İnşalar

Goygol haqqinda melumat 

Goygol haqqinda melumat saytımızda təqdim olunur. Azərbaycanın təbiəti çox gözəldir. Hər bir bölgəsi başqa cür füsünkar gözəlliyə sahibdir. Göygöl də bu gözəlliklərdən sadəcə biridir. İnsanların dincəlmək məqsədilə üz tutduqları bu məkanda müxtəlif növ canlılar yaşayır. Kompaniya halında, ailə üzvləri ilə hər yay və digər fəsillərdə həm həmvətənlərimizin, həm də xarici turistlərin gəzib-görmək üçün gəldikləri Göygöl öz gözəlliyi ilə hər kəsi heyran edir. Təmiz və duru su ayna kimi təbiətin füsünkarlığını özündə əks etdirir. İnsanın ruhunun dincəldiyi Goygol haqqinda melumat ilə daha yaxından tanış olacaq.

Hər birimizə məlum olduğu kimi Göygöl zəlzələ nəticəsində yaranmış təbiət hadisələrindəndir. Belə ki, 1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qarşısını kəsmişdir və nəticədə şəffaf suyu olan gözəl Göygöl yaranmışdır.

Göygöl ərazisində ümumilikdə 19 göl vardır ki, bunlardan 7-si böyük göllər sırasına daxildir.

Möhtəşəm gözəlliyə sahib olan Göygöl dəniz səviyyəsindən 1556 metr yüksəkliyində yerləşir. Uzunluğu 2800, eni 800 metrdən 1000 metrə qədər, dərinliyi 96 metrdir. Gölün görünmə qabiliyyəti 8-10 metrdir.

Olduqca zəngin faunaya sahib olan Göygöldə çox sayda canlılar yaşayır. Göldə qorunmaqda olan forel balıqları yaşayır. O, Azərbaycanın digər çay forellərindən xeyli fərqlənir. Bu baqlıq növünün fərqliliyi öz mənşəyi etibarilə Göygöl foreli çay forelindən əmələ gəlməsidir. Onların əmələgəlmə tarixi Göy-gölün yaranma tarixi ilə bağlıdır. Zəlzələ zamanı gölün ərazisində qalan çay forelləri uzun illər ərzində tədricən göl forelinə çevrilmişdir. Artıb çoxalmış və zəmanəmizə qədər gəlib çatmış bu balıqların qiyməti də digərlərindən fərqlənir. Göygöl Azərbaycanın ən dərin gölüdür. Gölün suyunun bir hissəsi yeraltı çıxışı səbəbiylə Göyçə gölünə daxil olur.

Göy-Göl Dövlət Təbiət Qoruğunun ərazisində yerləşir.

1925-ci ildə Azərbaycanda yaradılmış ilk qoruq Göygöl Dövlət Təbiət Qoruğudur.  Göl və onun ətrafının meşə landşaftı öz təbiət zənginliyi və füsunkarlığı ilə dünyada məşhurdur.

Ərazisi 6732 hektar olan Göygöl dövlət təbiət qoruğu Göygöl rayonu ərazisində yerləşir. Burada 423 növ ağac və kol, dərman bitkiləri vardır. Ərazidə Qafqaz maralı, çaqqal, ayı,  dağ keçisi, canavar, çöl qabanı, tülkü, porsuq, oxatan kirpi, çöl pişiyi, vaşaq yaşayır.

 

4.1/5 - (98 votes)

Əlaqəli yazılar

Back to top button