Frazeoloji birləşmələr lüğəti
Dildə iki cür söz birləşməsi mövcuddur : sərbəst və sabit söz birləşmələri. Sabit söz birləşmələri frazeoloji birləşmələr ( frazeoloji vahidlər, frazemlər və ya frazeologizmlər) adlanır. Nitqdə ayrı – ayrı sözlərlə yanaşı, bütövlükdə, müəyyən bir leksik mənanı ifadə edən frazeoloji birləşmələrdən geniş istifadə olunur. Frazeoloji birləşmələr dedikdə, tərkib ə dəyişməz,hazır şəkildə işlənən məcazi mənalı birləşmələr nəzərdə tutulur; Məsələn : lovğalanmaq mənasında gözü ayağının altını görməmək; qorxmaq mənasında siçan deşiyinə girmək; şübhələnmək mənasında gözü su içməmək ; yorulmaq mənasında əldən düşmək və s. belə birləşmələr frazeoloji birləşmələr adlanır.
Frazeoloji birləşmələrin əsas xüsusiyyətləri :
- Frazeoloji birləşmələrin tərkibindəki iki və daha artıq söz öz həqiqi mənalarını itirir,birlikdə yalnız məcazi məna ifadə edir. Əgər sərbəst söz birləşmələrinin tərkibindəki sözlər ayrı – ayrılıqda leksik mənaya malik olurlarsa, frazeoloji vahidlər bütövlükdə bir məna ifadə edir. Məsələn.; qulaqardına vurmaq – dinləmə ək.
- Frazeoloji birləşmələr sintaktik baxımdan parçalanmır, cümlənin sadə üzvü olur,tərəfləri arasında heç bir sintaktik əlaqə olmur. Əsasən, feili xəbər olur. Məsələn.; O, mənə qulaq asmır (birlikdə feili xəbər kimi təhlil olunur).
- Frazeoloji birləşmələr dəyişməz olur, dildə hazır şəkildə mövcuddur.
- Frazeoloji birləşmələr omonimlik, sinonimlik, antonimlik yarada bilir.
- Əksəriyyəti bir sözlə ifadə oluna bilir: gözünün odunu almaq – qorxutmaq.
Frazeoloji birləşmələr lüğəti
Dilimiz frazeoloji birləşmələrlə zəngindir.Verilmiş frazeoloji birləşmələri ifadə etdiyi mənaları öyrənməyə çalışın:
- könlünə yatmaq
- qəlbinə dəymək
- fikrə getmək
- özündən çıxmaq
- dərdə düşmək
- hirsi başına vurmaq
- yada salmaq
- canına yatmaq
- qanı qaralmaq
- yerişinə haram qatmaq
- gözü su içməmək
- dil boğaza qoymamaq
- gözü kəlləsinə çıxmaq
- ağzına su alıb oturmaq
- dilini saxlamaq
- gözünün acısını almaq
- mənəm – mənəm demək
- ürəyi düşmək
- gözünün odunu almaq
- gözdən dümək
- gözdən qaçmaq
- söz vermək
- könüldən keçmək
- burnunun ucu göynəmək
- yola düşmək
- axırına çatmaq
- yoldan çıxmaq
- başına qaxmaq
- başına vurmaq
- baş vurmaq
- söz götürmək
☑️ Frazeoloji birləşmələr omonim, sinonim, antonim olduqda onların məna tayları da frazeoloji birləşmə olmalıdır. Kiminsə yola düşməsi ilə qələmin yola düşməsi omonim ola bilməz.
🔹 can vermək ↗️ Günəş bitkilərə can verir
↘️Yaralı quş can verir
🔹 üz vermək ↗️Üz verirsən, astar istəyir
↘️Orada hadisə üz verib
🔹 ürəyi yanmaq ↗️Ürəyim yanır su istəyirəm
↘️Müəllimin ona ürəyi yanırdı
🔹 söz vermək ↗️ Çıxış üçün Akifə söz verildi
↘️Söz verdim, gərək əməl edim
🔹 işə düşmək ↗️Maşın işə düşdü
↘️Yaman yerdə işə düşdüm
Frazeoloji birləşmələrin sinonimliyi :
- ağzına su almaq – ağzını qıfıllamaq
- dil – dil ötmək – dilotu yemək
- burnunun ucu göynəmək – ürəyi istəmək, ürəyi axmaq
Frazeoloji birləşmələrin antonimliyi:
- xoşu gəlmək – acığı gəlmək
- üz ağartmaq – üz qaraltmaq
- dil – dil ötmək – ağzına su almaq
Frazeoloji birləşmələr nitqə xüsusi ifadəlik,canlılıq gətirir. Belə birləşmələrdən əsasən, məişət üslubunda bədii üslubda istifadə olunur.
✅ 1.Kömək etmək, yaxşı olmaq, əl etmək,adam olmaq, oxuya bilmək kimi birləşmələr frazeoloji birləşmə sayılırlar. Çünki bunlar tərkibi – mürəkkəb feil hesab edilir.
2. Mənalarında biri həqiqi, digəri məcazi məna olan birləşmələr omonim frazeoloji birləşmələr adlanır. Məsələn.: ” Yola düşmək”
- Top yola düşdü – həqiqi məna
- Qatar yola düşdü – məcazi məna
Belə frazeoloji birləşmələrə bunları da göstərmək olar: gözü açılmaq,burnunun ucu göynəmək, yerə salmaq, başa vurmaq, yanıb tökülmək və s.