İngilis dili

Qaydasiz feller

Past Simple ( sadə keçmiş zaman) formasının əmələ gəlməsi ənə görə fellər iki qismə bölünür. Müəyyən bir qaydaya tabe olan fellər – Regular verbs ( qaydalı fellər ), hər hansı bir qaydaya tabe olmayan fellər – İrregular Verbs ( qaydasiz feller).

Qaydasız felləri Past Simple Past Participle formaları müxtəlif şəkildə əmələ gəlir:

Sözün kökündəki sait dəyişir: meet – met – met.

Kökündəki sait dəyişir və – en sonluğu qəbul edir: speak – spoke – spoken.

Felin sonundakı d hərfi t hərfinə çevrilir : send – sent – sent, build – built – built.

Kökündəki sait dəyişir, d və ya t qəbul edir: sell – sold – sold, tell – told – told, bring – brought.

Xüsusi qaydasız fellər: have – had – had; modal fellər : can – could, may – might ; məsdəri, keçmiş zamanı və Past Participle forması eyni olan fellər: put- put – put, shut – shut, cut – cut – cut, müxtəlif kökdən əmələ gələn fellər: be – was ( were) – been, go – went – gone.

Qarışıq fellərin Past Simple forması qaydalı fellər kimi, Past Participle forması qaydasiz feller kimi əmələ gəlir. show – showed – shown.

Past Simple zamanda bütün fellərin sual formasını əmələ gətirmək üçün do felinin keçmiş zamanı did və əsas məna daşıyan felin məsdərindən istifadə edilir; did köməkçi feli mübtədan əvvəl gəlir.

  • Did you write?                 Sən yazdınmı?
  • Did they write                   Onlar yazdılarmı?

Past Simple zaman formasının inkarı did köməkçi feli və not inkar sözü vasitəsilə əmələ gəlir.

I did not ( didn’t) write.           Mən yazmadım. They did not (didn’t) write.     Onlar yazmadılar

Ümumi suala qısa müsbət cavab verərkən yes sözü və müvafiq şəxs əvəzliyindən sonra did köməkçi feli gəlir.

  • Did you write? – Yes, I did. ➡️Sən yazdınmı? – Bəli
  • Did he write? – Yes, he did. ➡️O yazdımı? – Bəli
  • Did you write? – Yes, we did. ➡️Siz yazdınızmı?-Bəli
  • Did they write? – Yes, they did. ➡️Onlar yazdılarmı? – Bəli.

Ümumi suala qısa inkar Cavab verərkən no sözü və müvafiq şəxs əvəzliyindən sonra didn’t deyilir.

  • Did you write?                 No, I didn’t
  • Did he/she write?            No,he/she didn’t
  • Did we write?                  No,we didn’t
  • Did you write?                 No, you didn’t
  • Did they write?               No, they didn’t
Yazını dəyərləndir post

Back to top button