İnşalar

20 yanvara aid melumat 🥀

20 Yanvara aid melumat toplayaraq daim qan yaddaşını diri tutmaq hər bir azərbaycanlının vəzifə borcudur. 20 Yanvara aid melumat çox saydadır. Qara Yanvar adlanan bu faciənin məhz azərbaycanlıların başına gətirilməsi əbəs yerə olmamışdır. Çünki SSSR-nin dağılmasının təməlini məhz azərbaycanlılar qoymuş, ilk imtinanı da məhz bizlər etmişdik. Bu isə qonşu hesab etdiyimiz rus hökümətinin heç xoşuna gəlməmiş, nəticə etibari ilə Bakıda belə bir vəhşi şəkildə faciənin törədilməsi üçün öz ordularını səfərbər etmişdilər. Bəs nəticə əldə edə bildilərmi? Əsla. Çünki Azərbaycan xalqı mərd, qorxmaz olduğu üçün tankın, topun, güllənin qabağına yalın əlləri ilə çıxaraq etiraz səslərini yüksəltməyi bacarmışdır.

Təəssüflər olsun ki, bizim millətin başına gətirilən bu qədər müsibətlərə dünya ölkələri hər zaman biganə yanaşmışdır. Bunun nəticəsidir ki, üzərindən 32 il keçməsinə baxmayaraq, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Fakt və digər beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulduğu, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən biri olan 1990-cı ilin 20 Yanvar hadisələrinə beynəlxalq siyasi-hüquqi qiymət verilməmişdir. Bu cinayətə görə keçmiş sovet rəhbərliyi bilavasitə məsuliyyət daşısa da, dünya ölkələri bu məsələyə çox laqeyd şəkildə yanaşmşdır. Əslində qəbul edilməsi lazım olan qanun, görülməsi vacib olan tədbir isə beynəlxalq hüquqa əsasən 20 Yanvar hadisəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməli, onun sifarişçiləri və icraçıları cəzalandırılmalı idi.

QANLI YANVAR 🥀

Bir zamanlar insanların gülüb-əyləndiyi, uşaqların, böyüklərin gülüş səslərinin eşidildiyi bir park vardı. Dağüstü Park. Bakı əhlinin istirahət məqsədilə üz tutduğu, ailə üzvləri, dost-tanış ilə getdiyi o parkın yerində indi şəhidlərimiz uyuyur. 20 Yanvar Şəhidləri. Bakının qana boyandığı gecə olduğu üçün 20 Yanvar həm də “Qanlı Yanvar” olaraq adlandırılır.

Azərbaycanın başı ta qədimdən bu yana bəlalı olmuşdur. Təəssüf olsun ki, qonşu baxımından da heç bəxtimiz gətirmədi. Qonşu dövlətlərin daim bizim milli sərvətlərimizdə, qızıldan olan torpaqlarımızda gözü oldu. Daim bir biclik, bir vəhşilik edərək bu sərvətlərə, torpaqlara sahiblənməyə çalışdır. Ruslar, farslar, gürcülər və əzəl-əbədi düşməniz olan ermənilər. Şəhidsiz bir günü belə keçməyən Azərbaycan hələ də müharibə şəraitində yaşayır. Lakin bütün müsibətlərə baxmayaraq bizim mərd xalqımız heç bir zaman müharibədən, döyüşdən qaçmamışdır. Damarlarımızda əsl türk qanı axtadığı üçün hər zaman qələbə çalmaq uğrunda mübarizədəyik. Keçən il baş verən II Qarabağ müharibəsi isə bunun ən bariz nümunəsidir.

20 Yanvar deyildikdə ilk olaraq ağlımızda Larisa, İlham və Fərizə daxil olmaqla 147 şəhidimizin adları gözümüzdə canlanır. Günahsız insanların, dinc əhalinin vəhşicəsinə qətlə yetirildiyi Qanlı Yanvar faicəsindən artıq 32 il ötür.

Yolunuzu Dağüstü Parkın Bakı buxtasına açılan yüksəkliyindən salsanız, ilk gördüyünüz şey uzun məzarlar cərgəsi olacaqdır. Müxtəlif millətlərə mənsub olan qadınların, kişilərin, uşaqların məzarlarını görəcəksiniz. Hamısının şəkli açıq rəngli mərmərlərə döyülüb. Bir də ölüm tarixləri eynidir – 20.01.1990.

20 yanvar 1990-cı ildə Bakıya rus qoşunu yeridilib. SSRİ tarixində ilk dəfə sovet ordusu bir sovet şəhərinə hücum edərək, həm də sülh dövründə əhaliyə divan tutmuşdu.

Rəsmi versiyaya görə isə məqsəd Bakı ermənilərinə qarşı zorakılığın qarşısını almaq olub. Lakin bu proses artıq bitmişdi və rəsmi Moskva sonradan etiraf edəcəkdi. Əslində olan isə şəhərə qoşun yeridilməsinin əsl səbəbi hakimiyyətin Azərbaycan Xalq Cəbhəsi (AXC) tərəfindən ələ keçirilməsinə mane olmaq üçün idi.

20 YANVAR FACİƏSİ NECƏ BAŞ VERDİ

Yanvarın 19-dan 20-nə keçən gecə Bakının üzərini qara buludlar aldı. Bakı heç vaxt görmədiyi dəhşəti yaşayacaqdı. Azərbaycanda yeni bir qəhrəmanlıq səhifəsi yazılacaqdı, lakin xalq bundan xəbərdar deyildi.

20 Yanvar hadisələrindən bir neçə gün öncə isə Dağlıq Qarabağda yaşayan ermənilər ərazinin Azərbaycandan ayrılıb Ermənistana qoşulmasını tələb edikləri üçün Bakıda etnik zorakılıq halları qeydə alınmışdı. Eyni zamanda bir çox azərbaycanlının Ermənistan dəstəkçisi kimi qəbul etdiyi Moskva rejimindən ayrılmaq istəyi artmışdı. Bütün bunlar faciənin baş tutmasının əsl səbəbi oldu.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə Azərbaycanda kommunist rejimini saxlamaq və milli azadlıq hərəkatını boğmaq məqsədilə Bakıya 35 minlik ordu yeridilmişdi. Bəzi məlumatlara görə, qoşun sayı 60 min nəfərə çatırdı. SSRİ Müdafiə Nazirliyi, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi “Udar” adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı “ALFA” və SSRİ DTK-nın “A” təxribat qrupları “oynayırdı.

Qoşunun yeridilməsinin açıqlaması olaraq guya hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq görülən tədbir olmasını göstərmişdilər. Əslində isə bu açıq riyakarlıq və ağ yalan idi. Çünki sovet rəhbərliyinin gözü qan bürümüş vəhşiləri hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac və ixtiyarları yox idi. Ona görə ki, həmin vaxt burada Daxili Qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, Hava Hücumundan Müdafiə qüvvələri var idi ki, bu qədər hərbi qüvvə bu bəhanəni yox saya bilərdi. Həmçinin 4-cü Ordunun komandanlığı da Bakıda yerləşirdi. Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini və eləcə də “Vətəndaş və Siyasi Hüquqlar” barədə Beynəlxalq müqavilənin I maddəsinə görə, Azərbaycan Respublikasının suveren hüquqlarını kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalamasına baxmayaraq, SSRİ DTK-nın “Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Bu artıq əhalidə çaxnaşma yaratsa da, məsələnin bu qədər ciddi ola biləcəyi xalqın ağlına belə gəlmədi. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. M.Qorbaçovun fərmanı qüvvəyə minənədək – yanvarın 20-də saat 00-dək artıq 9 nəfər öldürülmüşdü.

Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 07:00-da respublika radiosu vasitəsilə çatdırııla bildi. Ancaq həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Halbuki, Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır.

Həmin gecə tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı, hər kəsi amansızca atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn “təcili yardım” maşınlarını və tibb işçilərini də atəşə tuturdular ki, qanunla onlar toxunulmaz hesab olunurlar. Lakin rus hökümətinin əsl siması budur və bu onların necə vəhşi olduğunu sübut edir. Bir neçə gün ərzində 137 insan öldürülmüş (onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar idi);  744 adam ağır xəsarət almış; 4 şəxs itkin düşmüş; 400 nəfər isə həbs edilmişdi. Yanvarın 20-də fövqəladə vəziyyət elan ediləndən sonra əlavə 21 nəfər də qətlə yetirilmişdi. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda isə (Neftçala, Lənkəran) 25-26 nəfər öldürülmüşdü.

O ərəfədə baş vermiş hadisə ilə bağlı bir çox xarici təşkilatlar hesabatlar hazırlayır və öz obyektiv mövqelərini ortaya qoyurdu. Bu təşkilatlardan biri olan “Şit” təşkilatı ekspertlərinin hesabatında qeyd edilir:

1. Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur;

2. xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür;

3. adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var;

4. “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir.

Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi. Qorbaçovun və ətrafındakıların “millətçi ekstremistlər” adlandırdıqları bunlar idimi? Öz ölkəsinin xalqına qarşı bu cür amansızlığa inanmaq çox çətindir.

FACİƏDƏN SONRA AZƏRBAYCANDA VƏZİYYƏT

20 yanvardan sonra Azərbaycan rəhbərliyinin atdığı addımlar cəsarətsizlik və siyasi təslimçilik nümayişi idi. O vaxt Azərbaycan xalqı adından Bakıdan verilən yeganə etiraz bəyanatı Şeyxülislam Allahşükür Paşazadə tərəfindən verilmişdi. SSRİ rəhbərliyinə, habelə BMT-yə, dünya dövlətlərinə ünvanlanan və kəskinliyi ilə seçilən bu bəyanatda 20 Yanvar faciəsinin törədilməsinə görə günahın bilavasitə Kremlin və M.Qorbaçovun üzərinə düşdüyü vurğulanırdı. Həmin günlər Azərbaycan xalqı adından ən ciddi bəyanatı isə Moskvada yaşayan Heydər Əliyev verdi. Bilavasitə imperiyanın mərkəzində, dünyanın onlarla KİV təmsilçisinin qarşısında verilən bu bəyanat böyük rezonans doğurdu.

Faciəvi hadisələrdən dərhal sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək, bu vəhşiliyi kəskin şəkildə pislədi, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etdi. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirildi və müzakirələrin yekunu olaraq həmin ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi.

20 Yanvar hadisəsindən sonra Azərbaycan çox çətinliklə üzləşdi. Ölkədə 40 günlük matəm elan olundu. O gündən etibarən məhz qərənfillər ilə bəzədildi şəhər. Artıq 20 Yanvarda hər kəsin əlində qərənfillər görməyimiz də bu səbəbdəndir. İnsan işə çıxmaqdan imtina edir, tətillər başladılırdı. Bu isə ciddi mənada böhrana səbəb olurdu. Qıtlıq başlamışdı. Bir çox imkanlı şəxsin birləşməsi nəticəsində ölkədəki qıtlıq həll edilməyə çalışılırdı. Necə deyərlər artıq Azərbaycan üçün yeni bir tarix başlamışdı.

Təəssüflər olsun ki, Vətənimizin bu ağır günləri tək 20 Yanvar Facəsi ilə yekunlaşmadı. I-ci Qarabağ müharibəsinin başlanması üçün ilk təkanlardan oldu. Bugünə qədər də ermənilər öz torpağımız olan Qarabağdan əl çəkmək istəmir, müxtəlif cür yalanlar yayaraq öz qədimi torpaqları olduqlarını sübut etməyə çalışaraq hələ də ərazimizi zəbt etməyə çalışırlar. Günü bu gün də ölkədəki şəhid xəbərlərinin ardı-arası kəsilmir. Başı bəlalı Azərbaycanın dirçəlişini qonşu dövlətlər qəbul edə bilmir, ya da etmək istəmir.

20 YANVAR ŞƏHİDLƏRİ

1. Abbasov Sabir Rzaqulu oğlu

2. Abbasov Zöhrab Heydərəli oğlu

3. Abbasova Fəridə Nəriman qızı

4. Abdullayev Eyyub Mahmud oğlu

5. Abdullayev Tariyel Hacıbala oğlu

6. Abdullayev Zahid Abdulla oğlu

7. Abduyev Tariyel Oruc oğlu

8. Ağahuseynov Ağahəsən Yarı oğlu

9. Ağahüseynov Nurəddin Aslan oğlu

10. Ağaverdiyev Aslan Əlikram oğlu

11. Alimov Ramis Xarisoviç

12. Allahverdiyev İlham Əjdər oğlu

13. Allahverdiyev Nəriman Əmir oğlu

14. Allahverdiyev Ruslan Kamal oğlu

15. Allahverdiyeva Fərizə Çoban qızı

16. Alməmmədov Teymur Yəhya oğlu

17. Atakişiyev Bəhruz Tofiq oğlu

18. Atakişiyev Şakir Xandadaş oğlu

19. Babayev Əlövsət Hidayət oğlu

20. Babayev Fuad Yavər oğlu

21. Babayev Rəhim Vaqif oğlu

22. Babayeva Sürəyyə Lətif qızı

23. Bağırov Baloğlan Həbib oğlu

24. Bağırov Telman Malik oğlu

25. Baxşəliyev Elçin Mirzə oğlu

26. Baxşıyev Salman Babaxan oğlu

27. Bayramov İsabala Əli oğlu

28. Bessantina Vera Lvovna

29. Bədəlov Rövşən Seyfulla oğlu

30. Boqdanov Valeriy Zakiroviç

31. Bünyadzadə Ülvi Yusif oğlu

32. Cabbarov Firuz Vəli oğlu

33. Cavanşirov İlkin Zülqədər oğlu

34. Cəfərov Əbülfəz Böyükağa oğlu

35. Durdıyev Anagəldi

36. Eminov Vəfadar Osman oğlu

37. Əbilhəsənov İlqar Yusif oğlu

38. Əbülfətov Mircamal Mirsaleh oğlu

39. Əhmədov İlqar Hamlet oğlu

40. Ələkbərov Azər Nəsib oğlu

41. Ələsgərov Zaur Rasim oğlu

42. Əliyev Aruz Əhmədəli oğlu

43. Əliyev Bayram Mədət oğlu

44. Əliyev Çingiz Mirzəhüseyn oğlu

45. Əliyev Xalqan Yusif oğlu

46. Əliyev Namiq Kamil oğlu

47. Əliyev Rüstəm Şahvələd oğlu

48. Əliyev Zabulla Xeyrulla oğlu

49. Əliyev Zahid Bayram oğlu

50. Əlizadə Faiq Əbdülhüseyn oğlu

51. Əsədullayev Asif Kamil oğlu

52. Əsgərov Novruz Faiq oğlu

53. Əşrəfov Rəhman İsmixan oğlu

54. Əzizov Habil Komunar oğlu

55. Hacıyev Mübariz Məhəmməd oğlu

56. Həmidov İzzət Atakişi oğlu

57. Həmzəyev Balahüseyn Mirqəzəb oğlu

58. Həsənov Əli Xudaverdi oğlu

59. Həsənov Fuad Əvəz oğlu

60. Həsənov Mehman İbrahim oğlu

61. Həsənov Müzəffər Qəzənfər oğlu

62. Həsənov Sahib Nəsib oğlu

63. Həşimov İsrafil Ağababa oğlu

64. Hüseynov Bəxtiyar Məmməd oğlu

65. Hüseynov Əlimərdan Əbil oğlu

66. Hüseynov Nəriman Vəli oğlu

67. Hüseynov Nizami Polad oğlu

68. Hüseynov Rahib Məmməd oğlu

69. Xammədov Baba Məhəmməd oğlu

70. Xanməmmədov Cəbrayıl Hüseynxan oğlu

71. Xaritonov Vladimir Aleksandroviç

72. İbadzadə Ağamehdi Seyfulla oğlu

73. İbrahimov İbrahim İsmayıl oğlu

74. İbrahimov İlqar Rəşid oğlu

75. İmanov Elçin Beydulla oğlu

76. İsayev Fəxrəddin Xudu oğlu

77. İsayev Müşviq Ağaəli oğlu

78. İsayev Rauf Sultanməcid oğlu

79. İsmayılov Cavad Yunus oğlu

80. İsmayılov Məmmədəli Novruz oğlu

81. İsmayılov Rəşid İslam oğlu

82. İsmayılov Tofiq Babaxan oğlu

83. İsrayılov Ağanəzər Araz oğlu

84. Kazımov Əflatun Həşim oğlu

85. Kərimov Aleksandr Ramazan oğlu

86. Kərimov İlqar İsa oğlu

87. Kərimov Oqtay Eyvaz oğlu

88. Marxevka Aleksandr Vitalyeviç

89. Meyeroviç Yan Maksimoviç

90. Məmmədov Eldar Zeynal oğlu

91. Məmmədov İbiş Behbud oğlu

92. Məmmədov İlham İslam oğlu

93. Məmmədov Kamal Seyidqurban oğlu

94. Məmmədov Mehman Sahibəli oğlu

95. Məmmədov Məmməd Yarməmməd oğlu

96. Məmmədov Rahim Vəliağa oğlu

97. Məmmədov Səxavət Heydər oğlu

98. Məmmədov Şahin Zahid oğlu

99. Məmmədov Vaqif Məmməd oğlu

100. Məmmədov Vidadi Üzeyir oğlu

101. Məmmədova Larisa Fərman qızı

102. Məmmədova Svetlana Həmid qızı

103. Mirzəyev Azad Əliheydər oğlu

104. Mirzəyev Elçin Hüseynqulu oğlu

105. Mirzəyev Vaqif Səməd oğlu

106. Mövlüdov Fuad Fərhad oğlu

107. Muxtarov Rasim Mustafa oğlu

108. Muradov Mehman Əsəd oğlu

109. Mursaqulov İsmayıl Həsən oğlu

110. Musayev Tofiq Ayvaz oğlu

111. Mustafayev Mahir Vaqif oğlu

112. Nəsibov Allahyar İsgəndər oğlu

113. Nəsirov Yanvar Şirəli oğlu

114. Nikolayenko Alla Alekseyevna

115. Nişşenko Andrey Aleksandroviç

116. Novruzbəyli Ağabəy Oqtay oğlu

117. Novruzov Tofiq Heydər oğlu

118. Nuriyev Zahir Zəbi oğlu

119. Orucov Rafiq Ümid oğlu

120. Orucov Rəfael Ümid oğlu

121. Orucov Şəmsəddin Əbilhəsən oğlu

122. Poladi Saleh Əliqulu oğlu

123. Qaibov Ələskər Yusif oğlu

124. Qarayev İlqar Əli oğlu

125. Qasımov Abbas Şamməd oğlu

126. Qasımov Yusif İbrahim oğlu

127. Qeybullayev Elçin Suyəddin oğlu

128. Qəniyev Mirzə Rzabala oğlu

129. Qocamanov Əliyusif Bilal oğlu

130. Quliyev Səxavət Balay oğlu

131. Rəhimov Rəhim İsmayıl oğlu

132. Rəhmanov İslam Oqtay oğlu

133. Rüstəmov Rövşən Məmməd oğlu

134. Rzayev Azad Allahverdi oğlu

135. Sadıqov Yusif Allahverdi oğlu

136. Salahov Şərafəddin Müzəffər oğlu

137. Salayeva Sevda Məmmədağa qızı

138. Semyonov Aleksandr Vladimiroviç

139. Səfərov Vəfadar Ağamirzə oğlu

140. Şərifov Mürvət Rəhim oğlu

141. Tokarev Vladimir İvanoviç

142. Tuxtamışov Fərqat Şərifullayeviç

143. Turabov Tengiz Məmməd oğlu

144. Yaqubov Nüsrət İsmayıl oğlu

145. Yefimiçev Boris Vasilyeviç

146. Yusupov Oleq Kərimoviç

147. Zülalov İsfəndiyar Adil oğlu

Yazını dəyərləndir post

Əlaqəli yazılar

Back to top button

Adblock xətası :(

Zəhmət olmasa reklam əngəlləyiciləri bağlayıb yenidən giriş edin.