Kimdir?Maraqlı Məlumatlar

Sultan Məhəmməd haqqinda melumat

Sultan Məhəmməd haqqinda melumat ilə bir çoxları tanış deyil. Qeyd edək ki, o, Səfəvi sarayının rəssamı olmuşdur. Gözəl sənət əsərləri yaradan Sultan Məhəmməd haqqinda bizlərə məlum olan bilgiləri sizlər üçün təqdim edirik.

Şərqin bir çox elm və sənət ustaları kimi Sultan Məhəmməd haqqında da bioqrafik məlumat, demək olar ki, yoxdur. Təqribi məlumatlara əsasən onun 1470-ci ildə anadan olması və XVI əsrin ortalarında vəfat etməsi bildirilir.

Sultan Məhəmməd Şah İsmayılın, sonra isə onun oğlu Şah Təhmasibin hakimiyyəti dövründə Səfəvi sarayının rəssamı olub. O, eyni zamanda dünya şöhrətli Təbriz miniatür məktəbinin əsasını qoymuşdur.

1544-cü ildə Dust Məhəmməd tərəfindən qələmə alınmış “Halati-hunər-vəran” əsərində belə deyilir: “Birinci sırada öz əsrinin yeganəsi olan ustad Nizam əd-Din Sultan Məhəmməd dayanır. Onun rəsmləri, xüsusilə də şah həzrətlərinə həsr olunmuş “Şahnamə“si çox gözəldir. Burada pələng dərisi geymiş adam elə inandırıcı təsvir olunub ki, pələng ürəyi yemiş ən ürəkli sənətkarlar belə həmin əsərə həsədlə baxmış və ustadın qarşısında baş əymişlər.” 

Özbək hakimi Şeybani xanın məğlubiyyətindən sonra 1510-cu ildə Şah I İsmayılın qoşunları Herata girərkən oradan bir çox rəssamları özləri ilə Təbrizə gətirirlər. 1521-ci ildə böyük Behzad Şah İsmayılın göstərişi ilə Heratdan buraya gəlir. O zaman artıq Sultan Məhəmməd saraydakı bədii emalatxanaya rəhbərlik edirdi. O, saray kitabxanasının baş rəssamı və şahzadə Təhmasibin müəllimi idi.

Behzadın Təbrizə gəlişindən bir müddət sonra 1522-ci ildə Şah İsmayıl özünün xüsusi fərmanı ilə onu Kitabdar  və baş sənət müfəttişi təyin edir. Ancaq Şah İsmayılın ölümündən sonra onun oğlu şah I Təhmasib həmin vəzifəyə yenidən Sultan Məhəmmədi qaytarır.


XVII əsrin əvvəllərində yaşamış görəmli tarixçi İsgəndər bəy Türkman Münşi məlumat verir ki, “Əlahəzrət Şah Təhmasib ustad rəssam Sultan Məhəmmədin şagirdi olub.


Tarixçi Budaq Qəzvini yazır ki, Sultan Məhəmməd Şah Təhmasib üçün 1537-ci ildə məxsusi köçürülmüş “Şahnamə”nin məşhur əlyazma nüsxəsi üzərində dövrün ən tanınmış xəttat və miniatürçüləri düz 30 il işləyib.
Əlyazmalara çəkilmiş miniatürlərdən başqa Sultan Məhəmməd ayrı-ayrı vərəqlərdə bir sıra portret və süjetli kompozisiyalar da işləmişdir.
Sultan Məhəmmədin Şərq poeziyası klassiklərinin əsərlərinə çəkdiyi miniatürlər, eyni zamanda ayrı-ayrı mövzularda yaratdığı miniatürlər dünyanın ən yaxşı muzeylərində və şəxsi kolleksiyalarda qorunmaqdadır. Dahi sənətkarın özünün və onun məktəbindən olan digər rəssamların əsərləri beynəlxalq hərraclarda yüksək qiymətləndirilir. Əsərlərindən olan “Şahnamə” (1573) hazırda Nyu-Yorkdakı Metropoliten, Nizaminin “Xəmsə”si (1539-1543) Londondakı Britaniya Muzeyinin, Hafizin “Divan”ı Kembricdəki Foqq muzeylərinin divarlarını bəzəyir.


 Nizaminin “Xəmsə”si  Londandakı Britaniya Muzeyində saxlanılır və Şah Təhmasib üçün məxsusi hazırlanmış bu əsər mütəxəssislər tərəfindən bütün dövrlərin və xalqların kitab sənətinin zirvə əsəri kimi qiymətləndirilir.


XVI əsrdə yaranmış Təbriz miniatür məktəbinin banisi Sultan Məhəmmədin çoxlu şagirdləri və ardıcılları da vardı. O, məhz buna görə hər kəs tərəfindən”Ustad” deyə çağırılırdı. Sultan Məhəmmədin tələbələri yalnıza bu sənətə meyilli olan yadlar deyildi, onun tələbələrindən olanlar öz yaxınları idi. Öz oğlanları Mirzəli bəy, Məhəmməd bəy, yaxın qohumu Mir Zeynalabdin, həmçinin Mir Seyid Əli, Müzəffər Əli, Şah Məhəmmədi və başqaları da onun tələbələri slrasına qoşulmuşdu. Onların hər biri böyük sənətkar olmaqla yanaşı, Sultan Məhəmməd ənənələrinin davam etdirilməsində böyük rol oynamış dahi şəxsiyyətlərdən olmuşlar. Eyni zamanda Azərbaycan miniatür sənətinin gələcək inkişafında böyük xidmətlər göstərmiş, Təbriz məktəbinin ənənələrini bütün Şərqə yaymışdılar. Təkcə Türkiyə və Hindistana getmiş rəssamları xatırlamaqla bunu görməyimiz mümkündür. 

5/5 - (1 vote)

Əlaqəli yazılar

Back to top button