Azərbaycan Dili

Frazeoloji birləşmələr lüğəti

Dildə iki cür söz birləşməsi mövcuddur : sərbəst və sabit söz birləşmələri. Sabit söz birləşmələri frazeoloji birləşmələr ( frazeoloji vahidlər, frazemlər və ya frazeologizmlər) adlanır. Nitqdə ayrı – ayrı sözlərlə yanaşı, bütövlükdə, müəyyən bir leksik mənanı ifadə edən frazeoloji birləşmələrdən geniş istifadə olunur. Frazeoloji birləşmələr dedikdə, tərkib ə dəyişməz,hazır şəkildə işlənən məcazi mənalı birləşmələr nəzərdə tutulur; Məsələn : lovğalanmaq mənasında gözü ayağının altını görməmək; qorxmaq mənasında siçan deşiyinə girmək; şübhələnmək mənasında gözü su içməmək ; yorulmaq mənasında əldən düşmək və s. belə birləşmələr frazeoloji birləşmələr adlanır.

Frazeoloji birləşmələrin əsas xüsusiyyətləri :

  1. Frazeoloji birləşmələrin tərkibindəki iki və daha artıq söz öz həqiqi mənalarını itirir,birlikdə yalnız məcazi məna ifadə edir. Əgər sərbəst söz birləşmələrinin tərkibindəki sözlər ayrı – ayrılıqda leksik mənaya malik olurlarsa, frazeoloji vahidlər bütövlükdə bir məna ifadə edir. Məsələn.; qulaqardına vurmaq – dinləmə ək.
  2. Frazeoloji birləşmələr sintaktik baxımdan parçalanmır, cümlənin sadə üzvü olur,tərəfləri arasında heç bir sintaktik əlaqə olmur. Əsasən, feili xəbər olur. Məsələn.; O, mənə qulaq asmır (birlikdə feili xəbər kimi təhlil olunur).
  3. Frazeoloji birləşmələr dəyişməz olur, dildə hazır şəkildə mövcuddur.
  4. Frazeoloji birləşmələr omonimlik, sinonimlik, antonimlik yarada bilir.
  5. Əksəriyyəti bir sözlə ifadə oluna bilir: gözünün odunu almaq – qorxutmaq.

Frazeoloji birləşmələr lüğəti

Dilimiz frazeoloji birləşmələrlə zəngindir.Verilmiş frazeoloji birləşmələri ifadə etdiyi mənaları öyrənməyə çalışın:

  • könlünə yatmaq   
  • qəlbinə dəymək   
  • fikrə getmək
  • özündən çıxmaq
  • dərdə düşmək
  • hirsi başına vurmaq
  • yada salmaq
  • canına yatmaq
  • qanı qaralmaq
  • yerişinə haram qatmaq
  • gözü su içməmək
  • dil boğaza qoymamaq
  • gözü kəlləsinə çıxmaq
  • ağzına su alıb oturmaq
  • dilini saxlamaq
  • gözünün acısını almaq
  • mənəm – mənəm demək
  • ürəyi düşmək
  • gözünün odunu almaq
  • gözdən dümək
  • gözdən qaçmaq
  • söz vermək
  • könüldən keçmək
  • burnunun ucu göynəmək
  • yola düşmək
  • axırına çatmaq
  • yoldan çıxmaq
  • başına qaxmaq
  • başına vurmaq
  • baş vurmaq
  • söz götürmək

☑️ Frazeoloji birləşmələr omonim, sinonim, antonim olduqda onların məna tayları da frazeoloji birləşmə olmalıdır. Kiminsə yola düşməsi ilə qələmin yola düşməsi omonim ola bilməz.

🔹 can vermək   ↗️ Günəş bitkilərə can verir

                           ↘️Yaralı quş can verir

🔹 üz vermək     ↗️Üz verirsən, astar istəyir

                           ↘️Orada hadisə üz verib

🔹 ürəyi yanmaq  ↗️Ürəyim yanır su istəyirəm

                              ↘️Müəllimin ona ürəyi yanırdı

🔹 söz vermək   ↗️ Çıxış üçün Akifə söz verildi

                           ↘️Söz verdim, gərək əməl edim

🔹 işə düşmək    ↗️Maşın işə düşdü

                            ↘️Yaman yerdə işə düşdüm

Frazeoloji birləşmələrin sinonimliyi :

  • ağzına su almaq – ağzını qıfıllamaq
  • dil – dil ötmək – dilotu yemək
  • burnunun ucu göynəmək – ürəyi istəmək, ürəyi axmaq

Frazeoloji birləşmələrin antonimliyi:

  • xoşu gəlmək – acığı gəlmək
  • üz ağartmaq – üz qaraltmaq
  • dil – dil ötmək – ağzına su almaq

Frazeoloji birləşmələr nitqə xüsusi ifadəlik,canlılıq gətirir. Belə birləşmələrdən əsasən, məişət üslubunda bədii üslubda istifadə olunur.

1.Kömək etmək, yaxşı olmaq, əl etmək,adam olmaq, oxuya bilmək kimi birləşmələr frazeoloji birləşmə sayılırlar. Çünki bunlar tərkibi – mürəkkəb feil hesab edilir.

     2. Mənalarında biri həqiqi, digəri məcazi        məna olan birləşmələr omonim frazeoloji birləşmələr adlanır. Məsələn.: ” Yola düşmək”

  1. Top yola düşdü – həqiqi məna
  2. Qatar yola düşdü – məcazi məna

  Belə frazeoloji birləşmələrə bunları da göstərmək olar: gözü açılmaq,burnunun ucu göynəmək, yerə salmaq, başa vurmaq, yanıb tökülmək və s.

4.7/5 - (171 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button