İnşalar

Mubariz İbrahimov haqqinda melumat

Mubariz İbrahimov haqqinda melumat Tehsil.com.az-da təqdim olunur. Milli qəhrəmanımız, fəxrimiz olan şəhidimiz haqqında illər danışılır, ona mahnı və şeirlər qoşularaq hər il yad edilir. Mubariz İbrahimov haqqinda melumat oxuyaraq milli qəhrəmanımızı daha yaxındna tanıya bilərsiniz.

Azərbaycan bizi doğma yudumuzdur. Bu yurdu qorumaq, müdafiə etmək, keşiyində durmaq hər bir azərbaycanlının borcudur. Vətən bizim qalamızdır. Əzəmətli, vüqarlı qalamız olan Azərbaycanımızın igid oğullarının sayı hesabı yoxdur. Biri-birinə arxa-dayaq olan bu oğulların  ürəkləri daim Vətən sevgisiylə, Vətən eşqiylə döyünür. Onlar Vətən üçün can əsirgəmir, şəhadətləriylə ölümü ucaldıb ölümsüzlüyə, əbədiyyətə qovuşurlar. Səməd Vurğunun “Ölüm var ki, həyat qədər dəyərli” – misrası məhz şəhidlər üçün deyilməlidir deyə bilərik.
Şəhidliyin, qəhrəmanlığın məkanı, zamanı olmur. Öz ömrünü ömürlərə – Vətənə bağışlayan oğullar qəhrəmanlardır.
Xalqımızın şanlı tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir. Hətta belə bir deyim vardır ki, şərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarix. Vətən sevgisiylə bizlərin qüruru, vüqarı, fəxri, ölməzliyin örnəyi olan Mübariz İbrahimov kimi.
Mübariz Qarabağ müharibəsi ilə həmyaşıd idi. Ağlı kəsəndən, dili söz tutandan evdə, məktəbdə, televiziya verilişlərində erməni vəhşilikləri barədə çox görüb eşitmişdi. Hər birimiz belə şəraitdə böyüdüyümüz üçün düşmənə qarşı içimizdə sönməz bilməyən nifrət vardır ki, daimi olaraq o nifrət alovlanır.  Xocalı faciəsi baş verəndə o, 4 yaşında olanda baş vrmişdir. Təhsil aldığı müddətdə hər 26 fevral tarixində ermənilərə qarşı nifrəti getdikcə böyüyən Mübariz  artıq tərtəmiz ürəyində göstərəcəyi qəhrəmanlığın ilk sətirlərini yazmaöa başlayırdı.
İnsan həyatında adın çox böyük rolu olduğu deyilir. Buna görə də uşağa ad seçərkən valideynlər bu məsələyə çox diqqətlə yanaşırlar. Mübariz də ona qoyulan adı doğrultdu. Adının möhtəşəmliyi Azərbaycan tarixinə yazıldı. Mübariz üçün Vətən hər şeydən üstün, hər şeydən qiymətli idi. Hər dəfə sevgidən söz düşəndə deyərdi ki; “Mənim vurğunu olduğum Vətəndir! Vətən torpağı düşmən tapdağındadır, nəfəsiniz işğalı sona yetirməlidir. Hərənin öz yolu var deyirdi. “Mən yolumu seçmişəm. Düşməndən ürəyimcə qisas almasam, elə bilərəm ki, Allahım da, valideynlərim də məni bağışlamaz. Vətənin azadlığı üçün qurban lazımdırsa, biri mən…”
Mübariz işğal altında olan Vətən torpaqlarımızın həsrətini çəkirdi. Sözünün əvvəli də, axırı da Vətən idi.  Vətəni qorumağı, şəhid olmağı bir övlad kimi şərəf borcu sayırdı.
Yaz fəslini Mübariz çox sevirmiş. Yazda gülə-çiçəyə tamaşa etməkdən doymazmış. Şəhidlik zirvəsinə qovuşanda 22 yaşı vardı.

Cəsurluq, igidlik, mərdlik nümayiş etdirən Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir.

Milli qəhrəmanımız 7 fevral 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində zəhmətkeş bir ailədə dünyaya göz açmışdı. 1994-cü ildə Şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinə getmiş, 2005-ci ildə həmin məktəbi bitirmişdi. Məktəbi bitirdiyi il Biləsuvar rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağrılmışdı. O, Daxili Qoşunların Xüsusi təyinatlı bölüyündə xidmətə başlamış və qısa müddətdə çavuş rütbəsinə yüksəlmişdi. 2007-ci ildə ordudan tərxis olunaraq bir müddət mülki işlərdə çalışsa da, Vətən sevgisi hər şeydən üstün gəlmişdir. Könüllü ərizə yazaraq yenidən ordu sıralarına qayıdan M.İbrahimov bir müddət Silahlı Qüvvələrin təlim-tədris mərkəzinin gizir hazırlıq kursunda təhsil alır. Sonra ehtiyat hərbi hissədə xidmətə göndərilir.

Lakin o, ön cəbhədə olmağa çalışırdı. O, dəfələrlə komandanlığa ərizə ilə müraciət edərək, onu ehtiyat hərbi hissədən ön xətdə yerləşən bölmələrdən birinə dəyişmələrini xahiş edir. Nəhayət istəyinə nail olur. Bir ay idi burada xidmət edirdi. Bu qısa zaman kəsiyində Mübariz sözün əsl mənasında özünün zabitlərə, əsgərlərə sevdirə bildi. Bir sözlə hamının məhəbbətini qazandı.

Mübariz daxilən utancaq, az danışan biri idi. Həmişə ehtiyacı olanlara kömək etməyi, onlara mənəvi dayaq olmağı xoşlayırdı.

18 iyun 2010-cu il… Tərtər rayonu yaxınlığında yerləşən Şiştəpə adlanan ərazi.. saat 23:30-dur. Hər zamanki kimi mənfur düşmənimiz atəşkəsi pozaraq mövqelərimizə hücuma keçir. Lakin, bu dəfə də igid oğullarımız düşmənə layiqli cavab verirdi.

Gizir Mübariz İbrahimov bu döyüşdə xüsusi ilə fərqlənirdi. O, hücuma keçən erməni yaraqlılarının həmləsini dəf edərək təkbaşına düşmənin onlarla canlı qüvvəsini məhv edərək şəhidlik zirvəsinə yüksəlir. Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2010-cu il tarixli fərmanı ilə İbrahimov Mübariz Ağakərim oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilmişdir.

Biləsuvar rayonunda adına küçə və orta məktəb var.

3.9/5 - (140 votes)

Əlaqəli yazılar

Back to top button