İnşalarKimdir?

Don Kixot haqqında məlumat

Don Kixot haqqında məlumat axtarışında olanlar, doğru ünvandadırlar. Tehsil.com.az komandası olaraq bu məşhur əsər haqqında sizə ətraflı məlumat verəcəyik. Bir çoxlarının sevərək oxuduğu “Ağıllı zadəgan Don Kixot” -un qısa məzmunu saytımızda təqdim olunur. Bu məlumat sayəsində əsərə az-çox bələd ola, mövzunun nədən getdiyi haqqında təəssüratınız yaranacaqdır.

İspan yazıçısı Migel de Servantesin yazdığı “Ağıllı zadəgan Don Kixot” (El ingenioso hidalgo Don Quijote de la Mancha) ço məşhur əsərlərdəndir. Demək olar ki, dünyanın hər bir ölkəsində bu əsəri oxuyan milyonlarla oxucu tapmaq mümkündür. Əsər bütün Avropa dillərinə tərcümə olunmuşdur və dünya ədəbiyyatında ən populyar kitablardan sayılır. Don Kixot surəti isə insan təbiətinin tipik göstəricisi kimi götürülürək psixoloji kateqoriya kimi başa düşülür.

Hətta fəlsəfədə “donkixotluq” kimi anlayış yaranmışdır. Bu anlayış haqqında isə çoxlu sayda kitablar yazılmışdır. Romanın birinci hissəsi 1605, ikinci hissəsi isə 1615-ci ildə çap olunmuşdur. Hər iki hissə ispan dilində yazılsa da, bir neçə ildən sonra dünya dillərinə yayılaraq sürətlə satılmağa başladı. Hətta bir çox yazıçılar Don Kixotun səyahətini təsvir edən, onun romanına oxşayan əsərlər yaratmağa çalışmışlar. Sonrakı əsrlərdə yazıçılar bu mövzuya yenidən dönərək Don Kixot mövzusunu yeni aspektdən təsvir etmişlər. Don Kixot obrazını incəsənətin müxtəlif sahələrində görmək mümkündür. Servantesin qəhrəmanı bədii filmlərdə, heykəltəraşlıq nümunələrində, rəsmlərdə və musiqi əsərlərində öz əksini tapıb.

Azərbaycanın dahi bəstəkarı Qara Qarayev 1960-cı ildə “Don Kixot” simfonik qravürünü bəstələyib.

Əsərin qəhrəmanı zadəgan Alonso Kixanodur. O, İspaniyanın kiçik bir şəhərində yaşayır. Alonso Kixano cəngavərlər haqqında romanları oxumağı çox xoşlayır. Oxuduğu romanlardan ilhamlanaraq özünü cəngavər hesab etməyə başlayır. Cəsarətini toplayaraq dünya səyahətinə çıxmağa qərar verir. O yeni yerlər kəşf etmək, yeni macəralar axtarmaq, igidilik göstərərək qəhrəman olduğunu dünyaya sübut etmək qərarına gərli. Təxəllüs olaraq Özünə Don Kixot adını seçir, ulu babalarından yadigar qalan yaraq-əsləhəni geyinir. Alonso Kixanonun Rosinant adlı qoca və arıq atı və Sanço Pansa adlı kəndlisi var idi. Hər ikisini də özü ilə götürərək səyahətinə başlayır. Sanço Pansa onun köməkçisi olur. 

Romanın birinci hissəsində qəhrəman iki sərgüzəştini həyata keçirir: karvansarayın qapısını qəsrlə səhv salır və yel dəyirmanına hücum edir.

Don Kixotun qəhrəmanlıq həvəsi bir çoxlarının işinə əngəl törədir. Belə ki, hərəkətləri çox zaman əks nəticə verir. Yaxşılıq etməyə çalışsa da, ətrafındakıları daim ziyana salır.

Misal üçün Don Kixot səyahət ərəfəsində Andres adlı çobana tanış olur. Çobana ağasının zülm etdiyini görür və onu ağasının zülmündən qurtarmaq üçün hərəkətə keçir. Amma o getdikdən sonra ağası hirslənib Andresi yarımcan olanadək döyür. 

Ədaləti bərpa etməyə çalışan Don Kixot bütün məhbusları azadlığa buraxmaq qərarına gəlir və bunu edir. Lakin azadlığa çıxan məhbuslar isə onu daş-qalaq edirlər. Don Kixotla tanış olan hər kəs onun dəli olduğunu düşünür və dostları onu müalicə etmək üçün öz evinə qaytarmağa çalışır.

Yalnız insanların bu cəhdləri heç bir nəticə vermir. Çünki Don Kixot başına gələnlər haqqında tamamilə başqa fikirdə olur. O, hesab edirdi ki, ona üz verən bütün bədbəxtliklər,  insanların onu səhv anlaması yalnız igid adamlara qismət olan bir sınaqdır. Qəhrəmanın arzuları gülüş hədəfi olur. Hətta ən yaxın dostu, köməkçisi Sanço Pansa belə onu aldatmağa məcbur olur.  Romanın sonluğunda nəhayət ki, Don Kixot xülyalarından ayrılır. O, məyusluqla cəngavərlikdən əl çəkir və öz adi həyatına qayıdır. 

Don Kixot Kimdir?

Don Kixot haqqında müxtəlif fikirlər irəli sürülür. Artıq dörd əsrdir ki, bəşəriyyət bu qəhrəmanın kim olması haqqında düşünür: Don Kixot müdrik insandır yoxsa ağılsız? Amerikalı yazıçı Folkner müsahibələrinin birində deyir: “Bu, əbədiyaşar, qəmli və komik obrazdır. Don Kixot köməyə ehtiyacı olmayan insanlara yardım etməyə çalışaraq gülünc vəziyyətə düşür. Yardım sevərlik insan qəlbinin ən gözəl xüsusiyyətidir. Ümid edirəm ki, bu xüsusiyyət hər zaman insan qəlbində yaşayacaqdır”. 

3.5/5 - (19 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button