Təhsil Xəbərləri

5 ci qrup fenleri

5 ci qrup fenleri hansılardır? 5 ci qrup fenleri və bu ixtisas qrupu ilə bağlı ən son dəyişikliklər nələrdir?

Bütün bu suallarınızın cavabı ilə burada tanış olacaqsınız.

5-ci qrup yeni yaradılmış qrupdur. Bu ixtisas qrupunun yaradılması bir çox gəncimiz üçün olduqca əlverişli imkanlar vəd etməkdədir. V qrup əsasən incəsənət yönümlüdür. Bu qrupa daxil olan fənnlərin sayı (3 fənn) isə digər ixtisas qrupları ilə müqayisədə daha az sayda olur. 5 ci qrup fenleri olaraq;

Azərbaycan dili

Riyaziyyat

Xarici dil üzrə imtahan verilməsi müəyyənləşdirilmişdir.

5 ci qrup fennleri üzrə abituriyentlər əsasən kurikulum əsaslı tapşırıqlardan, yazı vərdişləri və qavrama əsaslı suallardan, eləcə də ESSE yazmaqla imtahan verəcəklər. Məlum olduğu kimi bu qrupu digərlərindən fərqləndirən ikinci əsas şey imtahanın bir mərhələli olmasıdır.

5 ci qrup fennleri üzrə balların hesablanması aşağıdakı kimidir:

Azərbayca dili – 100 bal

Riyaziyyat – 100 bal

Xarici dil – 100 bal

Ümumilikdə bu qrup üzrə makimum toplanılan bal 300 bal olaraq müəyyənləşdirilmişdir. Lakin 2019-cu ilə kimi maksimum toplanıla bilən bal 90 bal olmuşdur.5 ci qrup fenleri üzrə açıq və qapalı suallar təqdim olunacaqdır. Açıq və qapalı sual sayı isə imtahan müddətinə az qalmış rəsmi qurumlar tərəfindən açıqlanır. Ötən illərə nəzər saldığımızda 30 sual Azərbaycan dilindən, 25 sual riyaziyyat fənnindən, 30 sual isə xarici dil üzrə tərtib olunmuşdu.

Qeyd etdiyimiz kimi V ixtisas qrupu incəsənət yönümlüdür. Bu qrupa Musiqi müəllimliyi, Təsvirici incəsənət müəllimliyi, Dirijorluq, Dizayn, Musiqişünaslıq, Heykəltəraşlıq, Rejisorluq, Rəngkarlıq, Xereoqrafiya sənəti kimi ixtisaslar daxildir. Göründüyü kimi olduqca maraqlı, eyni zamanda əyləncəli ixtisasların bir yerə toplandığı qrupdur deyə bilərik. Eyni zamanda qeyd edək ki, V ixtisas qrupundan qabiliyyət imtahanı tələb edən 5 ixtisas çıxarılmış 2 yeni ixtisas əlavə edilmişdir. 4 ixtisas əsasında isə 3 ixtisas formalaşdırılmışdır. Ümumilikdə 19 ixtisas vardır. Siyahıdan çıxarılan ixtisaslar bunlardır;

Bədən tərbiyəsi və idman

Solo oxuma

Estrada sənəti

Xalq çalğı alətləri ifaçılığı

Rəqs müəllimliyi

Dekorativ sənət, Dizayn (təsviri sənət istiqaməti), Dizayn (memarlıq və dizayn istiqaməti), Məşqçi (idman növü üzrə) ixtisasları əsasında isə;

Dekorativ tətbiqi sənət (sahələr üzrə)

Dizayn (sahələr üzrə)

Məşqçi (sahələr üzrə) ixtisasları yaradılmışdır.

V ixtisas qrupuna daxil edilən yeni ixtisaslar isə bunlardır;

Populyar musiqi və caz ifaçılığı ( sahələr üzrə)

Vokal sənəti (sahələr üzrə)

V qrup üzrə nəinki ali məktəblərə qəbul olmaq imkanı qazana bilərsiniz, eyni zamanda kollec və texnikumlarda təhsil almaq üçün də bu qrupu seçmək mümkündür. Hər kəsə məlumdur ki, 4 ixtisas qrupu olduğu zamanlarda kollec və texnikumlara daxil olmaq üçün ayrıca imtahanlar avqust ayında, bütün ixtisas qrupları üzrə imtahan müddəti başa çatdıqdan sonra başlayırdı. İndi isə V qrup vasitəsilə bu mümkün olur.

V qrupu digər qruplardan fərqləndirən nədir?

5ci qrup fennleri az olması səbəbilə digər qruplardan fərqlənir. Eyni zamanda 5-ci qrup incəsənət yönümlü olduğu üçün bu qrupu seçən abituriyentlərdən qabiliyyət imthanı vermələri tələb olunur. Demək olar ki, bu qrupda yer alan bütün ixtisas üzrə qabiliyyət imtahanı verilir.Ölkəmizdə Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Univesiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası kimi olduqca mükəmməl təhsil verən univeristetlərimiz vardır. V qrupu seçən abituriyenlər arzu etdikləri kimi bilik və bacarıqları qazanmaqları üçün qeyd edilən təhsil ocaqlarımızdan birini seçə bilərlər.Unutmayaq ki, təhsil almaq bizim gələcəyimiz üçün olduqca vacibdir. Çünki biz sevdiyimiz və öyrənmək istədiyimiz ixtisasa uyğun bilikləri məhz universitet, kollec və texnikumlar vasitəsilə qazana bilirik.

V qrup üzrə imtahan verən hər bir abituriyentə uğurlar arzulayırıq!

Oxşar mövzular:

4.4/5 - (308 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button