

Vərəqə toxunan qələm kibritdən daha çox yandıra bilər.

Bir şeyi yadda saxla, bəzən istədiyin şeyi əldə etməmək, istədiyin bir hadisənin baş verməməsi, sənə uğurla nəticələnə bilər.

Kimsə sənə cavabın vermək istəmədiyin sualı verirsə, gülümsə və cavab ver : ” Nəyə görə bunu bilmək istəyirsən ? “

Əgər istedad illər keçdikcə təkmilləşirse, deməli o əsl sınaqdan çıxmışdır, o həqiqi və böyükdür; əgər ehtiras və həyat eşqinin çoxluğundan parlayırsa, onda əhəmiyyətsiz və aldadıcıdır.

Sevgi gözləmədiyin anda yaranan hisslerdəndir…

Qadınlar gülə bildikləri zaman gülər, istədikləri zaman ağlarlar .

Dahilərdən Menali sozler

Dahilər tərəfindən deyilən ən qiymətli menali sozler aşağıdakılardır. Hər birinin müəllifi sözün qarşısında qeyd edilmişdir

Pulsuz pendir yalnız siçan tələsində olur. ( Əhməd Şərif İzgörən )

Sadəlik və sadəlövhlük çox vaxt qarışıq salınır, halbuki biri ürəyin təmizliyindən, o biri ağlın zəifliyindən irəli gəlir. – Əbu Turxan

Günəş ölkələri aydınladır, sözlər milləti. ( Cəmil Meriç )

Pulu, evi, əmlakı itirmək o qədər də acınacaqlı deyil, çünki bütün bunlar insanınkı deyil. Acınacaqlısı insanın öz həqiqi mülkünü – ləyaqətini itirməsidir. ( Epiktet )

Başqalarındandaha üstün olmaq önəmli deyildir. Əsas önəmli olan, dünənki SƏNDƏN daha üstün olmaqdır. ( Hind atalar sözü )

Qaranlıqdan qorxan bir uşağı bağışlamaq asandır, həyatın gerçək faciəsi yetişkinlərin, böyüklərin işıqdan qorxmasıdır. ( Platon )

Yanlışın ən təhlükəlisi doğruya ən yaxın olanıdır. Çünki, doğruyla bu yanlış bir-birinə qarışdırılır. Buna görə də bunun insanları aldatmaq ehtimalı yüksəkdir. ( Nəcməddin Ərbakan )

Arxamdan Danışmağa Davam Et…
“Çünki qarşıma çıxacaq qədər böyük deyilsən”…

Ağıllı öz uğursuzluqlarının səbəbini özündə, nadan isə başqalarında axtarır. ( Konfutsi )

Keçmiş bir fəlakətə kədərlənmək bir yenisini dəvət etmənin ən asan yoludur. ( Uilyam Şekspir )

İnsafla yaşayan mərddir, kişidir,
İnsaflı olmamaq namərd işidir.
( Nizami Gəncəvi )

Arzu elə bir şeydir ki, heç doymaq bilməz; bir çox insanların həyatı, arzuları doyurma yollarını axtarmaqla keçər. ( Aristotel )

Derin menali sozler

Doğulduğunuzla yaşamağı öyrənmək bir prosesdir, iştirakdır, həyatınızın yoğrulmasıdır.

Elmdə inanmaq istəyənlər üçün kifayət qədər işıq, kor olmaq istəyənlər üçün kifayət qədər kölgə var.

Dünən gülümsəyirdim, bu gün də gülümsəyirəm və sabah da gülümsəyəcəm. Çünki həyat nələrəsə ağlamaq üçün çox qısadır.

Zaman keçdikcə daha yaxşı başa düşürsən. Heç bir şeyi əvvəlki qədər sevə bilməyəcəyini!

Həyatın dəyəri uzun yaşamaqda deyil, yaxşı yaşamaqdadır.

Görməkdən qorxduğum xəyallarım vardı, söyləməyə qorxduğum hisslərim vardı, yazmaqdan qorxduğum şeirlərim vardı, indisə itirməkdən qorxduğum sən varsan.

Birinin gözünə baxmaq, onun yuxularına girməyi gözə almaq deməkdir. Sevmək qabiliyyətin yoxdursa, sevə bilmərsən.

Kiçik şeylərə çox əhəmiyyət verənlər böyük işlər görə bilməyənlərdir.

Ey könlümün sol tərəfi, səni ağlıma qoydum, ağlım almadı. Ürəyimə qoydum, sənə doymadı.

Xoşumuza gələn yalanları ovuc dolusu uduruq, lakin acı həqiqətləri qurtum-qurtum içirik.

Mənə elə gəlir ki, qadın heç vaxt kişiyə onu sevdiyini deməməlidir. Qoy onun parıldayan gözləri desin bunu.

Mənalı sözlər

Sevəcəksənsə, tək qaldığında ağılına gələni deyil, heç ağılından çıxmayanı sevəcəksən.

Dostun kədərinə kədərlənə bilərsən. Bu Asandır; amma dostun uğuruna sevinə bilmək, möhkəm bir xarakter tələb edir.

Cəhənnəm insan həyatında sevginin bitdiyi yerdir.

“Yaxşı ki”lərin “kaş ki”lərindən artıq olsun bu həyatda. Çünki, zamanı geri qaytarmaq üçün saatın əqrəbi ilə oynamaq fayda verməz.

İçimdə ikinci bir insan kimidir səni sevmək səadəti.

Sənə necə davranmalarını istəyirsənsə, sən də başqalarına elə davran. Lakin, ilk yaxşı davranışı sən et.

Nə qədər bilirsənsə bil, söylədiklərin qarşındakının anlayacağı qədərdir…

Dəstəyə ehtiyacın olanda, adətən heç kimə lazım olmursan. Amma əslində sən daim heç kimə lazım deyilsən. Sadəcə bunun fəqrinə yalnız dəstəyə ehtiyacın olanda varırsan.

Bəzi insanların danışacaq qədər zəkaya, ya da susacaq qədər ədəbə sahib olmaması, həyatdan soyumam üçün kafi bir səbəbdir.

Heyat haqqinda menali sozler

Həyat haqqında mənalı sözlər üçün aşağıdakı siyahıya göz ata bilərsinzi. Ən sevdiyiniz sözlərin hansılar olduğunuda bizimlə bölüşərsiniz ☺️

Həyat bir velosipedə minmək kimidir. Pedalı çevirməyə davam etdiyiniz müddətcə düşməzsiniz.

Həyatda nə istədiyinizə qərar verin; Uğura nail olana qədər heç vaxt əl çəkməyin.

Əhəmiyyətsiz saydığımız ən adi hadisələr bəzən həyatımızı cəhənnəmə döndərə bilər. 

Həyat hər gedənin ardınca qaçmağa dəyməz bilməlisən. Sən gələcək olanları gözlə, gedəcək olan varsa, qoy getsin.

Həyatdır bu; vaxt gələr hər şey bir anda son olar. Həyatdır bu; son dediyin an, hər şey yenidən can tapar.

Həyat bəzən insanları bir-biriləri üçün nə qədər çox şey ifadə etdiklərini anlasınlar deyə ayırır.

Bu həyatda bir az da biz gülək dedik, təbəssümlər kədəri silmədi. Bu dərdlə yaşanılmaz ölək dedik, ölüm belə vəfasızmış gəlmədi.

Silgi istifadə etmədən şəkil çəkilən sənətə həyat deyilir.

Həyatda ediləcək o qədər səhv var ki, eyni səhvi etməkdə israr etməyin mənası yoxdur…

Həyatdan qəfil hədiyyələr gözləməkdən əl çək, həyatın özü bir hədiyyədir.

Yaxşı iş görməkdə əziyyət çəksən, əziyyət keçəndən sonra yaxşılıq qalar; pis iş görüb ləzzət çəksən, ləzzət gedər, pislik qalar. ( Nəsirəddin Tusi )

Kədərin başqalarını güldürə bilər, amma gülüşün başqalarını kədərləndirməməlidir. ( C. Palahniuk )

Heç səhv etməyən insan, heç bir şey etməyən insandır.
Və həyatda ən böyük səhv, özünü səhvsiz sanmaqdır. ( Yunus Əmrə )

Mənalı sözlər sizlər üçün toplanaraq paylaşılmışdır. Əlavələrinizi rəylər vasitəsi ilə bizimlə bölüşsəniz sizin adınızdan siyahıya əlavə edəcəyik. Təşəkkürlər.

4.7/5 - (244 votes)
Back to top button