İnşalar

Cay haqqinda melumat 🌊

Cay haqqinda melumat  saytımızda təqdim olunur. İçməli su ilə bütün dünyanı təmin edən çay sularına hər zaman ehtiyac yüksəkdir. Lakin son zamanlar baş verən hadisələr, insanlar tərəfindən təbiətə vurulan ziyanlar nəticəsində dünyada içməli su ehtiyatları tükənməkdə davam edir. Hətta bu barədə həyəcan təbiili də çalınır. Boş yerə olan su israflarının nəticəsində dünyanın bir çox yerində içməli su ehtiyatı tükənməkdədir. İnsanların çoxu susuzluqdan əziyyət çəkir. Azərbaycanın da bir çox bölgəsində su problemi yaşanır. Baxmayaraq ki, ölkədə irili-xırdalı çaylar heç də az deyil.

Çay, cazibə qüvvəsi səbəbindən daha yüksək yerdən aşağıya doğru hərəkət edən sudur. Yağış yağdıqca çay dənizlərə doğru hərəkət etməyə başlayır və aşağıya doğru çaylara və göllərə doğru axır. Bəzən yer səthi düz olmur və bir istiqamətdə enişli olur. Axan su əvvəlcə kiçik axınlar şəklində aşağı enir. Kiçik axınlar birləşərək aşağı enərkən daha böyük axınlar və çaylar əmələ gətirir. Çaylar ən son olaraq  okeanlara və ya dənizlərə axıb tökülür. Hər tərəfdən hündür quru ilə əhatə olunmuş yerə su axsa, orada göl əmələ gəlir. Əgər çayın axınının qarşısını almaq üçün bənd tikilirsə, əmələ gələn su göl yaradır. Bu süni göllər bu gün həyatın gələcəyi üçün vacib olan su anbarını yaradırlar.

Su yalnız həyat yaranandan bəri təkcə insanlar üçün deyil, yer üzündəki bütün canlılar üçün vacib olan təbii ehtiyatlardandır. Hər birimizin bildiyi kimi təbii ehtiyatlar tükənə bilir. Yaşamaq üçün hava, torpaq, günəş işığı, qida kimi suyun da əhəmiyyəti çox böyükdür. Hətta “hava su kimi” sözü bunu aşıqca bəyan edir. Canlıların bədənində su ehtiyatı tükənərsə, bu ölümlə nəticələnir.  İnsanlar üçün çaylar suvarma, enerji istehsalı, tullantıların utilizasiyası üçün vacibdir.

Çay sularının formalaşması

Çay Sularının başlanğıc nöqtəsi səmadır, çünki o, axın dövrünün bir hissəsini təşkil edir. Yağışlar yağmasa su artımı olmaz. Hətta əkinçilər yağış duası belə edirdilər ki, məhsulları məhv olmasın. Çaylarda axan suyun böyük hissəsi ətraf hövzələrə tökülür.

Bununla belə, çaydakı suyun hamısı axıntıdan gəlmir. Quruya yağan yağış da yerin içinə sızaraq qrunt sularını əmələ gətirir. Quru səthinin altında, su təbəqəsi adlanan müəyyən bir dərinlikdə yer su ilə doyur. Əgər çay sahili əksər çaylarda olduğu kimi bu doymuş təbəqəni kəsərsə, su torpaqdan çaya sızmağa başlayır. Qrunt sularının sızması bəzən quruda və ya avtomobil yolu kimi təbəqələr götürüldükdə də görünə bilər. Çayın sahilində su daşıyan qaya təbəqələri görünə bilər. Bu təbələr şaquli şəkildə olur. Çaylardakı suyun bir hissəsi sahillərdən çıxan cərəyanlarla bağlıdır. Bu səbəbə görə də quraqlıq yerlərdə belə çaylarda tez-tez bir az su olur.

AZƏRBAYCANDA MÖVCUD OLAN ÇAYLAR

Azərbaycan səfalı yerlərdən biridir. Gözəl təbiəti, əlverişli iqlim şəariti burada bir çox məhsulların yetişdirilməsinə şərait yaradır. Həyat üçün vacib olan əsas su ehtiyatlarının əldə edildi çayları ölkəmizin müxtəlif bölgələrində görmək mümkündür.

Ölkə ərazisində irili-xırdalı 8550-dən artıq axar sudan ibarət çay sistemi vardır. Onların bütövlükdə ümumi uzunluğu 33665 km-dir. Bütün bu çayların su toplayıcı sahəsi 85600 km² qəbul edilir. 7550-sinin uzunluğu 5 km-dən az olan çaylardır. Qalan 800 çaydan yalnız 65-nin uzunluğu 50 km-ə qədər, 735-nin uzunluğu isə 6 km ilə 50 km arasında dəyişir.

Respublika ərazisindən axan ən iri çaylar Kür və Araz çaylarıdır.

Azərbaycanda mövcud olan çayları iki yerə bölmək olar:

  1. Dağ çayları
  2. Düzənlik çayları

Dağ çayları

Dağ çayları öz mənbəyini dəniz səviyyəsindən 2000–3500 m. hündürlükdə olan dağlardan götürərək öz axarlarında çay pillələri və şəlalələr əmələ gətirirlər. Daha sonra isə dərin dərələrlə axaraq  düzənliklərə çıxdıqda güclü yarğanlar əmələ gətirərək çoxlu qollara ayrılırlar. Onlardan bəziləri tez-tez öz axarlarını dəyişir, digərləri isə yerin altı ilə sızaraq itir, yaxud kiçik bataqlıqlar əmələ gəlməsinə səbəb olurlar.

Düzənlik çaylar

Düzənlik çayları başlıca olaraq maili düzənliklərdə, geniş Kür-Araz ovlaqlarında, dərə və vadilərdə yerləşir. Bu çaylar sakitdir. Axınları əyri-üyrüdür və öz məcralarını asanlıqla yuyaraq yataqlarını lilləndirirlər. Onların suyu kənar qatışıqlarla bir o qədər də zəngin deyil və hamısının mənsəbi vardır. Ancaq Kür çayı ətrafı depressiyanın və dənizyanı qum təpələrinin yaranması nəticəsində bu çayların bir qismi kor arteriyaya çevrilir və mənsəbləri itir. Dayaz çayların qidalanmasında əsasən dağ çayları, bulaq və yerüstü suların rolu böyükdür. Dayaz çayların sonuncu növünü adətən qara su (sularının hədsiz minerallaşması nəticəsi olaraq) adlandırırlar ki, onların mövcud olması da, dağ çayları arteriyaları ilə olduqca bağlıdır.

Kür uzunuğu 1515 km olub Azərbaycan, Türkiyə və Gürcüstanın ərazisindən axan çaydır. Kür öz başlanğıcını Türkiyənin şimal-şərqindəki buzlaqlardan (Qızıl Gədək Dağı) götürür və Türkiyə və Gürcüstandan keçərək Azərbaycan ərazisinə daxil olur. Burada Kür özünün ən böyük qolu olan Araz çayı ilə Sabirabad şəhəri yaxınlığında birləşir və Neftçala rayonu ərazisində Xəzər dənizinə tökülür.

Kürün axdığı yerlərdə insanlar bir neçə min il əvvəldən məskunlaşıblar. Kürün vadisində kənd təsərrüfatı işlərinin hesablamalara görə təxminən 4 500 il tarixi vardır. Eyni zamanda Kürün sahillərində yaşayan insanların əsas məşğuliyyətlərindən biri də balıqçılıq olmuşdur. Çünki Kürün suyu içməlidir və burada çox sayda fərqli növlərdə balıqlar yaşayır. Eramızdan təxminən 1200 il əvvələ qədər burada Kürün sahillərində yaşayan insanlar mədəniyyət yaratmağa nail olmuşlar, lakin 1200 il sonra bu xalqların yaşadıqları ərazilərdəki yaşayış mədəniyyətlərinin bir çoxu ya təbii fəlakətlər nəticəsində dağılmış, ya da köçəri tayfaların basqınları nəticəsində məhv edilmişdir. Dəli Kür deyimi boşuna yaranmamışdır. Kürün coşub daşması nəticəsində ətraf ərazilər yox olmuş yaxud da yararsız vəziyyətə düşmüşdür. Samux şəhərinin yox olması da Kür daşqını nəticəsində olmuşdur. XX əsrdə Kürdə daşqınların sayı daha da çoxalmağa başladı. Buna görə həmin əsrin 50-ci illərindən başlayaraq bəndlər tikilərək su anbarları və orada kanallar inşa edilməyə başlandı. Əvvəllər Xəzər dənizindən Kür çayı vasitəsilə Tiflis şəhərinə qədər gəmi vasitəsilə üzərək getmək mümkün idi. Hazırda bu yoldan istifadə çay üzərində su elektrik stansiyasının inşasından sonra mümkün deyildir.

Kür Gürcüstan ərazisindən keçərək ölkəmizə daxil olur. Kür-Araz ovalığı ilə axaraq Xəzər dənizinə (Qeyd edək ki, Xəzər çox böyük olduğu üçün dəniz adlansa da, əslində göldür) tökülür. Töküldüyü yerdə delta əmələ gətirir. Dənizə töküldüyü hissədə Kür çayı iki qola ayrılır: Ana kür və Bala kür

Ana Kür suyunu kiçik körfəz olan Qoltuq körfəzinə axıdır. Ümumi uzunluğu 1515 km olan Kür çayının 906 km-i Azərbaycan Respublikası ərazisindən keçir. Hövzəsinin sahəsi 188 min km²-dir.

Azərbaycan ərazisindəki QanıxTərtərQabırrı,  Ağstafa,TovuzZəyəmTüryanŞəmkir,  Xaçın və s. çaylar Kür hövzəsinin çaylardır. Vaqon konteyner satisi

Araz Azərbaycan ərazisindən keçən böyük çaylardandır. Kürlə müqayisə edildikdə daha sakitdir, daşqınlar olmur. Bu çay Türkiyə, İran, Azərbaycan və Ermənistan əraziləri və sərhədləri boyunca axan çaydır. Çay öz mənbəyini Türkuyənin (Cadılar yurdu Nəzrin Bingöl massivi) Ərzurum dağlarından götürür. Azərbaycan Respublikası və İran ərazilərindən keçərək Sabirabad şəhəri yaxınlığında Suqovuşan adlanan ərazisində Kür çayı ilə birləşib Xəzər dənizinə tökülür. Suqovuşanın adı da bu iki çayın bir-birinə qovuşması əsasında yaranmışdır. Araz Azərbaycanı  iki yerə bölərək Cənubi və Şimali Azərbaycan mədəniyyətində əsas rol oynamışdır. Belə ki, Araza yazılan şeirlər ədəbiyyatımızın inciləri hesab olunur.

Araz sakit, aramlı çay sayılır. Kürə Dəli Kür, Araza isə Xan Araz adlanır. X əsr ərəb coğrafiyaşünası İbn Havrəlin Araz barədə yazdıqları yada düşür: Araz çayının suyu şirin, ləzzətli və yüngüldür. Müqayisə üçün deyək ki, qədim Sırdərya çayına qədim türklər Sil deyirdilər, bu da qədim türk dillərində təmiz, yaxşı sözündəndir. Heredotun yazdığına görə Sırdərya çayı da Araz adlanırdı.

AZƏRBAYCAN ÇAYLARI

Azərbaycanda çox sayda çaylar vardır ki, hər birinin adını əzbər bilmirik. Sizləri bu çaylar ilə tanış edək.

1000 km-dən yuxarı

1000-100 km

100-50 km

Son olaraq qeyd edək ki, Araz çayı əsasən ermənilər tərəfindən çirkləndirir. Bu isə öz növbəsində içməli su ehtiyatını azaldır, su problemi yaradır. Bundan əlavə olaraq insanlar çayları, gölləri çirkləndirirlər ki, bu da kifayt qədər qlobal problemdir. Gələcəyimizdə su problemləri ilə qarşılaşmamaq üçün çaylarımızı, göllərimizi qorumalıyıq. Məişət tullantılarını və s.-i axar sulara atmamalıyıq. Çünki dünya bizim evimizdir. Bu evi qorumaq və təmiz saxlamaq hər birimizin borcudur.

4.6/5 - (51 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button