Kimdir?

Abdulla Şaiq haqqinda melumat

Abdulla saiq haqqinda melumat ilə maraqlanırsınızsa, saytımızdan oxuya bilərsiniz. Abdulla Şaiq deyildiyi zaman hər kəsin yadına şirin uşaqlıq xatirələri düşür. Onun şeirlərini Azərbaycanda bilməyən demək olar ki, yoxdur. Odur ki, gəlin uşaq ədəbiyyatında əvəzolunmaz rolu olan Abdulla Saiq haqqinda melumat ilə daha yaxından tanış olaq.

Abdulla Şaiq Mustafa oğlu Talıbzadə 1881-ci il fevralın 24-də Tiflisdə ruhani ailəsində dünyaya göz açmışdı. Onun valideynləri Axund Mustafa və Mehri xanım idi. Onlar bir neçə il idi ki, Tiflisə köçərək orada məskunlaşmışdılar. Abdulla böyük qardaşı Yusifdən sonra evin ikinci övladı idi. Abdulla ilk təhsillərini Tiflisdə müsəlman uşaqları üçün nəzərdə tutulan altısinifli ruhani məktəbində almışdı. Bu məktəb təkcə dini təhsil ocağı deyildi. Onun tədris proqramı rus-tatar (Azərbaycan) məktəblərinin layihəsinə uyğun idi.  Bu məktəbdə Abdullanın atası Axund Mustafa ilə yanaşı, Baxşəli bəy və Paşa bəy də dərs deyirdilər. Anasının Xorasana getməsi səbəbilə qardaşı Yusiflə Abdulla təhsillərini Xorasana davam etdirirlər.

Yaradıcılığı

1901-ci ildə 22 aprel üçüncü oğlan gimnaziyasında xüsusi imtahan komissiyasında imtahan verərək Ana dili müəllimi adını alaraq 5 noyabr 1901-ci ildən başlayaraq rus-tatar məktəblərində ehtiyat müəllimi kimi pedaqoji fəaliyyİiətə başlamışdır. Ömrünün 34 ilini Azərbaycan təhsilinin inkişafına həsr edən Abdulla Şaiq  maarif və məktəb işləri ilə məşğul olmuş, qadınlar üçün jurnal çıxarmaq, uşaqlar üçün bağça açmaq, kitabxana yaratmaq, kasıb uşaqları pulsuz oxutmaq yollarını axtarıb tapmışdır. Eyni zamanda o, “Əlifba” kitabı, müxtəlif  dərsliklər və dərs proqramları hazırlamışdır.

A. Şaiq yaradıcılığına tərcümə və qəzəllə başlasa da, ilk mətbu əsəri “Laylay” adlı uşaq şeri olub. O, 1906-cı ildən başlayaraq silsilə şeirləri olan “Dəbistan” və “Məktəb” ilə  Azərbaycan milli uşaq poeziyasının incilərini yaradıb. Həmin illərdə “Nicat” cəmiyyətinin idarə heyətinə üzv seçilmişdir. 

Xalq ədəbiyyatını toplayıb araşdıran A. Şaiq bu örnəklər əsasında bir neçə mənzum nağıllar yazmışdı. Həmin nağıllar “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, “Yaxşı arxa” idi. Onun “Ədhəm”, “Tapdıq dədə”, “Qoçpolad” kimi poemalarında milli folklorun təsirini görə bilərik. Şaiq həm də 1910-cu ildə yazdığı “Gözəl bahar” pyesi ilə milli uşaq teatrının özülünü qoyub.

Şairin “Hürriyyət pərisi”nə, “Niyə uçdu”,  “XX əsrə xitab”, “Bir quş”, “Şikayətlərim”, “Zamanın inqilabçılarına” kimi şeirləri inqilab ruhlu şeirləri sayılır.

Nəsr yaradıcılığına 1905-ci ildə romantik “İki müztərib və ya əzab və vicdan” yarımçıq romanı ilə başlayan ədib “Məktub yetişmədi”, “Daşqın”, “Köç”,  “İntiharmı, yaşamaqmı”, “İblisin huzurunda”, “Dursun”, “Göbələk”, “Əsrimizin qəhrəmanlar”ı kimi bir çox hekayə, povest və romanların müəllifidir. “Köç” və “Məktub yetişmədi” hekayələri və “Əsrimizin qəhrəmanları” romanı ilk milli nəsr örnəkləri kimi dəyərləndirilir. Şairin yaradıcılığı çox genişdir. Milli ədəbi irsimizin banilərin biri hesab olunan A. Şaiqin “Həpimiz bir günəşin zərrəsiyiz” əsəri o dövrkü dünyagörüşünü, şər qüvvələrin xalqlar arasında nifaq salmasını, savaş törətdiyini, bəşərin sabahını və insanların taleyini göstərən romantik şeirlərindəndir. Şair “İki mücahid” və yaxud “Atı yaralı əsgər” şerində cahan savaşının yaraları, erməni daşnaklarının Azərbaycan torpaqlarındakı vəhşiliyi, Qarabağdakı fitnə-fəsadları ön plana çəkib. “Xasay”, “Eloğlu”, “Vətən”, “Fitnə”, “Qaraca qız” kimi çeşidli pyesləri, “Fitnə” və “Nüşabə” əsərləri Nizami süjetləri əsasında yaranan maraqlı sənət örnəkləridir.

Şaiqin 20-30-cu illərdə dilimizin fonetika, morfologiya, sintaksis və üslubiyyat məsələlərinə dair yazdığı elmi məqalə və əsərlərin bir çoxu indi də öz əhəmiyyətini saxlayır. Müxtəlif illərdə yazdığı şeirlər, hekayələr, povestlər, romanlar, dram əsərləri Şaiq cəsarətinin, Şaiq dünyagörüşündəki qabaqcıl meyllərin nümayişidir.

 A.Şaiq 1959-cu ildə Bakıda vəfat etmişdir.Ədəbiyyat sahəsindəki fəaliyyətinə görə A.Şaiqə “Əməkdar incəsənət xadimi” adı verilmişdir.

4/5 - (666 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button