Azərbaycan Dili

Elamet bildiren sozler

Əlamət bildirən sözlər nədir və hansı suallara cavab verir? Cavabı bu postda.

Əlamət bildirən sözlər  varlığın, bəzən də hərəkətin əlamətini bildirir. Bu sözlər necə? nə cür? hansı? suallarına cavab verir. 

Əlamət bildirən sözlər
Əlamət bildirən sözlər

Əlamət dedikdə zahiri xüsusiyyətlər nəzərdə tutulur. Bu xüsusiyyətlərə gözlə gördüyümüz və toxunaraq hiss etdiyimiz əlamətlər aiddir. 

Məsələn: varlığın həcmi (böyük, kiçik, uzun, balaca və s.), zahiri görkəmi (nurani, yaşlı, kök, artıq və s.) onun əlamətidir.

Əşyanın rəngi də onun əlamətlərindən biridir.   

Nümunə:

  1. Təravətli çiçəklər ətrafa xoş ətir yayırdı..
  2. Arzunun uzun saçları və gözəl siması var idi.
  3. Sevda uca bir dağ rəsmi çəkdi.
  4. Parlaq günəş öz nurunu ətrafa saçırdı.
  5. Günay  öz dostuna ad günündə yeni kitab hədiyyə etdi.

Test 1. Hansı sırada yalnız əlamət bildirən sözlər verilib? 

 A) uca, sevinc, doğru

B) yumru , bənövşəyi, rəngli

C) xoş, səma,dəniz

Test 2. Hansı sıra əlamət bildirən sözlər verilməyib? 

 A) təmiz, çirkli, ağ

B) uzun, təzə, dayaz

C) sima, şənlik, maraq

Test 3: Sözlər arasından əlamət bildirənləri seçin:

Vicdan, düz,işıqlı, günəş, səliqəli, birinci, dairəvi, yaraşıqlı,səadət, qərar, iti, yağlı, çoxlu

Tapşırıq 1: Hekayəni oxuyub içindəki əlamət bildirən sözləri seçin.

Günlərin bir günü düzənlikdə qoca bir şir yatmışdı. Bir siçan onun üstünə çıxıb o yan bu yana qaçmağa başladı.
Şir oyanıb siçanı tutdu. Siçan yalvarmağa başladı.
O şirə dedi: — Əgər məni buraxsan, sənə yaxşılığım deyər.
Şir siçanın bu sözlərinə güldü, ancaq ona deymədi.
Bir gün şir tələyə düşdü. O nə qədər çalışsa da, torun möhkəm iplərini qıra bilmədi.
Açıqlanmış şir var gücü ilə nərildəyirdi.
Şirin nəriltisini eşıdən siçan özünü ona yetirdi.
Torun kəndirlərini gəmirməyə başladı.
Nəhayət, şir canını tordan qutardı.
O siçana dedi: — O vaxt mən sənin sözlərinə güldüm. Ancaq, sən demə, siçanın da şirə yaxşılığı deyərmiş.

Cavablar yazının sonunda qeyd edilib.

 Həmçinin əlamət bildirən sözlər mənaca yaxın mənalı və əks mənalı olur. Məsələn, hündür – uca , nəhəng – böyük , ağ – qara , dar – geniş . Bu sözlər quruluşca sadə, düzəltmə və mürəkkəb olur.

Əlamət bildirən sözlər aid olduğu varlıqla bağlı olur və onu xarakterizə edir . Bu cür sözlər cümlədə nitq hissəsi kimi əsasən sifət və zərf olur. Bu əlamət bildirən sözün cümlədəki yerinə görə təyin ediir. Əlamət bildirən sözlər hər zaman aid olduğu sözdən öncə gəlir və cümlədə asılı tərəf olur. 

 Cümlədə isə əlamət bildirən sözlər təyin və zərflik  kimi çıxış edir.

Test 1. Cavab : C

Test 2. Cavab : B

Test 3. Cavab: Düz,işıqlı, səliqəli, dairəvi, yaraşıqlı, iti, yağlı

Tapşırıq 1. Cavab : qoca ,möhkəm ,açıqlanmış

4.6/5 - (120 votes)

Əlaqəli yazılar

Back to top button