İnşalar

Dovlet remzleri haqqinda melumat

Dovlet remzleri haqqinda melumat sizlər üçün saytımızda təqdim olunur. Bir dövlətin müstəqilliyini, suveren olduğunu bildirən ilk şey onun atributlarıdır. Azərbaycan Respublikasının dövlət bayrağı, gerbi, himni onun rəmzləridir. Bəs kifayət qədər dovlet remzleri haqqinda melumat sahibisinizmi? Gəlin tanış olaq.

Azərbaycan Respublikasının Dövlət Bayrağı

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

Bayrağımız bizə Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilmişdir. Dövlət bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının üzərində , Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Azərbaycan Respublikasının Dövlət bayrağı üç rənglidir və üzərində aypara və səkkizguşəli ulduz vardır. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir Dövlət bayrağının üzərindəki mavi rəng – Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng – müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng – İslam sivilizasiyasına mənsubluğunu ifadə edir.

Azərbaycan Respublikasının Dövlət Gerbi

Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyinin rəmzidir.

1993-cü il yanvarın 19-da Konstitusiya qanunu ilə  1919-1920-ci illərdə hazırlanmış Dövlət gerbi layihələrindən birinin üzərində müəyyən dəyişikliklər edilərək Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq edilib.. 

Azərbaycan Respublikasının Dövlət gerbi qalxan formasındadır. Dövlət geribi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən Şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikası Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır. Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır.  Qalxan merdliyi, qorxmazlığı, sünbül bolluq və bərəkəti, palıd yarpaqları uzunömürlülüyü, alov isə Azərbaycanın Odlar Yurdu olmasını əks etdirir.

Azərbaycan Respublikasının Dövlət Himni

1919-cu ildə dahi bəstəkar Üzeyir Hacıbəyli və şair Əhməd Cavad tərəfindən tərtib olunmuş “Azərbaycan marşı” Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.

Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 2 mart tarixli qərarı ilə təsdiqlənib. 2000-ci ildə və 2004-cü ildə ona əlavə də dəyişikliklər edilib.

Bütün hallarda Azərbaycan Respublikasının Dövlət himni tam ifa olunur.

Ümummilli lider Heydər Əliyev Dövlət himnimizin məziyyətlərindən danışarkən deyib: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim Vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir!”.

Azərbaycan Respublikasının Dövlət Himni

Musiqisi: Üzeyir Hacıbəyli 

Sözləri: Əhməd Cavad

Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər!
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən!
Azərbaycan, Azərbaycan!

Oxşar məlumatlar

Yazını dəyərləndir post

Əlaqəli yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button