Suallar

İntellektual suallar

İntellektual suallar ilə öz intellektual səviyyənizi yoxlaya bilərsiniz. Buradakı suallar həm intellektual oyunlardan götürülmə, həm də bəzi maraqlı məlumatlardan əldə ediləndir. Daha çox suallar üçün kateqoriya keçid edə bilərsiniz.

1️⃣ Floristika elmi nəyi öyrənir? ( bitkiləri )

2️⃣ İnsan beyninin yaddaşı nə qədərdir? ( 4 TB )

3️⃣ Kəpənək effekti nədir?
– Bir hadisənin kiçik dəyişikliklərin böyük effektlər doğurmasına deyilir.

4️⃣ Mirzə Ələkbər Sabirin şeirlər toplusu bu ad altında çap olunmuşdur. (Hophop-namə)

5️⃣ Dünyada 2 materikdə ərazisi olan 2 ölkə bunlardır. (Misir, Panama)

6️⃣ Beş guşəli ulduz üzərində balta ilə kalaşnikov avtomatının kəsişməsini məhz, bu dövlətin bayrağı üzərində görmək olar. (Mozambik).

7️⃣ Domino daşları içində çəkisinə görə ən yüngül olanı məhz, budur. (6 qoşa).

İntellektual oyunlardan suallar və cavabları

İntellektual suallar ən çox Xəmsə, Kim? Harada? Nə zaman? kimi intellektual oyunlar zamanı verilir ki, bizdə bu oyunlarda düşən bəzi maraqlı sualları sizinlə bölüşürük.

1️⃣ Skandinav mifologiyasında adı “erkən oyanan” mənasına gələn “Arvaker” adlı at içərisində ONUN olduğu döyüş arabasını çəkir. ONU beşhərfli sözlə cavab kartınıza yazın.

  • Cavab: Günəş
  • Şərh: Sualın mətnindəki ifadə Günəşin doğmasına işarə idi.
  • Mənbə: A.S.Byatt. “Ragnarök. Tanrıların alacakaranlığı”. səh. 39
  • Müəllif: Rahib Məhərrəmzadə

2️⃣ Orta əsr Avropasında birincini əldə etmək üçün vasitə ağ şir, ikincini əldə etmək üçün vasitə qırmızı şir adlanırdı. Yapon şahmatında birinci ikinciyə çevrilə bilir. Birinci və ikincinin hansı kimyəvi elementlər olduğunu tapın.

  • Cavab: gümüş, qızıl
  • Şərh: Əlkimyaçılar qeyri-nəcib metalları gümüşə çevirən vasitəyə ağ şir, qızıla çevirən vasitəyə qırmızı şir deyirdilər. Yapon şahmatında gümüş general və qızıl general, qısa adları gümüş və qızıl olan fiqurlar var və oyun ərzində gümüş qızıla çevrilə bilir.
  • Mənbə: 1. https://history.wikireading.ru/152730
                 2. https://ru.wikipedia.org/wiki/Золотой_генерал
  • Müəllif: Fuad Eminov

3️⃣ Dubay ruhanilərinin tövsiyəsinə əsasən, ilin müəyyən vaxtında Bürc Xəlifə binasının 80-ci mərtəbəsində olan şəxs, bunu etmək üçün daha 2 dəqiqə gözləməlidir. Bunu etmək son vaxtlar aktual idi. Nəyi etmək?

  • Cavab: iftar açmaq
  • Sayılma meyarı: oruc açmaq
  • Şərh: 0,8 km kimi inanılmaz yüksək hündürlüyə malik Bürc Xəlifənin yuxarı mərtəbələrində Günəş Yer səthində olduğundan daha uzun müddət görünür. Bu səbəbdən tövsiyə olunur ki, əgər 80-ci mərtəbədən yuxarıdasansa, iftar açmağa tələsmə — Günəşin tam görünməməsi üçün daha 2 dəqiqə gözləməlisən.
  • Mənbə: https://en.wikipedia.org/wiki/Burj_Khalifa#Ramadan_observance
  • Müəllif: Tərlan Əsədli

Oxşar suallar

4.4/5 - (10 votes)
Back to top button