Təhsil Xəbərləri

Dunyada nece olke var?

Siyasi xəritənin əsas obyekti müstəqil dövlətlər və asılı ərazilərdir.Belə ki, 1900 – cü ildə Yer kürəsində cəmi 55 müstəqil dövlət olmuşdur. Eyni zamanda Britaniya və Fransa öz mülklərini Birinci Dünya müharibəsindən sonra da saxladılar. Bu dövrdə Yaponiya, ABŞ, Niderland,Belçika, Portuqaliya, İtaliya və İspaniyanın da müstəmləkələri olmuşdur. İkinci Dünya müharibəsindən sonra milli azadliq hərakatları müstəmləkə sisteminin dağılmasına və dünyanın siyasi xəritəsində əsaslı dəyişikliklərə səbəb olmuşdur. Belə ki İkinci Dünya müharibəsi ərəfəsində dünyada 71 müstəqil dövlət var idisə, 1947 – ci ildə onların sayı 81 – ə çatmış, 1995 – ci ildə isə 190 – I keçmişdir.

Müstəqil dövlət – müstəqil idarəetmə orqanlarına, milli atributları, pul vahidinə malik olan, daxil və xarici siyasət həyata keçirən, digər ölkələrə bərabər hüquqlarla müqavilələr imzalaya bilən ərazilərdir. Onlar BMT – nin üzvü də olur.

Dunyada nece olke var?

Müasir dövrdə dünyada olan 230 – dək ölkə və ərazinin 196 – sı suverən ( müstəqil) dövlətdir. Bu ölkələrin arasında Rusiya, Kanada, Çin, ABŞ, Braziliya və Pakistan əhalisinin sayına görə irəlidə durur. Dünyada əhalisinin sayı 100 milyon nəfərdən çox olan 11 dövlət vardır. Bu ölkələrdə dünya əhalisinin ⅗ hissəsi cəmlənmişdir. Elə ölkələr vardır ki, onlar bütövlükdə materik ərazisini və ya onun böyük hissələrini tutur ( Rusiya, ABŞ, Avstraliya Kanada və s.) Sahəsi kiçik olan Monako, Vatikan, Andorra, San – Marino, Lixtenşteyn və Lüksemburq Avropada  “mikrodövlətlər”  (“cırtdan dövlətlər”) hesab olunur. Bu qrupa aid dünyanın digər regionlarında da çoxlu sayda ölkələr ( Maldiv, Nauru, Tuvalu və s) məlumdur.

Böyük Britaniya, Fransa, İspaniya, Əlcəzair, Mali, Qana, Uqanda dövlətlərinin ərazisindən başlanğıc meridian, Ekvador, Kolumbiya, Braziliya, Qabon, Konqo, Konqo DR, Keniya, Somali, İndoneziya, Nauru dövlətlərinin ərazisindən isə ekvator xətti keçir.

Coğrafi mövqe ölkələrin inkişafına əhəmiyyətli təsir göstərir. Coğrafi mövqeyin xüsusiyyətlərinə görə okeana çıxışı olan ( o cümlədən, yarımada, ada və arxipelaq ölkələri) və okeanlara çıxa bilməyən ölkələri ayırmaq olar. Yaponiya, İndoneziya, Filippin, Maldiv, Solomon, Mikroneziya, Marşal, Kiribati, Baham arxipelaq dövlətləridir.

İslandiya, Madaqaskar, Şri-Lanka, Kuba, Yamayka, Malta, Sinqapur, Bəhreyn ada dövlətləridir. Yeni Qvineya, Kalimantan,Timor, İrlandiya, Haiti, Odlu Torpaq adalarında isə iki və daha çox dövlətin ərazisi yerləşir.

Norveç, İsveç,Danimarka,İtaliya, İspaniya, Portuqaliya, Albaniya, Makedoniya, Bolqarıstan, Türkiyə, Səudiyyə Ərəbistanı, Yəmən, Oman, BƏƏ, Qətər, Hindistan, Laos, Kamboca, Myanma, Tailand, Koreya, KXDR yarımadada yerləşir.

Panama və Misirin ərazisi iki materikdə, Türkiyə, Rusiya,Qazaxıstan, Misir dövlətləri isə iki qitədə yerləşir.

Dünya dövlətlərinin dənizə çıxışının olub – olmaması da onları xaraqterizə edən əsas siyasi və coğrafi xüsusiyyətidir. Dünyada 40 – dan çox ölkənin okeanlara çıxışı yoxdur. Dünya okeanı sahillərində yerləşmək ölkələrin İCM – nin ən əlverişli əlamətlərindən biridir. Bu amil onların sosial – iqtisadi inkişafımda, dünya ölkələri ilə əlaqələr qurulmasında əhəmiyyətli rol oynayır.

Vatikan, San – Marino, Lesotho Və Svazilend anklav dövlətlərdir. Anklav – hər tərəfdəm başqa ölkənin ərazisi ilə əhatə olunan və dünya okeanına çıxışı olmayan dövlətin ərazisi ya onun bir hissəsidir. Məs : San – Marino və Vatikan İtaliyanın, Svazilend və Lesoto CAR – ın daxilində yerləşir. Özbəkistan və Tacikistanın Qırğızıstanda olan əraziləri anklavdır. Azərbaycanım Naxçıvan Muxtar Respublikası ölkədən kənarda anklav ərazidir.

Okeana çıxışı olan və dövlətin əsas ərazisindən kənarda yerləşən ərazilər poluanklav adlanır. Rusiyanın Kalinin qrad vilayəti, Anqola ın Kabinda əyaləti polu – anklav hesab olunur.

Milli – etnik tərkibinə görə birmillətli dövlətlər ( Yaponiya,İsveç və s.) və çox milləti ( Hindistan, ABŞ, Rusiya, Nigeriya vəs.) dövlətlər vardır. Təbii ehtiyatlarla zəngin olan ( Rusiya, CAR, Avstraliya İttifaqı, Kanada)  kasıb olan ( Yaponiya, Qərbi Avropa ölkələri) dövlətləri də qruplaşdırmaq ola

5/5 - (1 vote)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button