Kimdir?

Cefer Cabbarli haqqinda melumat 

Cefer Cabbarli haqqinda melumat Tehsil.com.az komandası vasitəsilə ətraflı araşdırılmışdır. Azərbaycanın dramaturq, şair və nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, əməkdar incəsənət xadimi Cəfər Cabbarlı haqqında məlumat saytımızda təqdim olunur.

Cəfər Cabbarlı 1899-cu il martın 20-də Bakı quberniyasının 110 km-də yerləşən Xızı kəndində anadan olmuşdur. Doğulduğu ailə yoxsul kəndli ailəsi idi. Atası Qafar Cabbarlı kömürçü işləyirdi, lakin görmə qabiliyyətini itirdikdən sonra ailə məcburiyyət qarşısında Bakıya köçməli olur. Onlar “dağlı məhəlləsi” adlanan yerdə yaşamağa başlayıb. Cəfərin 3 yaşı olanda atası vəfat edib. Evin yükü anası Şahbikə xanımın üzərinə düşüb. O, imkanlı ailələrin paltarlarını yuyub, çörək bişirərək Cəfəri dini məktəblərə qoyub, oxumasını istəyib. Cəfər arasıra Xızıya gedir, orada aşıqsayağı şeirlər yazan bibisi Zərnişanla, dağ kəndlərindəki qohumları ilə görüşürdü. Şahbikə xanım Cəfəri təhsildən məhrum etməmək üçün, əvvəlcə məhəllə mollasının yanında “çərəkə” oxumağa, bir müddət sonra isə molla Qədirin yanına Quran oxumağa qoyur. Mollaxananın ona bir şey vermeyəcəyini başa düşən Cəfər başqa uşaqlar ilə birlikdə 1905-ci ildə “Starıy Poçtovı-25”-də Hacı Məmmədhüseyn Bədəlovun şəxsi mülkündə açılan üçsinifli “7-ci müsəlman və rus” məktəbinin birinci sinfinə daxil olur. 

1915–1920-ci illər Cəfər Cabbarlının təkcə tələbəlik illəri deyil, ədəbiyyata, sənətə gəldiyi dövr idi. O, bir-birinin ardınca “Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş”, “Solğun çiçəklər”, “Nəsrəddin şah”, “Trablis müharibəsi” və ya “Ulduz”, “Ədirnə fəthi”, “Bakı müharibəsi”, “Aydın” kimi Azərbaycan əsərlərini qələmə almış, lirik və satirik şeirlərlə, bir sıra hekayələrlə müxtəlif mətbuat orqanlarında çıxışlar etmişdir.

Cabbarlı ədəbiyyata şeirlə gəlmişdi və ilk mətbu şeirləri 1911-ci ildə “Həqiqəti-Əfkar” qəzetində dərc olunmuşdur və 1915-ci il aprel ayının 3-də “Məktəb” jurnalının 6-cı nömrəsində onun “Bahar” adlı şeiri nəşr olunmuşdu.

ci ildə “Qurtuluş” jurnalı tərəfindən elan edilmiş müsabiqədə Cabbarlının “Qürub çağı bir yetim” şeiri bəyənilmiş və o, birincilik qazanaraq Sabirin “Hophopnamə”si və “Qurtuluş” jurnalının birillik abunəsi ilə mükafatlandırılmışdı.

Cabbarlı ilk şeir, hekayə və dramlarını 1915–1916-cı illərdə yazmışdır. İlk hekayələrindən olan “Aslan və Fərhad”ın üzərində 15 iyul 1916-cı il tarixi var. “Mənsur və Sitarə” hekayəsinin əlyazma nüsxəsi və həmçinin “Sitarə” adlı opera 1915-ci ilin axırları və ya 1916-cı ilin ortalarında yazılmışdır.

“Nəsrəddin şah” C.Cabbarlının ilk tarixi pyesidir. Ədibin əlyazmaları içərisində “Nəsrəddin şah” pyesinin variantlarının ən köhnəsi təxminən 1916-cı ilə aiddir. 

Cabbarlı 1917-ci ildə Osmanlı tarixinə dair “Trablis müharibəsi” və ya “Ulduz” və “Ədirnə fəthi” pyeslərini yazmışdır.

Cəfər Cabbarlının 1920–1923-cü illərdəki ədəbi fəaliyyətinin nəticəsi “Aydın” (1919) və “Oqtay Eloğlu” (1921) pyesləri olub. Hər iki əsər 1921–1923-cü illərdə Azərbaycan Dövlət Teatrında tamaşaya qoyulmuş və teatrın repertuarında yer tutmuşdur. İdeya və üslub cəhətdən bir-birinə yaxın olan bu əsərlərdə Cabbarlı pulun hökmranlıq etdiyi bir cəmiyyəti, bu cəmiyyətdə əzilən zəhmətkeşlərin faciəsini göstərmişdir.

Azərbaycan ədəbiyyatına bir çox tanınmış şair və yazıçılar töhfə vermişdir. Onlardan biri də Cəfər Cabbarlıdır. Əsərləri hələ məktəbli zamanlardan hər birimizin böyük həvəslə, maraqla oxuduğu ədəbiyyat incilərindən idi. Bədii irsi milli dəyərlər xəzinəsi olan Cəfər Cabbarlının yaradıcılığı haqqında çox sayda məlumatı saytımız vasitəsilə oxuya biləcəksiniz. Qeyri-adi istedada malik bu yaradıcı şəxsiyyət ideya və estetik cəhətdən yeni dövrün ziddiyyətlərini əsərlərində dərindən əks etdirməyi bacarmışdır. Bənzərsiz bədii obrazların yaradıcısı kimi geniş şöhrət tapmış, müasir realist dramaturgiyamızın banisi kimi tanınmışdır. Təəssüf ki, o çox da böyük olmayan (1915-1934) yaradıcılıq dövründə klassik səviyyəli sənət inciləri yaratmış, istedadı və zəhməti ilə milli dramaturgiyamıza yeni ovqat, yeni forma, yeni məzmun və yeni   keyfiyyətlər gətirmişdir.

İlk sentimental melodramatik əsərlərindən biri də “Vəfalı Səriyyə” və “Solğun çiçəklər” faciəsidir. Bu faciə ailə-məişət mövzusunda yazılmışdır.  Bu  əsərlərində ayrıca bir fərdə və insanlar arasındakı münasibətlərə xüsusi görmə bucağından baxmağı, bütün bunları dramatik həyəcan və hərəkət formasında təqdim etməyi bacarmışdır. Müəllif bu əsərləri qələmə alanda gənc idi. Lakin buna baxmayaraq, sevgi romantikasının, “qırmızı çiçəklərin” iqtisadi münasibətlər qarşısında necə dəhşətlərə düçar olduğunu peşəkarlıqla açıb göstərməyi bacarmışdır.

XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan dramaturgiyasında ictimai ədalət, dövlətçilik problemləri, tarixi şəxsiyyətlərin həyat və fəaliyyəti tarixi dram janrının mövzusuna çevrilmişdi. C.Cabbarlı da bu ənənəyə sadiq qalaraq “Nəsrəddin şah” tarixi dramını yazmışdır. Pyesdəki əsas obrazlar Nəsrəddin şah, Kirmanı, Cəmaləddin Əfqani, Mirzə Təqi xan, Rəhim xan kimi real tarixi şəxsiyyətlərdir. İranda xanlıq, dərəbəylik əleyhinə çıxan məşrutəçilik, ictimai ədalət ideyasını müdafiə edən “Nəsrəddin şah” əsərini çox güman ki, hər birimiz oxumuşuq.

XX əsrin birinci yarısında baş verən ictimai-siyasi hadisələr, xüsusən rus və türk imperiyalarının dağılması və milli azadlıq hərəkatlarnın başlanması gənc dramaturqun yaradıcılığına güclü təsir etmişdir. Bu hadisələr Cəfər Cabarlının Şərq xalqlarının – türk, ərəb və azərbaycanlıların milli azadlıq hərəkatını və yadelli işğalçıların ölkədən qovulmalarını əks etdirən triologiya yazmasına səbəb olmuşdur. “Trablis müharibəsi və ya Ulduz” 1917-ci ilin birinci yarısında, həmin ilin sonunda “Ədirnə fəthi” ilə tamamlanır. Həmin əsər tezliklə tamaşaya qoyulur.  “Ədirnə fəthi”nin oynanılması haqqında afişalar (1917-ci il dekabrın 15-də) mövcuddur. 1918-ci ilin mart ayında “Trablis müharibəsi və Ulduz” pyesi tamaşaya qoyulmuşdur və 1923-cü ilə qədər repertuardan düşməmişdir.  Bakı şəhərini vəhşi erməni-daşnak və Birinci Dünya müharibəsində iştirak edən çar Rusiyasının əsgərlərindən xilas etmək uğrunda gedən döyüşlər “Bakı müharibəsi” pyesində əks etdirilmişdir.

Sonralar triologiyanın ilk iki pyesini sovet hakimiyyəti illərində təhlil edənlərin çoxu belə bir mühakimə yürüdürdü ki, guya Cabbarlı bu pyesləri müsavat hakimiyyəti illərində yazmışdır, ona görə də millətçiliyə, pantürkizmə yuvarlanmışdır. Lakin bu əsərlər müsavatın hakimiyyətə gəlməsindən əvvəl yazılmış və yuxarıda deyildiyi kimi, sırf qapalı milli hadisəyə yox, Qərbin işğalçılıq siyasətinə və əzilən Şərqin milli azadlıq mövzusuna həsr olunmuşdur.

Birinci Dünya müharibəsində Çar hökuməti də iştirak etmişdi. Bunun nəticəsində iqtisadi və siyasi çətinliklər yaşanmaqdaydı. Bundan istifadə edən bolşeviklər silahlı üsyan yolu ilə hakimiyyəti ələ keçirdilər. İmperiyanın ucqarlarında bir sıra xalqlar öz müstəqilliklərini elan etdi. Azərbaycan da öz milli suverenliyi uğrunda böyük siyasi mübarizəyə başladı. Bu suverenlik missiyasına qoşulan gənc Cəfər, bir tərəfdən də qələmi ilə də mübarizə aparırdı. “Trablis müharibəsi və ya Ulduz” pyesi həmin illərdə, 1917-ci ilin birinci yarısında yazılmışdır. 1918-ci ilin martında isə tamaşaya qoyulmuşdur. Pyesin əsas mövzusu milli azadlıq probleminə həsr edilmişdir. Əsərdə yalnız bir ölkənin deyil, ümumiyyətlə, işğalçı Avropa və öz hüquqları uğrunda mübarizəyə qalxmış Şərq məsələsi, konkret olaraq İtaliya işğalçı ordularına qarşı ərəblərin və türklərin birləşmiş xalq ordusunun qəhrəmanlıq döyüşü, mübarizəsi  canlandırılmışdır.                                  

Bu əsərləri təhlil edən sovet tənqidçiləri müəllifin estetik qüsur və uğurlarını görə bilmirdilər. “Trablis müharibəsi və ya Ulduz” və “Ədrinə fəthi”ndə məfkurəcə “ziyanlı” cəhətlər, panislamizm, pantürkizm axtardıqlarından düzgün təhlil etmək bacarıqlarından uzaq idilər. Qeyd olunan pyeslərdə müəllifin hadisəlikdən xilas ola bilməməsi açıqca görünür. Bu pyeslərdə realist dramatik xarakter yaratmaq bacarığının hələ püxtələşməməsi, bəşəri kolliziyaların əsas konfliktə çevrilməməsi, bədii ümumiləşdirmənin zəifliyi, sərt realizm əvəzinə macərapərəstlik və s. özünü göstərir. Lakin bütün bunlara baxmayaraq, hər iki əsər Azərbaycan dramaturgiyasında müharibə səhnələrini, tarixi-siyasi hadisələri əks etdirən pyeslər kimi diqqəti cəlb edir, oxucular tərəfindən çox bəyənilir.

1920-ci il aprelin 28-də XI qırmızı ordu Azərbaycanı işğal etdi. Bolşeviklərin əksəriyyəti qeyri-milli qüvvələrdən ibrət idi. XI ordunu rəhbərliyi verdikləri vədi unutmuş və sözlərinə əməl etməyərək özlərini qeyd-şərtsiz işğalçı qüvvələr kimi aparmağa başlamışdılar. Onlar xalqın milli ruhunu tamamilə əzmək üçün işğal gününü – 28 apreli  inqilab adlandıraraq bayram günü kimi təbliğ etməyə başlamışdılar. Bolşeviklər ilk zamanlarda yerli müqavimət hərəkatından, çəkinərək yaradıcı ziyalıların rəğbətini qazanmaq üçün müəyyən güzəştlər edir, hətta milli mədəniyyətin təbliğinə vəsait ayırırdılar. Çünki ilk işğal dövrlərində Azərbaycanın daxili müstəqilliyinə toxunmayacaqlarını vəd etmişdilər.  

“Aydın” faciəsi 1919-cu ildən yazılmağa başlansa da, 1922-ci ildə bitirilərək belə bir ictimai ictimai-siyasi mühitdə tamaşaya qoyuldu.  “Pyes süjetin yığcamlığı, bədii ideyanın estetik bitkinliyi, dramatik hərəkət və həyəcanın sürəkliliyi, davamlılığı, kompozisiya qurma ustalığı,  obraz, tip yaradılması baxımından C.Cabbarlının böyük uğuru idi. Dramatik hadisələr XX əsrin əvvəllərindəki neft və milyonlar şəhəri olan Bakıda cərəyan edir. Pyesin əsas mövzusu gənc bir ziyalı ailənin qurulması ilə başlanır və onun məhv olması ilə də bitir.

Pyesin baş qəhrəmanı Aydın adlı gəncdir. Bu gənc xəyalları puç olmuş, maddi və mənəvi böhran içərisində çapalayan bir şəxs olaraq təqdim olunur. Onun xəyalları qeyri-real olsa da, ülvi mahiyyət daşıyır. Aydın obrazının danışıq və rəftarında, məntiqi mahiyyətində insanlığın və ayrıca bir fərdin həqiqi mövcudluğunun bədii təsdiqi vardır. Elə həmin təsdiq də mübarizə üçün təkan rolunu oynayır: “…Mən bir həqiqətəm, mən bir heç deyiləm” – sözləri bu əsas leytmotivi dramaturji gərginliklə inkişaf etdirir. Məhz Aydının faciəsi ondadır ki, onun “bir həqiqət” olduğunu etiraf edən mühit yoxdur. Əksinə, əsrin əvvəllərindən güclü neft tüğyanları və altun yığımlarının məkanı olmuş Bakı minlərlə Aydın kimilərini bir heçə döndərir. Aydın hər şeyini – ailəsini, məhəbbətini, cəmiyyətdə tutduğu mövqeyini, normal ruhi vəziyyətini itirərək “səfillər kralı olur”. Ancaq o, dəhşətli cismani və ruhi əzablara düçar olsa da, mənəvi gözəlliyini, insani saflığını itirmir.

Vəfatı

İşə aludəliklə sarılması, get-gedə şiddətlənməkdə olan ürək xəstəliyinə əhəmiyyət verməməsi nəticəsində Cabbarlı çox zəiflədi və 1934-cü ilin sonunda, dekabrın 31-də, səhər saat 4-də vəfat etdi.

3.3/5 - (14 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button