Kimdir?İnşalar

Semed Vurgun haqqinda melumat

Semed Vurgun haqqinda melumat saytımızda təqdim olunur. Azərbaycanın xalq şairi haqqında kifayət qədər məlumata sahibsinizmi? Tehsil.com.az komandası olaraq sizin üçün ən geniş Semed Vurgun haqqinda melumat təqdim edirik.

Xalq şairimiz 21 mart 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub ailədə anadan olmuşdur. Yəqin ki, bir çoxlarımıza Kosalı ağaları, sonradan isə Vəkilovlar adlanan nəslin azı 400 illik tarixi məlumdur. Şairin anası da həmin nəsildəndir. Atası Yusif ağa isə kənddə yaşasa da, ömrünün son illərini isə Qazax şəhərində keçirmişdir. Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ibtidai təhsilini kəndəki rus-tatar məktəbində almışdır.
6 yaşı olarkən anası Məhbub xanımı itirən Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində böyüyür. Şairin ana babası Mehdixan ağa Köhənsal təxəllüsü ilə tanınan el şairi, ana nənəsi Aişə xanım isə Molla Pənah Vaqifin nəslindən idi.
1918-ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firudin bəy Köçərli Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürür. Beləliklə, Qazax müəllimlər seminariyasını təşkil edilir. Bu məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov (1902-1975) qardaşları da var idi.

Səməd Vurğun seminariyanı bitirdikdən sonra (1924) Qazax, Quba və Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlayır. 1920-1930 illərdə şair geniş oxucu kütlələrinin nəzərini cəlb edir. 1930-cu illərdə o, Aleksandr Puşkinin “Yevgeni Onegin”, Maksim Qorkinin “Qız və ölüm”, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”, Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərlərini Azərbaycan dilinə tərcümə edir.

Seminariyada oxuyarkən Səməd, ilk şeirlərini qələmə alır. Bunlar lirik qoşmalar idi. Yazdığı şeirlər seminariyanın divar qazetində çıxırdı. Seminariyanı qurtarması münasibətilə şairin ilk əsəri  olan “Cavanlara xitab” şeiri yazmışdı ki, həmin şeir ilk dəfə 1924-cü ildə Tiflisdə çıxan “Yeni fikir” qəzetində dərc olunmuşdur.

Gənc şair öz xalqını, vətənini, doğma torpağının əsrarəngiz təbiətini sevdiyi üçün özünə “Vurğun” təxəllüsünü götürür.

  1. cu ildə Səməd Vurğun İkinci Moskva Universitetinin ədəbiyyat fakültəsinə daxil olan şair, Moskvadakı təhsil illərində fəal yaradıcılıqla məşğul olur.
  2. 1930-1940-cı illər Vurğun istedadının çiçəklənməsi və yüksəlişi dövrüdür. Həmin illərdə yazdığı şeirlərin hamısı “Şairin andı” kitabında toplanmışdır.
  3. ci ildə Səməd Vurğun 7 poema və 100-ə yaxın şeir yazmışdır. 1934-cü ildə yazılmış “Azərbaycan” şeiri Azərbaycan ədəbiyyatının incilərindəndir.

1936-37-ci illərdə yeni əsərlər yazmaqla yanaşı tərcüməçiliklə də məşğul olmuş, Puşkinin “Yevgeni Onegin” mənzum romanını Azərbaycan dilinə tərcümə etmişdir. Eyni zamanda Taras Şevçenkonun, İlya Çavçavadzenin və Cambul Cumayevin bir çox şeirlərini dilimizə tərcümə etmişdir.
1937-ci ilin ikinci yarısında “Vaqif” dramını yazır. “Vaqif” dramını 3-4 həftə ərzində, heyrətləndirici bir sürətlə tamamlaylr.  Şair əsərdə Molla Pənah Vaqifin faciəli həyatını, şair böyüklüyünü, insanlıq kamilliyini ustalıqla, məhəbbətlə əks etdirmişdir. “Vaqif” dramına görə Səməd Vurğun 1941-ci ildə “Stalin mükafatı”na layiq görülmüşdür.
1937-1938-ci illərin qanlı repressiyaları Səməd Vurğundan yan keçməmişdi. Şairi aidiyyəti idarələrə tez-tez çağırırdılar.
Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq işində fəal iştirak edən Səməd Vurğun, “Leyli və Məcnun” poemasını məharətlə Azərbaycan dilinə çevirmişdir. 1941-ci ildə Səməd Vurğun Nizaminin “Xosrov və Şirin” poemasının motivləri əsasında “Fərhad və Şirin” mənzum dramını yazır. 1943-cü ildə ABŞ-da keçirilən müharibə əleyhinə yazılmış ən dəyərli əsərlər müsabiqəsində şairin yazdığı “Ananın öyüdü” şeiri çox yüksək qiymətləndirilmişdi. Şeir dünya ədəbiyyatında bu mövzuda yazılan ən qiymətli 20 əsərdən biri kimi Nyu-Yorkda çap etdirilərək hərbçilər arasında yayılmışdır.

Həyatının son illərində yazdığı şeirləri onun yaradıcılığının yeni mərhələsini təşkil edir. Həyata bağlılıq, insanların dostluq və xeyirxahlıq kimi keyfiyyətlərini əks etdirmək mövzusunda yazdığı əsərlərində vətən və xalq qarşısındakı müqəddəs borcunun ifadəsi də var idi.
1953-cü ildə “Aygün” poeması tənqid edilir, şairin Moskvada çap edilmiş “Şairin hüquqları” məqaləsi ona qarşı hücumları daha da kəskinləşdirir. Kitablarının kitabxanalardan, dramlarının səhnədən götürülməsinə göstəriş verilir. Şairə şəhərdən çıxmaq qadağan edilir. Lakin, həmin il Stalinin ölümündən sonra SSRİ və respublika rəhbərliyində baş verən dəyişikliklər nəticəsində bu tədbirlər baş tutmur.
1954-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edilən Səməd Vurğun, işlədiyi dövrdə ictimai elmlər qarşısında böyük problemlər qoyur,  problemlərin həllini təşkil edir.
O zamanki SSRİ məkanında Səməd Vurğunun böyük nüfuzu var idi. SSRİ-nin ən yüksək orden və medalları ilə təltif edilmiş, sovet xalqlarının sevimli şairi olmuşdu.

Ölümü


1955-ci ilin oktyabr ayında Səməd Vurğun SSRİ nümayəndə heyəti tərkibində Vyetnama getmək üçün yola çıxır. Lakin yolda xəstələnir və səfərini yarımçıq saxlamalı olur. Çində onu Pekin xəstəxanalarından birində müayinə edirlər. Şair vətənə qayıtdıqdan sonra xəstəliyi şiddətlənir.
1956-cı ilin martında Səməd Vurğunun 50 yaşı tamam olması münasibətilə şairin yubileyinin keçirilməsinə hazırlıqlar başlanılır.  “Azərbaycanın xalq şairi” adı təsis edilir və ilk dəfə bu ada Səməd Vurğun layiq görülür. Yubiley təntənəsindən iki həftə sonra 1956-cı il may ayının 27-də, saat 19:30-da şairin gözləri əbədi yumulur. Mayın 30-da Bakıda Fəxri Xiyabanda dəfn edilir.

4.2/5 - (415 votes)

Əlaqəli yazılar

Back to top button