Azərbaycan Dili

Sinonim sozler

Bəzən eyni bir əşya, eyni bir əlamət və ya hərəkət dildə müxtəlif sözlərlə ifadə olunur. Məsələn: müharibə, dava isimləri eyni bir əşyanın adıdır; yüksək, hündür sifətləri eyni bir əlaməti bildirir; odlamaq, alışdırmaq felləri eyni bir hərəkəti ifadə edir. Belə sözlər sinonim sozler adlanır.

Yazılışı və deyilişi müxtəlif olan, lakin eybi və ya yaxın mənaları bildirən sözlərə sinonimlər deyilir.

  Sinonimlər eyni mənanı bildirsədə, onların nitqdə işlənməsində incə fərqlər var. Məsələn: qaçmaq – yüyürmək sinonimlərindən ikincisində hərəkət daha güclüdür. Yaxud böyük, iri, yekə sinonimləri eyni əlaməti bildirsə də, bunlardan birincisini hadisə sözünə, ikincisini isə kompüter sözünə aid etmək mümkün deyil

Sinonim sozler nümunələr

  1. Sinonimləri təşkil edən sözlər eyni bir nitq hissəsinə aid olur. “Kal”  və “yetişməmiş”, “şəkər” ” şirin”, “çiy” “bişməmiş” tipli sözlər sinonim hesab edilmir. Çünki kal sifət, yetişməmiş feli sifətdir, şəkər isim, çiy sifət, bişməmiş feili sifətdir.
  2. Sinonimlər fikri daha dəqiq ifadə etməkdə mühüm rol oynayır, sözləri yersiz təkrar etməyin qarşısını alır.
  3. Sinonimlik özünü daha çox isim, sifət və feillərdə göstərir.
  4. Sinonimlərdən, əsasən, bədii üslubda istifadə olunur.
  5. Eyniköklü sözlər sinonim ola bilmir: bivəfa – vəfasız
  6. Sözün hansı nitq hissəsinə aid olduğunu bilmək üçün onun sinonimini tapmaq əhəmiyyətlidir.
  7. Sinonimlər cümlədə həmcins üzvləri yaratmaq üçün istifadə oluna bilir. Sinonimlər iki cür olur :mütləq sinonimlər, nisbi sinonimlər. Mütləq sinonimlər həmişə bir – birini əvəz edə bilir. Onlar eyni məfhumun  müxtəlif cür adlandırılmasıdır.Belə sözlərə dubletlər də deyilir  Məsələn : insan – adam, pilləkən – nərdivan, canavar – qurd və s. Nisbi sinonimlər yaxın mənaları bildirir, onların nitqdə, söz birləşmələrində, cümlələrdə bir-birini tam əvəz edə bilməsi hər zaman mümkün olmur. Məsələn, «ürəyim ağrıyır» sözünün yerinə «könlüm ağrıyır» yaxud da «qəlbim ağrıyır» deyə bilmərik. Deməli, bunlar həmişə bir-birini əvəz edə bilmir, ona görə də bunlar nisbi sinonimlər adlanır.

Leksik vasitələrdən, həmçinin sinonimlərdən istifadə şifahi nitqə bir növ yaradıcı xarakter verir. Natiqlər, müəllimlər və başqaları hərə öz bacarığı, nitq tutumu və lüğət ehtiyatının səviyyəsi dairəsində sinonimlər işlətməyə çalışırlar. Sinonimlər vasitəsilə yaranan rəngarənglik nitqi maraqlı edir, dinləyicilər belə danışıq tərzini rəğbətlə qarşılayırlar. Dilimizin leksikası si-nonimlik baxımından olduqca zəngindir: qoçaq, igid, cəsur, qorxmaz, qəhrəman; güc, qüvvə, taqət; el, vətən, diyar, yurd, oba, ocaq; keçid, aşırım; dünya, aləm, cahan, kainat; üz, sifət, bəniz, camal, surət; xoşbəxtlik, səadət; iftixar, qürur; söz, deyim; gələcək, istiqbal; ayrılıq, hicran; incə, zərif, nəfis, lətif; tək, tənha; od, atəş; səs, səda, avaz və s.

Cümlədə sinonimlər bir-birini əvəz etdikdə cümlənin mənasında heç bir dəyişiklik və ya pozulma müşahidə olunmur.  Sözlərin sinonim olub-olmaması onların cümlədə işlənməsindən aydın olur.  Bir sözün müxtəlif cümlələrdə müxtəlif sinonimləri də ola bilər.

4.2/5 - (550 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button