İngilis dili

İndiki bitmiş zaman

İndiki bitmiş zaman ( Present Perfect) forması indiki zamanda have ( has) feli və əsas məna daşıyan felin keçmiş zaman feli sifəti ( Past Participle) vasitəsilə əmələ gəlir.

  • I have written.                         Mən yazmışam.
  • You have written.                    Sən yazmısan.
  • He has written.                        O yazıb.
  • She has written.                      O yazıb.
  • We have written.                     Biz yazmışıq.
  • You have written.                    Siz yazmısınız.
  • They have written.                  Onlar yazıblar.

Sual şəklində have ( has) Köməkçi feli mübtədadan əvvəl gəlir.

  • Have I written?                  Mən yazmışammı?                                           
  • Have you written?               Sən yazmısanmı?
  • Has he ( she) written?          O yazıbmı?                                
  • Have we written?                   Biz yazmışıqmı?
  • Have you written?                Siz yazmısınızmı?
  • Have they written?               Onlar yazıblarmı?

İnkar şəklində not inkar sözü have (has) felindən sonra gəlir: have not, has not. Qısaldılmış şəkli haven’t ( hasn’t) olur.

He hasn’t decided what to do yet.  ➡️➡️O Hələ qərara gəlməyib ki, nə etsin.

    İndiki bitmiş zaman ( Present Perfect) formasınım işlədilməsi :

İndiki bitmiş ( Present Perfect) zaman forması aşağıdakı hallarda işlədilir.

1)uzaq və ya yaxın keçmişdə icra olunmasından asılı olmayaraq nəticəsi hazırki vaxtla əlaqədar olan hərəkəti bildirmək üçün:

They have built a new  house.  ➡️ Onlar təzə ev tikiblər.

Bu cümlədə danışan evin nə zaman tikildiyini deyil, evin tikilib qurtardığını, yəni işin nəticəsini göstərmək istəyir.

I have lost my new  pen.  ➡️ Mən təzə qələmimi itirmişəm
Bu cümlədə danışan ancaq hərəkətin nəticəsini xəbər vermək istəyir.

Have you done your homework?  ➡️ Ev tapşırığını eləmisənmi?
Bu cümlədə danışan hərəkətin nəticəsi ilə, yəni tapşırığın edilib – edilmədiyi ilə maraqlanır.

2) hələ bitməmiş vaxt müddətində icra olunmjş hərəkəti göstərmək üçün. Bitməmiş vaxt today bu gün, this week bu Həftə, this month bu ay, this year bu il və s. sözləri ilə göstərilir.

I have read two books this week.  ➡️Bu həftə mən iki kitab oxumuşam.
Burada bitmiş hərəkət ele bir vaxtda icra olunmuşdur ki, o vaxt özü hələ bitməmişdir.

3) Recently bu yaxınlarda, lately son zamanlar, in the last few days son bir neçə gündə, for a long time uzun müddətdir ki, çoxdandır ki, so far bu vaxta qədər, hələlik, for ages çoxdandır ki ifadələri ilə :

Have you heard of John recently?       ➡️ Bu yaxınlarda Condan bir xəbər eşitmisənmi?
I have not seen you for ages. ➡️ Çoxdandır səni görmürəm.

I’ve met a lot of interesting people in the last few days.           ➡️          Son bir neçə gündə çoxlu maraqlı adamlarla görüşmüşəm.

Everything is going well. We haven’t had any problems so far.      ➡️   İşlər yaxşı gedir. Hələlik bir problemimiz olmayıb.

4)Keçmişdən bu günə qədər dəfələrlə təkrar olmuş hərəkəti bildirmək üçün:
I have read this book three times.   ➡️   Mən Bu kitabı üç dəfə oxumuşam.

He has travelled a lot.      ➡️ O, çox səyahət edib.
We have been to England twice.  ➡️ Biz iki dəfə İngiltərədə olmuşuq.

5) İt is the first time birinci dəfədir ki, it is the second time ikinci dəfədir ki, və s. ifadələrlə:

It is the first time I have driven a car.    ➡️  Birinci dəfədir ki, maşın sürürəm.
Ahmad is phoning his girl – friend again.  – ➡️Əhməd yenə öz rəfiqəsinə zəng edir.
It is the third time he has phoned her this evening.    ➡️Bu axşam üçüncü dəfədir ki, ona zəng edir.
Belə cümlələr dilimizə indiki zamanda tərcümə edilir.

6) indiki vaxtla əlaqədar hərəkəti göstərmək üçün :

He has told his name but I have forgotten it.  ➡️ O mənə öz adını deyib, amma mən onu unutmuşam. ( indi yadımda deyil)

  • Where is Ann?      ➡️      Anna haradadır?
  • -She has gone.      ➡️      – O gedib ( İndi o burada deyil)

7) already, just, yet, never, ever, since zərfləri ilə:

Already hərəkətjn gözlənildiyindən əvvəl icra olduğunu bildirir və  ” artıq” sözü vasitəsilə tərcümə edilir.
When is John leaving for Moscow?  ➡️ Con Nə zaman Moskvaya yola düşəcək?

-He has already gone.   ➡️ O artıq çıxıb gedib.

Just indicə, elə bu saat sözləri ilə tərcümə edilir.

He has just come.   ➡️   O indicə gəlib.

Would you like something to eat?    ➡️   Bir şey yemək istəyirsənmi?

-No, thanks. I have just had lunch.  ➡️  Xeyr, çox sağ ol. Elə indicə nahar eləmişəm.

Yet hərəkətin icra olunması gözlənilən zaman işlədilir,hələ,hələ də sözləri vasitəsilə ilə tərcümə edilir.

Ever zərfi sual cümlələrində işlədilir, heç sözü vasitəsi ilə tərcümə edilir. Never ( heç vaxt) inkar cümlələrində işlədilir.

Since müəyyən vaxtdan başlayaraq davam edən hərəkəti bildirir və dilimizə….. dan  bəri sözü vasitəsilə tərcümə edilir 

4.3/5 - (31 votes)
Back to top button