İnşalar

Agdam haqqinda melumat

Agdam haqqinda melumat ilə tanış olaraq işğaldan yenicə azad olmuş rayonumuzu daha yaxından tanıya bilərik. Azərbaycanın yaralı yeri olan Qarabağımıza 2020-ci ildə nəhayət ki, qovuşa bildik. Artıq bu doğma torpaqları gedib gəzə, oranın füsünkar təbiəti ilə daha yaxından tanışa ola, dədə babalarımızın bizə mirası olan Qarabağımızı dirçəldə, abadlaşdıra bilərik. Gözəl yerlərimizdən olan agdam haqqinda melumat sizlər üçün Tehsil.com.az saytında təqdim olunur.

Ağdam  Azərbaycanın hazırda inzibati mərkəzidir. İşğala görə Ağdamın yalnız 10 kəndi Azərbaycanın nəzarəti altında idi. İndi isə bütöv Ağdam artıq Azərbaycanın nəzarəti altındadır.

I Qarabağ müharibəsindən əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi. Artıq çiçəklənmə dövrü yaşayan bu rayon günü-gündən inkişaf edirdi.

Tarixi

8 avqust 1930-cu ildə yaradılan Ağdan rayonunun sahəsi 1154 kvadrat km, relyefi isə əsasən düzənlik, qismən dağlıqdır.

Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Tarixi abidələr ilə zəngin olan Ağdam minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. I Qarabağ müharibəsində ən çox şəhid verən rayonumuz olmuşdur. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri aparılmağa başlandı. Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biri olduğu bu tədqiqat işləri nəticəsində ortaya çıxdı. Tanınmış arxeoloq İdeal Nərimanovun Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar.

Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə Eneolit və orta Tunc dövrünə aid (e.ə. II minilliyin birici yarısı) müxtəlif növ əşyalar – dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr arxeoloji qaıntılar zamanı aşkar edilmişdir. Burdan taxıl və üzüm dənələri tapılmışdır. Deməli bu ərazidə yaşayan qədim insanlar, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur.

XX əsrin 80-cı illərinin ortalarında rayonun Sarıçoban kəndi yaxınlığında son Tunc və Dəmir dövrünə aid (e.ə. XIX-XIII əsrləri əhatə edir) möhtəşəm kurqanın tapılması bir daha sübut etmişdir ki, tarixi abidələr ilə Ağdam çox zəngin yerlərdən biridir. Kurqanda e.ə. XII-XIII əsrlərə aid maddi tapıntılar aşkar edilmişdir. Bu abidənin varlı bir insanın qəbri olduğu məlum olduğu görünmüşdür. Bu isə onu göstərir ki, həmin dövrdə Azərbaycanda ibtidai-icma quruluşunun dağılaraq sosial və əmək bərabərsizliyinin yaranmışdır.

Daha sonralar Azərbaycanda gedən tarixi proseslər nəticəsində ilk dövlət qurumları formalaşmağa başlamışdır ki, onlardan biri də Albaniya quldar dövləti idi. Mənbələrin verdiyi məlumata görə, qədim Albaniya ərazisində 26 tayfa var idi. Bu tayfalardan biri də yüksək mədəniyyətə malik olan Qarqarlardır ki,  Ağdam ərazisindəki Qarqar çayı boyuca məskunlaşmışdılar.

Coğrafiyası

Ağdamın dəniz səviyyəsindən yüksəkliyi 410 metr, maksimum yüksəkliyi isə 1365 metrdir.Əsasən mülayim isti, quraq subtropik iqlimə sahib olan,  dağətəyi yerləyrdə yüksəklik artdıqca iqlim mülayimləşən Ağdamda ən çox yağıntı dağətəyi sahələrə düşür. İllik yağıntının miqdarı 300-550 mm-dir.

Məşhur Qarqar və Xaçın çayları məhz bu ərazidən axır.

Ağdam rayonun ərazisi Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının təmas zonasında yerləşir. Rayonun sahəsi 1094 kvadratklometr, əhalisi 165 min nəfərdir (1998-ci il). Coğrafi mövqeyi yaşayış və təsərrüfat üçün çox əlverişli hesab olunur. Qarabağ düzünün dağətəyi hissəsində yerləşən rayonda dağlarla düzənlik arasında relyefdə yaxşı təzahür edən dərin tektonik yarıq keçir.

 Sultanbud meşəsi yaxınlığında hazırda qorunan saqqız ağacı, püstə seyrək meşələri salınmışdır.

Heyvanat aləmi əhalinin sıxlığı və insanın əmək fəaliyyəti ilə əlaqədar olaraq çox kasaddır deyə bilərik. Burada heyvanlardan tülküyə, çaqqala,  dovşana, canavara, sürünənlərə, quşlardan  çilə, kəkliyə, turaca,  və s. rast gəlmək mümkündür. Faydalı qazıntılarla zəngin olan Ağdamda əsasən əhəng daşı, gil, çakıldaş, qum, gillicə daha çoxdur.

Tarixi memarlıq abidələri

Ağdamdakı tarixi memarlıq abidələri müxtəlif tarixi dövrləri əks etdirən nadir nümunələrdir. Gəlin tanış olaq:

4.8/5 - (67 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button