Azərbaycan Dili

Publisistik üslub

Üslubiyyat bəhsində bu və ya digər dilin üslubi imkanları öyrənilir. Dilçilikdə “üslub” dil vasitələrindəm məqsədyönlü istifadə üsüludur.

   “Üslubiyyat” ancaq dilçilik anlayışıdır, “üslub” isə daha geniş məzmuna malikdir.

Üslub daşıyıcısı həmin üslubdan istifadə edən şəxsdir .

Üslublar özünü iki baxımdan göstərir :

1.Ümumi,yaxud ictimai baxımdan funksional üslublar meydana çıxır.

2.Xüsusi,yaxus şəxsi baxımdan fərdi üslub meydana çıxır.

Azərbaycan dilinin funksional üslubları aşağıdakılardır :

  • Bədii üslub
  • Elmi üslub
  • Publisistik üslub
  • Məişət üslubu
  • Rəsmi – işgüzar üslub

    Funksional üslublar (bədii, elmi, publisistik və s) birlikdə ədəbi dili təşkil edir. Ədəbi dilin ümumi fonetik, leksik və qrammatik normaları onun funksional üslublarının hər biri üçün məcburidir.

Fərdi üslub funksional funksional üslublardan fərqli olaraq, xüsusi səciyyə daşıyır və əsasən, bir şəxsə – fərdə aid olur. Məsələn : Sabir üslubu, Mirzə Cəlil üslubu və s.

Publisistik üslub

Publisistik üslub – milli – ictimai təfəkkürü ifadə edən nitq formasıdır,mətbuatda funksionallaşır və olduqca müxtəlif mövqeləri, maraqları əks etdirir. Qəzetlərin, kütləvi jurnalların, radionun, televiziyanın, elmi – kütləvi kitabları  və s. dili publisistik üsluba aiddir.

 Bu üslub üslublar arasında ən son formalaşmış üslubudur. XIX əsrin 70 – ci illərində – ” Əkinçi” qəzetinin nəşrə başlanması ilə yaranıb. Bəzən  “ publisistik üslub” ifadəsi ilə yanaşı, ” mətbuat dili” ifadəsi də işlənir ki, bunların da hər ikisi, əsasən eyni anlayışı əks etdirir. Eyni zamanda bu mənada  “qəzet dili”, “elmi – kütləvi dil” və s. ifadələr də işlədilir. Bu zaman publisistik üslubun müxtəlif formaları, növləri nəzərdə tutulur.

Publisistik üslubun iki forması var:

1.Şifahi forma – buraya radio dili, televiziya dili, eləcə də kütləvi yığıncaqlarda, mitinqlərdə səslənən ( natiqlərin çıxışlarında, yerdən atılan replikalarda və s.) dil daxildir.

2. Yazılı forma – buraya qəzetlərin, kütləvi jurnalların, elmi – kütləvi kitabları  və s-nin dili daxildir. Publisistik üslubun şifahi forması ilə yazılı forması bir – birindən o qədər də fərqlənmir.

Publisistik üslubda əsasdır:

  1. Aydınlıq, kütləvi anlaşıqlıq təsirlilik
  2. Lüğət tərkibi əksəriyyət tərəfindən başa düşülən sözlərdir
  3. Sintaksisi mümkün qədər danışıq dilinə yaxın olub, adi ( normal) nitq intonasiyasını əks etdirir.
  4. Çox müxtəlif emosiyaları ifadə edir.
  5. Həm təsviri,həm də analitik (haqında bəhs olunan hadisələri ancaq təsvir etməklə bitməyən, həm  də təhlil edən) səciyyə daşıyır.
  6. Publisistik üslub müxtəlif emosiyaları : qəzəb, nifrət, sevinc, həyacan, təmkin və s ifadə edir.

Publisistik üslub xalq dilinə yaxındır və ümumxalq dilində gedən proseslər – baş verən dəyişmələr, yeniləşmələr və s publisistik üsluba, hə də publisistik üslub da məlumat dilində gedən proseslər ümumxalq dilinə təsir edir.

Publisistik üslubun digər funksional üslublarla əlaqəsi:

Publisistik üslub ən ictimai nitq formasıdır. Buna görə də bu üslub digər funksional üslubların bir sıra əlamətlərini daşıyır. Nəticədə publisistik üslubun üç növu meydana çıxır.

  1. Bədii – publisistik dil:  Bu dil publisistik üslubun əsas xüsusiyyətlərini daşımaqla yanaşı, müəyyən qədər obrazlı nitq formasıdır, burada bədii ifadə vasitələrinə təsadüf edilir. Buraya oçerkləri, feilyetonların və bəzi bədii məqalələrin dili daxildir.
  2. elmi publisistik dil : Buraya daxildir: 1)müxtəlif elm sahələrinə ;

2)siyasətə; 3) dinə və s. həsr olunmuş publisistik məqalələrin, kitabların dili.

  • rəsmi – publisistik dil: Publisistik məzmun daşıyan hər hansı bir rəsmi və işgüzar sənədin dilidir. Azərbaycan Respublikası Prezidentinin bəyanatları buraya daxildir.

Publisistik üsluba aid:

  • Milli – ictimai təfəkkürü ifadə edən nitq formasına publisistik üslub deyilir.
  • Şifahi və yazılı formaları olur.
  • Aydınlıq, təsirlilik, anlaşıqlılıq əsas xüsusiyyətləridir
  • Bu üslubda bədii elementləf də özünü göstərə bilər.
  • Mətbuatda və televiziyada formalaşır
  • Digər üslublara nisbətən daha gec yaranıb.
  • Daha çox müxtəlif mövqeləri və maraqları əks etdirir.
  • Üsluba aiddir: mətbuatın dili, qəzetlərin dili, radio və televiziyanın dili, elmi – kütləvi kitabların dili.
  • Digər üslublarında xüsusiyyətlərini özündə daşıyır.
  • Dildə gedən yeniləşmələr, dəyişmələr publisistik üsluba təsir edir və s.
4.8/5 - (105 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button