Azərbaycan Dili

Temsil nedir?

Epik növün ən qədim janrlarında biri Təmsildir.

Təmsil həcmcə kiçik olsa da,  dərin məna ifadə edir. Təmsilin əsas xüsusiyyəti tənqidi və satirik məzmunda olmasıdır. Sənətkar təmsildə  insanlara xas olan nöqsanları, eyibləri ayrı-ayrı əşya, bitki və heyvanların timsalında əks etdirir. Təmsil janrında təbiət cismləri və heyvanlar şəxsləndirilir – insan kimi danışdırılır. Həmçinin ədəbiyyatşünaslıqda buna təşxis deyilir.

 Bundan təmsil əxlaqi-tərbiyəvi və nəsihətli səciyyə daşıyır. Təmsilin sonunda müəllif öz fikrini kiçik nəsihət şəklində bildirir. Məsələn, M.Ə.Sabir “Qarğa və tülkü” təmsilinin sonunda belə bir əxlaqi-tərbiyəvi fikir bildirir:

Olmasaydı cahanda sarsaqlar,

Ac qalardı yəqin ki, yaltaqlar.

Təmsil adətən nəzmlə yazılır. Dünya ədəbiyyatında nəsrlə yazılmış təmsil olduğunu da unutmamaq lazımdır. Yadda saxlayın ki, təmsil heyvan bitki və heyvanların insanların xüsusiyyətlərinə bənzədilməsidir.

Tarixi

Epik növün ibtidai formalarından biri olan təmsil hələ qədim yunan ədəbiyyatında  da var idi. Təmsil XVII-XVIII əsrlərdə yüksək inkişaf səviyyəsinə çatmışdır. Qədim Romada Fadr (I əsr), Qədim Yunanıstanda Ezop (e.ə.VI-V əsrlər) nəsrlə yazdığı təmsilləri ilə məşhur idi. Bundan əlavə Hindistanda III əsrə aid təmsillər toplusu “Pançatantra” məlumdur. Yeni dövrün ən məşhur təmsil yazanlarından biri isə fransız şairi Jan Lafonten (XVII əsr) olmuşdur.

Rusiyada təmsilin inkişafı isə XVIII əsrin sonu XIX əsrin əvvəllərinə aiddir. O,dövrün ən məşhur təmsilçiləri A.P.Sumarokov, İ.İ.Xemnitser, A.E.İzmaylov, İ.İ.Dmitriyevdir. Rusiya ədəbiyyatında təmsil janrının zirvəsi İ.A.Krılovun yaradıcılığı hesab olunur. Onun əsərləri dünyanın bir çox dillərinə, həmçinin Azərbaycan dilinə də tərcümə olunmuşdur. Müəllifin “Eşşək və bülbül” təmsili buna misal ola bilər. Təmsili A.A.Bakıxanov tərcümə edib.

Azərbaycan ədəbiyyatında isə təmsilin ilk nümunələrinə N.Gəncəvinin “Sirlər xəzinəsi” poemasında rast gəlinib. A.Bakıxanov, Q.Zakir, S.Ə.Şirvani, M.Ə.Sabir, Abbas Səhhət, Abdulla Şaiq kimi şairlərimizin də təmsilləri məşhurdur.

Qeyd etmək lazımdır ki, XX əsr­də Azər­bay­can ədə­biy­ya­tın­da təm­sil jan­rı­nın  daha da çi­çək­lən­mə­si gör­kəm­li təm­sil us­ta­dı Hik­mət Zi­ya­nın adı ilə bağ­lı­dır. H.Zi­ya­nın yaz­dı­ğı təm­sil­lər öz bən­zər­siz­li­yi və da­şı­dı­ğı mə­na yü­kü, uşaq­la­rın mə­nə­vi in­ki­şa­fın­da, tər­bi­yə­sin­də oy­na­dı­ğı ro­lu ilə se­çi­lir. Təm­sil­lər, sö­zün hə­qi­qi mə­na­sın­da, uşaq və gənc­lə­rin hə­ya­tın­da, dü­şün­cə­sin­də, on­la­rın doğ­ru­lu­ğa, düz­lü­yə, ha­lal­lı­ğa, sə­da­qə­tə bağ­lan­ma­sın­da bən­zər­siz iş gö­rür.

Xalq ya­zı­çı­sı Mir­zə İb­ra­hi­mo­vun H.Zi­ya­nın təm­sil­lə­ri­nə yük­sək də­yər ver­mə­si onun bu sa­hə­də fə­al­lı­ğı­nı da­ha da ar­tı­rmışdır. Bö­yük rus təm­sil­çi­si İvan Krı­lo­vun təm­sil­lə­ri­ni di­li­mi­zə us­ta­lıq­la tər­cü­mə edən H.Zi­ya bu jan­rın sir­lə­ri­nə ya­xın­dan bə­ləd ol­duq­ca, da­ha gö­zəl təm­sil­lər yaz­ma­ğa baş­la­mışdı. Tə­sa­dü­fi de­yil ki, gör­kəm­li alim, şa­ir Ser­gey Mi­xal­kov şai­rə vur­du­ğu te­leq­ram­da onu “əla təm­sil­çi” ad­lan­dı­rıb. Şai­rin təm­sil­lə­ri­ni təh­lil edən, on­la­ra yük­sək də­yər ve­rən ədə­biy­yat­şü­nas­lar onu “müa­sir Azər­bay­can təm­si­li­nin Krı­lo­vu” ad­lan­dı­rıb”.

Aşağıdakı siyahıda ən məşhur təmsil yazıçılarının siyahısı ilə tanış ola bilərsiniz :

  • Ezop
  • Jan de Lafonten
  • İvan Krılov
  • Demyan Bednı
  • Olesiya Yemelyanova
  • Fadr
  • Avian
  • Barbiy
  • Sergey Mixalkov
  • Lüdviq Xolberq
  • Lev Tolstoy
  • M.Ə.Sabir
  • A.Bakıxanov
  • S.Ə.Şirvani
  • A.Səhhət
  • A.Şaiq
  • Q.Zakir
  • H.Ziya
4.2/5 - (459 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button