Təhsil Xəbərləri

Azerbaycan bayragının renglerinin menasi

Bayraq mənliyimdir,bayraq kimliyim
Bayraq öz yurduma öz hakimliyim.
( B. Vahabzadə)

Azərbaycan Cümhuriyyəti 1918 ci il 28 mayda Tiflisdə elan olunarkən dövlətin atributları da təsis olundu. Hazırkı üçrəngli bayraq haqqında qanun 9 noyabr 1918-ci ildə qəbul olunub. 9 noyabra kimi bayrağımız üzərində ay ulduz olan qırmızı rəngdən ibarət idi. 9 noyabr 2010 cu ildən isə 9 noyabr Azərbaycan da bayraq günü kimi qeyd olunur. Və o gün qeyri iş günü olur.

1918-ci il 11 noyabrında “Azərbaycan” qəzeti hökümətinin 9 noyabr tarixli iclasının yeni bayrağımız haqqında qərarından söz açaraq yazırdı:

“Yenə haman iclasda Azərbaycan bayrağı layihəsi təsdiq edilmişdir. Bayraq yaşıl,qırmızı,mavi rəng olub, üzərində hilal və 8 guşəli ulduz olacaqdır”.

Azərbaycan bayrağının rənglərinin mənası

Üçrəngli bayraq ideyasını gündəmə ilk dəfə Azərbaycan ideoloqlarından olan Əli bəy Hüseynzadə gətirib. Əli nəy Hüseynzadə 1907-ci il iyun ayının 10-da Bakıda özünün nəşr etdiyi “Füyuzat” (xeyir, fayda) jurnalında olan bir məqaləsində  “Türk hissiyatlı, islam etiqadlı, firəng qafalı” kimi ilk dəfə işlətdiyi bu fikri sonralar böyük mütəfəkkir Ziya Göyalp belə ifadə etmişdi: ” Türk qanlı, islam imanlı, Avropa mədəniyyətli”.

Əsası Əli bəy Hüseynzadə tərəfindən qoyulan və Ziya Göyalp tərəfindən inkişaf etdirilən bu süar sonralar Azərbaycan bayrağında öz əksini tapıb.

Amma bu gün bayraqda verilən rənglər ilk şüardakı kimi ardıcıllıqla deyil. Göründüyü kimi islamçılıq ikinci yerdən üçüncü yerə, müasirlik üçüncü yerdən ikinci yerə keçib.

M. Ə. Rəsulzadə 1915 – ci il Bakıda nəşrə başlayan, baş redaktoru olduğu ” Açıq söz” qəzetinin ilk sayında “Tutacağımız yol” adlı məqaləsini çap etdirmişdi. Rəsulzadə məqalədə əsası vaxti ilə Əli bəy Hüseynzadə tərəfindən qoyulan məhşur üçlük düsturunu belə təqdim etmişdi: ” Hər bir millət azadə yaşayıb da tərəqqi edə bilmək üçün 3 əsasa istinad etmək məcburiyyətindədir” Dil, Din və Zaman… . Dilcə – biz türküz, türklük milliyyətimizdir… Dincə – müsəlmanız. Hər bir din inananları arasında məxsusi bir mədəniyyət vücuda gətirmişdir ki, bu mədəniyyət də bir beynəlmiləliyyət səbəbi təşkil edir… Zamanca da – biz texnikanın, elm və fənnin möcüzələr yaradan bir dövründəyiz… Demək ki, sağlam, mətin və oyanıq məfkurəli bir milliyyət vücuduna çalışmaq istərsək ki, zaman bunu tələb ediyor – mütləqa 3 əsasa sarılmalıyız: Türkləşmək, müasirləşmək və islamlaşmaq”.

Azərbaycan bayrağının renglerinin menası aşağıdakı kimidir:

MAVİ –  Xalqımızın türk olması, türkçülük ideyası ilə əlaqədardır. Mavi rəng həm də hər zaman, qədim dövrlər də belə türklərin çavi rəngə önəm verməsi ilə əlaqədardır. Buna görə də göy rəng həm də simvolik məna daşıyır.

Qırmızı- Müasirləşməyi, inkişafı bildirir. Demokratiya istəyini ifadə edir. Qırmızı rəng XVIII əsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin inkişafı ilə əlaqədar Avropanın simvoluna çevrildi. Qırmızı rəngin üstündə aypara və 8 guşəli ulduz təsviri var. Rənglərin mənası haqqında dəqiq, ətraflı məlumat olsada, aypara bə 8 guşəli ulduz haqqında müxtəlif fikirlər var.

Yaşıl- Müsəlman sivilizasiyanı, İslam dininə mənsubluğumuzu bildiri. Əli bəy Hüseynzadə ” Qırmızı qaranlıqlar içərisində yaşıl işiqlar” əsərində yaşıl rəngin geniş izahını verib.

Azərbaycanın tanınmış yazıçılarındam olan Cəfər Cabbarlı  şeirlərindən birində yazırdı:

Bu ay, ulduz boyaların qurultayı nə demək,
Bizcə belə söyləmək.
Bu göy boya – göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı.

Yaşıl boya- islamlığın sarsılmayan  imanı,
Ürəklərə dolmalı.
Bu al boya- azadlığın, təcəddüdün  fərmanı,
Mədəniyyət bulmalı.

Türkiyə son illərdə təhsil sahəsində adını dünyada tanıdan mühüm ölkəyə çevrilib. Tələbələrə yaratdığı rahatlıq,türkiyədə təhsilin keyfiyyətinin günü-gündən artması və həyat səviyyəsinin yüksəlməsi; Xarici tələbələrin universitet təhsili üçün Türkiyəyə üstünlük verməsində təsirli olan amillər sırasındadır.

3.4/5 - (691 votes)

Əlaqəli yazılar

Back to top button