TarixMaraqlı Məlumatlar

Xudaferin korpusu haqqinda melumat 

Xudaferin korpusu haqqinda melumat ilə maraqlanan doğru ünvandadırlar. Azərbaycanın tarixi keçmişindən xəbər verən, mənəvi irsi abidələrindən biri olan bu körpü haqqında nələr bilirsiniz? Gəlin, Xudaferin korpusu haqqinda melumat ilə tanış olaq.

Təxminən səkkiz-doqquz yüz il əvvəl tikildiyi güman edilən Xudafərin körpüləri Araz çayının şimal və cənub sahillərini birləşdirirdi.Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən Rəvvadilərlə mübarizə aparmaq üçün inşa olunub. Tarixlər boyu Azərbaycanın quzeyi ilə güneyini birləşdirən körpü Azərbaycan xalqının mənəvi birliyinin simvoluna çevrilmişdir. Mərhum yazıçı “Fərman Kərimzadənin “Xudafərin körpüsü” romanı Şah İsmayıl Xətayinin həyatı və dövlətçilik uğrunda mübarizəsinə həsr olunsa da, Xudafərin körpüsü qədimlik və türkün tarixi hünərlərinə şahidlik rəmzi kimi əsərin adını təşkil edib. Körpünün Əhəməni imperiyası zamanında ağacdan tikilməsi və Eldəgizlər dövləti zamanında isə daş və kərpiclə üzləndiyi güman edilir. Bəzi mənbələrdə isə ikinci körpünün (e.ə.558-529) ağacdan müvəqqəti qurğu kimi inşa edilməsi, Elxanilər dövləti zamanında (XIII əsr) isə daş və kərpiclə üzlənməsi haqqında mülahizələr irəli sürülür.

Bişmiş kərpicdən və çay daşından tikilən on beş aşırımlı körpünün uzunluğu 200 metrə yaxın, eni 4,5 metr, çay səviyyəsindən hündürlüyü 12 metrdir. Bundan təxminən 750 metr aralıda tikilmiş ikinci Xudafərin körpüsü isə on bir aşırımlıdır. Bütünlüklə daşdan tikilmiş və yaxşı yonulmuş iri daş lövhələrlə üzlənmiş bu körpünün XIII əsrdə, Elxanilər dövründə inşa olunduğu güman edilir. Vaxtı ilə uzunluğu 130 metrə yaxın, eni 6 metr, çay səviyyəsindən hündürlüyü 12 metr olan on bir aşırımlı körpüdən dövrümüzə yalnız üç aşırımı gəlib çatmışdır. İran tarixçisi Həmdullah Qəzvini əsərlərində körpülərin adını “Xuda-Afərin” kimi yazır ki, bu da farsca “Allah tərəfindən yaradılmış”, “Allaha Mərhəba” mənalarını verir. Araşdırmaçıların çoxunun fikrincə, hər iki körpünün dayaqları çayın ortasında olan təbii sal daşlar üzərində qurulduğundan onlara “Xudafərin” adı verilib. Tarixən Xudafərin körpüsü Azərbaycanın quzeyi ilə güneyinin əlaqəsini möhkəmləndirən yeganə vasitə olub. Həmçinin bu körpülər Azərbaycan inşaatçılarının müstəsna mühəndislik qabiliyyətinin ən gözəl nümunələrindən sayılır. Araz üzərində çoxlu körpülər atılsa da onlardan ən bəllisi Xudafərin körpüləridir. Xudafərin dərəsi Araz çayı yatağında ən əlverişli keçidlərdən biri olmuşdur. Körpülərin birləşdiyi hər iki sahil, gözəl dağlıq landşaftı olan yerdir. Hər iki körpünün özüllərinin antik dövrlə bağlılığı ehtimal edilir. Zaman-zaman hücumlara məruz qalan Xudafərin körpüləri 1797-ci ildə – Ağa Məhəmməd şahın Qafqaza ikinci hərbi yürüşündən öncə də dağıdılmışdı.

Sovet imperiyası dövründə körpü ilə Arazın o tayına keçmək yasaq idi. Həmin vaxtdan da yerli əhali körpüyə Sınıq körpü adını vermişdir. 1989-cu il dekabrın 31-də Araz çayının o tay-bu tayında yaşayan azərbaycanlıları ayıran sərhəd dirəkləri vətəndaşlarımız tərəfindən dağıdıldı. Xudafərin körpüsü bizim üçün təkcə körpü rolu oynamayıb. Artıq 200 ildən çoxdur şimallı, cənublu Azərbaycanı birləşdirən Xudafərin körpüsü həm də bizim üçün simvolik abidədir. 

Xudafərin körpüləri nələrin şahidi olmayıb? Orta əsrlər feodal müharibələrinin, Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşünün, Rusiya-İran müharibələrinin, sovet rejimi repressiyalarının və daha bir çox faciələrə.  XX əsrin sonlarında Cəbrayılın Ermənistan tərəfindən işğalının və 2020-ci ilin oktyabrında Cəbrayılın işğaldan azad olunması ilə artıq bu körpü bizim üçün əlçatan olmağı bacardı. 27 il əvvəl ermənilər tərəfindən işğal olunan Xudafərin körpüsü bu gün azadlığına qovuşub. Artıq o qədim abidənin üstündə üç rəngli bayrağımız qürurla dalğalanır.

2.5/5 - (512 votes)

Əlaqəli yazılar

Back to top button