Maraqlı Məlumatlar

Qobustan haqqında məlumat

Bakı şəhərinin yaxınlığında tarixi bir məkan var. Bu məkanın adı Qobustandır. Burada Qobustan Dövlət Tarix və Bədii Qoruğu yerləşir. Adından məlum olduğu kimi, bura tarix və incəsənət ocağıdır. Qoruqda qədim insanların çəkdikləri qayaüstü rəsmlər, onların həyat və məişəti ilə bağlı digər maddi mənbələr qorunur. Qobustan qoruğunda mühafizə edilən insan və heyvan təsvirləri, ov döyüş və rəqs səhnələri ən qədim insanların həyatı haqqında maraqlı məlumat verir. Buradakı müxtəlif heyvan təsvirləri, ov səhnələri qədim insanlarin hansı heyvanları necə ovladığını öyrənməyə imkan yaradır. Ovçular ova getməzdən öncə qaya üzərinə çəkilmiş heyvan təsvirlərini ovsunlayır, sonra ova çıxırdılar. Bununla onlar ovun uğurlu olacağına inanırdılar. Belə mərasimlər qədim insanların dini ayinləri idi. 

Qobustan haqqinda melumat

Qobustan – Azərbaycan ərazisində arxeoloji abidələr kompleksinin mühafizə edildiyi qoruqdur. Qoruq paytaxt Bakıdan 56 km aralıda yerləşir. Həmçinin burada muzey fəaliyyət göstərir. Qoruqda əsasən Mezolit (orta daş dövrü) abidələri sərgilənir.

Qobustan qayalarında qayıq təsvirləri də vardır. Bu təsvirlər Qobustan ərazisində yaşamış qədim insanların qayıq düzəltmək bacarığından xəbər verir. Onlar qayıqla balıq ovuna çıxırdılar. 

Qobustanda insanlar qəbilə şəklində yaşayırdılar. Zaman keçdikcə insanların sayı artırdı,bir neçə nəsil birlikdə tayfa yaradırdı. Qobustan qayalıqlarında qadın, kişi və uşaqların birgə rəsmiləri ən qədim insanlar artıq ailə şəklində  yaşayırdılar. 

Qoruqdakı döyüşü və döyüş təsvirləri qəbilələr arasında münaqişələrin olduğunu göstərir. Bu münaqişələr, əsasən, əlverişli ərazilər uğrunda baş verirdi. Yallı səhnələri Qobustan qoruğunun ən maraqlı rəsmlərindəndir. Burada uğurlu ovdan sonra tonqalların ətrafında şənlik edən insanlar təsvir olunmuşdur. 

Əgər qədim insanlar rəqslər edirdilərsə, deməli, onların musiqi aləti var idi. Qobustan qoruğunda “Qavaldaş” adlanan qədim musiqi aləti qorunub saxlanılır. Təpənin döyüşündə yastıq kimi iki iri daşın üstündə üçüncü qaya daşı qoyulmuşdur. Bu daş altdakı daşlara nisbətən xeyli yastıdır. Kiçik bir daşla bu qaya daşına vuranda cingiltili səs yaranır. Bu zərb musiqi aləti ulu babalarımızın ixtirasıdır. “Qavaldaş”dan xüsusi olaraq rəqs və mahnı mərasimləri üçün istifadə edirdilər. Qədim insanlar musiqi sədaları altında şövqlə rəqs edir, əl-ələ tutub ritmli yallı gedirdilər. 

“Qavaldaş” musiqi aləti bu gün də öz quruluşu, qeyri – adi səsləri ilə qoruğa gələnlərin böyük heyrətinə səbəb olur. 

Açıq səma altında qayalar üzərindəki qədim rəsmlərə, “Qavaldaş” a və digər maddi tapıntılara görə Qobustan qoruğu UNESCO – nun dünya irsi xəritəsinə daxil edilmişdir. 

Qobustanda, Böyükdaş dağının ətəyində qədim rəsmlərdən başqa latınca yazılmış sözlər aşkar edilmişdir. Abidə bizim eradan əvvəl I əsrə aiddir və bu yazı Bakının yaxınlığında Roma qoşunlarının olmasından bəhs edir.

Qobustanın ilk tədqiqatçısı arxeoloq İshaq Cəfərzadə 1939-cu ildə bu unikal yerlər barədə ilk dəfə dünya elminə məlumat vermişdir. İshaq Cəfərzadə Qobustanda 5000-ə yaxın qayaüstu rəsm aşkar etmişdi.

Qobustanda aparılan arxeoloji qazıntılar nəticəsində 1972–ci ildə on iki insan skeleti aşkar olunmuşdur.Firuz düşərgəsində açılmış son mezolit dövrü qəbrindəki insanların kəllə sümüklərinin antropoloji quruluşu, onların elmi tədqiqi zamanı müəyyən olunmuşdur ki, onlar müasir azərbaycanlıların əcdadlarıdır.

5/5 - (3 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button